Bizi sosial şəbəkələrdən izləyin:
“Bu, Ara Gevorgyan adlı bəstəkarın “Arsax” kompozisiyasıdır. Fikrət Əmirovun belə bir əsəri yoxdur. Bu bəstəni Fikrət Əmirovun adına yazmaq, həm bəstəkarın, həm də bizim adımıza ləkədir.
Açıq-aydın görünür ki bu musiqi 90-ların arranjesidi. Bu kompozisiya haqqında söz-söhbət olub bir vaxtlar. Gah dedilər Tofiq Quliyevindir, gah dedilər Emin Sabitoğlunun. Amma heç birini sübut edə bilmədilər. O musiqi Azərbaycan musiqisinə intonasiya cəhətdən bənzəyir. Bu da normaldır. Bu xalqlar yüz illərdir qonşudurlar, musiqinin bir-birinə oxşaması təbiidir”.
Bəstəkar Firudin Allahverdi bu fikirləri
Moderator.az-a açıqlamasında Fikrət Əmirovun “Qarabağ Azərbaycan incisidir” əsəri haqqında danışarkən deyir.
Bu əsər Qondarma Dağlıq Qarabağ Respublikasının demək olar ki, himnidir. Bütün tədbirlərdə bu bəstə səsləndirilir.
Fikrət Əmirovun oğlu Cəmil Əmirov da deyir ki, Fikrət Əmirovun belə bir əsəri yoxdur: “Mən bu barədə danışmaqdan yorulmuşam artıq. Nə qədər desəm də ki Fikrət Əmirovun belə bir əsəri yoxdur, heç bir faydası olmur. Bir maraqlı məqam da var: ermənilər Fikrət Əmirovun bu əsəri oğurladığını iddia etməklə atamı vururlar. Halbuki dediyim kimi atamın belə bir əsəri yoxdur”.