"Təəsüf ki, nə Lütfi Zadənin potensialından lazımınca istifadə etdik, nə də Rafiq Əliyevin..."
Oxunub: 3192
09 Feb 2022 | 13:21
Dünya şöhrətli alim, nümunəvi şəxsiyyət...
 
Bu gün xalqımızın beynəlxalq elm aləmində böyük nüfuzu olan görkəmli alimi, öz şəxsiyyəti, davranışı ilə onu tanıyan tərəqqipərvər insanlar üçün nümunə olan bir insanın -  Rafiq Əliyevin 80 yaşı tamam olur. Bu yubiley ölkəmiz üçün olduqca mühüm  bir hadisədir. Təbii ki, onun elmdə qazandığı uğurlar, qalxdığı zirvələr haqda saatlarca danışmaq olar. Bu barədə xeyli yazılar, kitablar, videomateriallar vardır. Əziz dostum Rafiq müəllimin elmi fəaliyyəti haqda mənim də məqalələrim, müsahibələrim oxuculara tanışdır. Bu yubiley günündə mən, bir sosioloq olaraq onun  müasir dövrdə cəmiyyətimiz üçün hansı mütərəqqi rol oynaması haqda danışmaq istəyirəm.
 
 
Hər bir dövrdə, hər bir cəmiyyətin ideallaşdırdığı, güvəndiyi, tarixi və onun öz müasiri olan böyük şəxsiyyətlərə ehtiyacı vardır. Belə insanlar çox olduqca cəmiyyətdə, insanlarda özünə inam, vətənpərvərlik hissləri daha çox güclənir, insanlar öz xalqını daha çox sevir, onun tərəqqisi üçün daha inamla çalışırlar. Belə şəxsiyyətlər  yeni nəslin daha keyfiyyətli  formalaşmasında mühüm rol oynayır. Sosiologiyada bir “sosietal birlik” anlayışı var. Həmin birlik elə insanlarının birliyidir ki, onlar sanki öz xalqı üçün bir enerji mənbəyidir. O birliyin üzvləri çox olduqca xalq daha güclü olur. Həmin birlik öz tərkibi etibarı ilə müxtəlif ola bilərlər. Məsələn, orada daha çox hərbçilər olduqda xalq daha çox hərbi dəyərlərə köklənir, dindar insanlar çox olduqda, xalq daha çox dini dəyərləri, bu sahədəki davranışı ilə fərqlənir. Ticarət, pul məsələləri ilə məşğul olan insanlar çox olduqda isə həmin xalqın bu sahəyə marağı daha çox olur və s. Hansı xalqın hansı sahəyə marağı çox olduqda, həmin sahədə daha çox peşəkar insanların, mütəxəssislərin, alimlərin yetişməsi müşahidə olunur. Sosietal birliyi  zəif olanlar isə qeyri mütəhərrik bir vəziyyətdə olurlar. Hər kəs dərin düşündükdə bu deyilənlərə xeyli misallar tapa bilər. O xalq daha xoşbəxt xalqdır ki, onun sosietal birliyinin tərkibi həm çoxşaxəlidir, həm də çox güclüdür. Xalqımızın bu sahədə potensialı olduqca böyükdür. Onun ideallaşdırdığı, güvəndiyi, tarixin inkişafına yön verən xeyli tarixi şəxsiyyətləri də var, müasir dövrdə onunla birlikdə yaşayan, fəaliyyət göstərən dünya şöhrətli övladları da. Bizim  həm tarixə yön verən böyük sərkərdələrimiz, siyasətçilərimiz var, həm də böyük şairlərimiz, sənətkarlarımız, alimlərimiz.  Şükür ki, müasir dövrdə də belə insanlarımız var və onlar yeni nəslin formalaşmasına çox mühüm təsir göstərirlər. Elm aləmində belə insanlara misal olaraq müasir dövrdə Yusif Məmmədəliyevi, Lütvi Zadəni, Həsən Abdullayevi, Xudu Məmmədovu, Azad Mirzəcənzadəni və başqalarını göstərmək olar.  Belə alimlər həm  xalqın mənəvi inkişafına mühüm təsir göstərir, həm də gənclərdə elmə marağı xeyli artırır, onları öz sahələrində böyük uğurlar qazanmaq üçün ruhlandırır. Onların hər biri öz ətrafında ciddi alimlərin yetişməsində mühüm rol oynayır. İmkanları çox olduqca daha geniş fəaliyyət göstərirlər, ölkənin tərəqqisinə daha çox kömək edirlər. Onlar bizim tarixi şəxsiyyətlərimizdir.  Belə insanlarımızdan, alimlərimizdən biri də bu gün yubileyini qeyd etdiyimiz  Rafiq Əliyevdir. 
 
 
Yaxşı ki, indiki vaxtda Rafiq müəllim kimi bir müasirimiz var. Belə insanlar həm də  öz dövrlərinin inkişaf göstəriciləridir. Bu gün yeni nəslin elmə maraq göstərən bütün nümayəndələri onun haqqında müəyyən məlumata malikdurlər. Bilirlər ki, o dünyanın tanınmış alimlərindən biridir. Bilirlər ki, dahi Zadənin ən layiqli davamçısıdır  və onun elmi məktəbinin beynəlxalq səviyyədə inkişaf etməsində böyük rol oynayır. Özünün təklif etdiyi bir neçə nəzəriyyə texniki elmlərin, idarəetmə nəzəriyyəsinin inkişafına mühüm təsir etməkdədir... Rafiq müəllim dörd dildə sərbəst danışıq və yazır. Dünyanın bir çox qabaqcıl ölkələrində, nüfuzlu nəşriyyatlar tərəfindən nəşr edilən 80-ə yaxın kitab, yüzlərcə məqalə  müəllifidir. Zigen Universitetinin, Quzey Kıbrıs Yaxın Doğu Universitetinin, ABŞ-ın Corciya Dövlət Universitetinin, Təbriz Universitetinin professor, Azərbaycan Dövlət Neft  və Sənaye Unuversitetində kafedra müdiri, BA proqramlarının direktorudur... O, gözəl, vicdanlı, mənəviyyatlı bir insandır. Ölkəmizdə elmin və təhsilin inkişafı üçün əlindən gələni edir. Başqalarının həqiqi uğurlarına sevinən geniş qəlbi var. Qısqanclıq, paxıllıq hisslərindən uzaqdır. El arasında deyildiyi kimi haqqı nahaqqa verməyən, əyilməz, vüqarlı bir adamdır.   Öz dostlarına qarşı hər zaman səmimi və sədaqətlidir. Mənəviyyatlı insanlar özünün doğması hesab edir. O ucuz mənada yerlibaz deyil. Bunu onu yaxından tanıyanların hər biri bilir. Mən də özümə münasibətdə hiss edirəm. Rafiq müəllim həm də öz əxlaqı, ailəsinə sədaqəti ilə tanınır. On ildən artıqdır ki, dünyada olmayan həyat yoldaşı Aidə xanıma olan sevgisini ən möhtəşəm bədii əsərlər də təsvir edə bilməz... Bir sözlə, o ləyaqətli, nümunəvi insana layiq bütün keyfiyyətlərin daşıyıcısıdır. Ən əsası, gənclərimiz onu yaxından tanımasalar da, bilirlər ki, xalqımızın belə bir övladı da vardır və onların müasiridir...  Bu bilgilər onların böyük bir qismində özünə inam, özünə tələb hissini artırır. 
 
 
Rafiq müəllimi yaxından tanıyanların hamısı onun barəsində xeyli gözəl, onu nümunə insan kimi xarakterizə edə bilən xatirələr söyləyə bilərlər. Mənim də belə xatirələrim çoxdur. Onlardan ber necə ictimai əhəmiyyət daşıyanını da mən danışa bilərəm. 
         
 
1988-89 -  cu illlərdə artıq Qarabağ bəlası qalxmaqda, yayılmaqda idi. Vətənini sevən hər kəs  bu bəlanın qarşısını almaq üçün əlindən gələni etməyə çalışırdı. Mən də bir sosioloq kimi, rəhbərlik etdiyim, o zaman ölkədə yeganə sosioloji araşdırma mərkəzi olan qurumla tez-tez əhali arasında sorğular keçirir, hadisələrin gedişatını proqnozlaşdırmağa calışırdım. Sorğuların nəticələri tez-tez mətbuatda dərc olunurdu. Gözəl şairimiz Vaqif Bayatlının təklifi ilə onun baş redaktoru olduğu Xəzər jurnalında bu sorğuların əsasında bir sosioloji təhlil məqaləm də dərc olunmuşdu. Məqalədə SSRİ-nin tezliklə dağıla bilməsi ilə bağlı fikirlər də öz əksini tapmışdı. Azərbaycan KP MK - da,  bu sorğuların aparılmasına mənfi münasibət bəsləyən, mənim fəaliyyətimə çox qısqanc münasibət bəsləyən birisi, MK-nın Büro iclasında mənim əleyimə sərt çıxış etmiş, məni cəzalandırmağı təklif etmişdi. MK-nın birinci katibi də mənə qarşı ölçü götürülməsini tapşırmışdı. Elə həmin iclasda, MK – nın o zamankı Elm Şöbəsinin müdiri işləyən Rafiq müəllim söz almış və  məni cəzalandırmağın tərəfdarı olmadığını bildirmişdi. Məni bir gənc alim kimi tərifləmiş və apardığım sorğuların nəticələrinin nəzərə alınmasının daha məqsədəuyğun olduğunu təklif etmişdi. Beləliklə xata mənim başımdan sovuşmuşdu. Yoxsa, mənə qarşı “ölçü götürülsəydi”,  allah bilir SSRİ – nin hansı küncünə göndəriləcəkdim. O zaman Rafiq müəllim məni MK- ya dəvət etmiş, baş verənlər haqda heç nə deməmiş, özünün rəhbərlik etdiyi, ölkənin kompüterləşməsi proqramında sosial sahənin kompüterləşməsi ilə bağlı layihələr hazırlamağı, bu sahəyə rəhbərlik etməyi tapşırmışdı. Mən uzun illər keçəndən sonra həmin iclasda iştirak edən bir nəfərdən bu məsələ haqda eşitdim. Rafiq müəllimdən soruşdum ki, nədən bu barədə mənə deməyib, sadəcə gülümsədi. Tək elə bu hadisə onu bir vətənpərvər, mənəviyyatlı insan kimi tanımağa kömək edir. Amma mən də bilirəm ki, o bütün ömrü boyu belə olub. Yüzlərcə adama onların xəbəri olmadan kömək edib. Yaxud başqa bir misal. İndi artıq beynəlxalq elm aləmində xeyli tanınan ahəngyol elmini mən yenicə formalaşdırmışdım. Küçədə təsadüfən Rafiq müəllimlə rastlaşdıq. Hal-əhval tutduq. Mənim nə işlə məşğul olduğumu soruşdu. Ona qısa olaraq bu elm barədə danışdım. Dərhal məni öz seminarda çıxış etməyə dəvət etdi. Bu elə bir zaman idi ki, mən hər yanda – istər hökumət, istərsə də müxalifət tərəfdən, onlara qoşulub fəaliyyətlərini tərifləmədiyim üçün özümə qarşı ancaq biganəlik, etinasızlıq görür, bir ruh düşgünlüyü içərisində yaşayırdım. Elmlər Akademyasında da deyəndə ki, mən yeni bir nəzəriyyə barədə seminarlarda məruzə etmək istəyirəm, bir qayda olaraq inamsızlıq nümayiş etdirirdilər. Birisi soruşurdu ki, bu nəzəriyyəni mən hansı avropa alimindən götürmüşəm, başqa birisi deyirdi ki, elmdə ahəngyol anlayışı yoxdur. Bir ayrısı da deyirdi ki, belə bir mühitdə ciddi elmi nəzəriyyə yarana bilməz və s. Rafiq müəllimsə 10 dəqiqəlik söhbətdən sonra bu nəzəriyyəyə ciddi maraq göstərdi.  Seminar üzvləri - əsasən Rafiq müəllimin tələbələri də mənim məruzəmi ciddi qarşıladı. Rafiq müəllim dərhal bu elmin tezislərini dahi L. Zadəyə göndərdi. Bir qədər sonra Zadə həmin tezisləri dünyanın elm aləmində ən nüfuzlu  mənbələrdən biri olan qapalı BİSC  elektron jurnalında təqdim etdi. Bundan sonra Rafiq müəllimin köməyi ilə ahəngyol haqda məqalələr dünyanın ən yüksək indeksli jurnallarında dərc edildi. Mən Yaponiyadan, Cindən, Cənubi Koreyadan, Hindistandan, İspaniyadan, Türkiyədən, Amerikadan, Sinqapurdan  və s.  beynəlxalq konfranslarda çıxış etmək üçün xeyli dəvətlər aldım. Bunları yazmaqda məqsədim ahəngyolu reklam etmək deyil. Məqsədim ciddi bir alimin elmimiz üçün nələr edə biləcəyindən danışmaqdır. O axı tək mənə kömək etməyib. Əvvəl dediyim kimi, yüzlərcə insana kömək edib. Əgər imkanı olsaydı Azərbaycan elmini beynəlxalq aləmdə necə tanıda biləcəyini, bununla da elmimizi nə dərəcədə inkişaf etdirəcəyini, tərəqqimizə kömək edəcəyini təsəvvür edirsinizmi? Artıq hər kəsə məlumdur ki, hər bir ölkənin gələcək inkişafında, tərəqqisində süni intellektlər, robotlar böyük rol oynayacaqdır. Rafiq müəllim dünyada elmin bu sahəsinin pionerlərindən biridir. Bir vaxt onun tələbələri olan insanlar indi müxtəlif ölkələrdə, nəhəng şirkətlərdə böyük ixtiraçı kimi tanınırlar. Hərbi sənayeni, iqtisadiyyatı, texniki elmləri uğurla inkişaf etdirirlər.  İndi bir çox ölkə bu sahədə L. Zadənin, R. Əliyevin ideyalarından istifadə edərək ciddi elmi bazalar yaratmaqda, müxtəlif sahələrdə böyük nəaliyyətlər əldə etməkdədir. Hər il Rafiq müəllimin rəhbərliyi ilə müxtəlif ölkələrdə  bu sahədə çox nüfuzlu Beynəlxalq Elmi Konfranslar keçirilir. Bir neçə ölkədə Universitetlərin tərkibində “Zadə-Əliyev” Elmi Mərkəzləri  fəaliyyət göstərir. Təəsüf ki, biz ölkəmizdə elmin inkişafında nə L. Zadənin potensialından lazımınca istifadə etdik, nə də Rafiq Əliyevin potensialından istifadə edirik...
Bu 80 illik yubileyində mən xalqımızın fəxri, qüruru olan böyük alimimizi və dostumu təbrik edirəm!
       
Əhməd Qəşəmoğlu      
Oxşar xəbərlər
00:27, Bu gün
Sevgini necə itirməməli?..
00:02, Bu gün
Hacı Surxay Məmmədli: “Qədr gecəsi şeytanın zəncirləndiyi gecədir” - VİDEO
28 Mar 2024 | 23:59
Düz qarına sahib olmaq üçün bunları edin
28 Mar 2024 | 23:59
Hikmət Hacıyev: COP29 Azərbaycanın qətiyyətini, diplomatik və siyasi cəsarətini nümayiş etdirdi
28 Mar 2024 | 23:58
Konqoda altı milyona yaxın insan evlərini tərk edib - SƏBƏB
28 Mar 2024 | 23:56
Aygün Kazımova ilə Namiq yenidən məşhur dueti oxudu - VİDEO
28 Mar 2024 | 23:54
"BlackRock" rəhbəri ABŞ-ın milli borcunun fəlakətli həddə çatdığını bildirib
28 Mar 2024 | 23:50
Sürücülərin NƏZƏRİNƏ: Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
28 Mar 2024 | 23:47
Azərbaycanlılar Qərbi Zəngəzura qayıdacaqlar, burada muxtariyyət yaradılacaq - VİDEO
28 Mar 2024 | 23:47
Gözəllikləri ilə modelləri də geridə qoyan BÜRCLƏR
28 Mar 2024 | 23:41
"İdeal Motors" sığorta müqaviləsinə görə məhkəməlik oldu
28 Mar 2024 | 23:41
Qazaxıstandan öz vətəndaşlarına ÇAĞIRIŞ: “Odessa və Xarkov vilayətlərini tərk edin”
28 Mar 2024 | 23:37
Azərbaycan və Ermənistan parlamentlərinin rəhbərləri may ayında görüşəcəklər
28 Mar 2024 | 23:35
Axund Azər Sani: “İndi bayıra çıxsan, hiss etməzsən ki, Ramazandır” - VİDEO
28 Mar 2024 | 23:32
Bakıda bu evlər bahalaşdı
28 Mar 2024 | 23:26
Gəncədə yaşayış binasın dam örtüyü yanır
28 Mar 2024 | 23:20
Valideyndən övladına nə miras qalmalıdır? - SORĞU + VİDEO
28 Mar 2024 | 22:55
Futzal üzrə Azərbaycan Kubokunun yarımfinalçıları müəyyənləşib
28 Mar 2024 | 22:50
Göyçayda ağır yol qəzası baş verib, xəsarət alanlar var
28 Mar 2024 | 22:47
İşıqforda güllə yağışı: Yaralılar var
28 Mar 2024 | 22:44
Nadirdən Aytən Səfərovanın fikirlərinə CAVAB
28 Mar 2024 | 22:43
"Britaniya ordusu Rusiyaya qarşı iki aydan çox savaşa bilməz" - "The Telegraph"
28 Mar 2024 | 22:41
Çayı soyuq su ilə soyutmaq olmaz! - Bunları "öldürürsünüz"
28 Mar 2024 | 22:38
İndoneziya Cakartaya xüsusi status verir
28 Mar 2024 | 22:35
Dostunun ad günündə dava saldı: Həbs olundu
28 Mar 2024 | 22:33
BDU-da "İnsanlıq əleyhinə cinayət:soyqırımı siyasəti, tarixi həqiqətlər və faktlar" adlı konfrans keçirilib - FOTO
28 Mar 2024 | 22:30
Azərbaycan təhlükəsizlik orqanlarına həsr edilən “Xüsusi Xidmət” sənədli filmi - VİDEO
28 Mar 2024 | 22:30
Polisdən reyd: Nömrənin yerini dəyişənlər cərimə edildilər: - VİDEO
28 Mar 2024 | 22:27
CAR-da avtobus körpüdən aşıb, onlarla sərnişin ölüb
28 Mar 2024 | 22:22
“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - VİDEO
28 Mar 2024 | 22:18
“Crocus City” dəhşəti və Rusiyadakı erməni lobbisi - VİDEO
28 Mar 2024 | 22:07
Quzu ətindən baha olan göbələk növü - VİDEO
28 Mar 2024 | 22:03
İsrail Livandan uçan naməlum hədəfə qarşı “Patriot”dan istifadə edib
28 Mar 2024 | 21:59
Ən şanssız 4 bürc
28 Mar 2024 | 21:50
Yaxınlığında yerləşən məzar 680 minə satılır
28 Mar 2024 | 21:45
ABŞ Konqresi Pentaqonun Afrikadakı dövlət çevrilişlərinə görə hesabat tələb edib
28 Mar 2024 | 21:38
Ukraynalı deputat: Hərbi xidmətdən yayınanların sayı bir milyona çatır
28 Mar 2024 | 21:37
"Amerikalıları tabutlarda evlərinə göndərəcək və "Qara Evi" rüsvay edəcəyik"
28 Mar 2024 | 21:35
Bu pəhriz idrak funksiyasını yaxşılaşdırmağa kömək edəcək
28 Mar 2024 | 21:34
Kartında pulu olan hər kəsə XƏBƏRDARLIQ
28 Mar 2024 | 21:30
Almaniyada “Avropada dilimizin bu günü və sabahı” adlı tədbir keçirilib - FOTO
28 Mar 2024 | 21:27
BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib
28 Mar 2024 | 21:26
Bakıda kafedə ölüm olub
28 Mar 2024 | 21:25
DİN vətəndaşlara müraciət edib: Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın
28 Mar 2024 | 21:16
Bakı ilə bağlı XƏBƏRDARLIQ - Aprelin 2-si və 3-də...
28 Mar 2024 | 21:07
Şokoladın qiyməti dəyişəcək? - VİDEO
28 Mar 2024 | 20:58
Ramazan ayının on doqquzuncu gününün imsak, iftar və namaz vaxtları
28 Mar 2024 | 20:54
"ABŞ-ın Rusiyanın neft emalı zavodlarına hücum etməmək çağırışı dəhşətlidir" - "The Hill" 
28 Mar 2024 | 20:50
Trendyoldan sifariş zamanı "300 dollar" limiti ləğv olunur? - EKSPERT AÇIQLADI
28 Mar 2024 | 20:46
Məşhur türk serialı Qarabağda ÇƏKİLƏCƏK?
28 Mar 2024 | 20:41
"Samsung Pay" Rusiyanın “Mir” ödəniş kartları ilə işləməyi dayandırır
28 Mar 2024 | 20:37
Çobanyastığı çayının bilmədiyimiz FAYDALARI
28 Mar 2024 | 20:28
Aİ Şurasının rəsmiləri Azərbaycana səfər edəcəklər
28 Mar 2024 | 20:25
Əli Nağıyev: Azərbaycanın təhlükəsizlik orqanlarının qarşısında yeni çağırışlar durur
28 Mar 2024 | 20:15
Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub
28 Mar 2024 | 20:13
Rusiya XİN başçısı: Məhz KTMT İrəvanın maraqlarını çətin vəziyyətlərdə müdafiə edib
28 Mar 2024 | 20:11
Yıldız Tilbe: "Allah pensiyaya çıxanlara kömək olsun, başqa kömək edən yoxdur"
28 Mar 2024 | 20:08
Çox şanslıdırlar: İki bürcü karyera yüksəlişi gözləyir
28 Mar 2024 | 20:06
Lavrov: Ermənistan uydurma bəhanələrlə Rusiya ilə münasibətlərin pozulmasına çalışır
28 Mar 2024 | 19:59
Sumqayıtda yolların təmirinə başlanılıb - FOTO/VİDEO
28 Mar 2024 | 19:50
Əfqanıstanda güclü zəlzələ baş verib
28 Mar 2024 | 19:50
Diplomsuz cərrahın qanunsuz əməliyyatları - Klinika nazirliyi necə aldatdı? - FOTO
28 Mar 2024 | 19:46
Bu meyvələr xoşbəxtlik hormonunu artırır
28 Mar 2024 | 19:44
Şahmar Hüseynova yeni vəzifə verildi
28 Mar 2024 | 19:38
Toyuq ətinin yuyulmasının YARATDIĞI TƏHLÜKƏ  
28 Mar 2024 | 19:28
Nazir üç universitetə yeni prorektorlar TƏYİN ETDİ - FOTO
28 Mar 2024 | 19:27
Yevlaxda avtomobil yük maşınına çırpılıb, ölən var
28 Mar 2024 | 19:18
Rusiya İstintaq Komitəsi: “Crocus City Hall”dakı terror Ukraynadan maliyyələşib
28 Mar 2024 | 19:11
Qara dəliyin ən aydın görüntüsü çəkilib - FOTO
28 Mar 2024 | 19:08
Azərbaycan və Türkiyə birgə “Qızıl qatar” adlı film çəkəcəklər
28 Mar 2024 | 19:05
Nazir: “Şuşa İƏT Gənclər Paytaxtı - 2024” çərçivəsində müxtəlif tədbirlər keçiriləcək
28 Mar 2024 | 19:03
İƏT Gənclər Forumunun prezidenti: Şuşa bütün türk dövlətləri üçün önəm daşıyır
28 Mar 2024 | 18:59
“Şuşa İƏT Gənclər Paytaxtı - 2024”ün keçirilməsinə dair Öhdəlik Protokolu imzalanıb
28 Mar 2024 | 18:55
Naxçıvanda mənşəyi bilinməyən saxta zeytun yağları satışdan çıxarılıb
28 Mar 2024 | 18:43
Yarım milyon mənimsəyən baş həkim HƏBSDƏ ÖLDÜ
28 Mar 2024 | 18:41
"Bavariya" baş məşqçisinə böyük məbləğdə təzminat ödəyəcək
28 Mar 2024 | 18:40
Mahmud Abbas yeni hökumətin tərkibini təsdiqləyib
28 Mar 2024 | 18:25
RİNN: Taksilərə qoyulmuş əksər tələblər qanunvericilikdə bu günə qədər var idi
28 Mar 2024 | 18:20
Bunları yeyəndə əks cinsin gözünə çirkin görünürük  - Fransız alimlərindən ARAŞDIRMA
28 Mar 2024 | 18:08
Sabah Qubanın qaz təchizatında fasilə yaranacaq
28 Mar 2024 | 18:04
Rusiyada məktəbli qız tanımadığı qadına terror aktı törətməyi təklif etdi: Pul müqabilində - FOTO
28 Mar 2024 | 17:55
"Bizi İsrail ilə ticarət etməkdə ittiham edənlər ölkəmizi nüfuzdan salmağa cəhd göstərir" - Türkiyənin ticarət naziri
28 Mar 2024 | 17:50
Xarici jurnalist: “Qarabağa səfər mənə həqiqəti anlamağa imkan verib”
28 Mar 2024 | 17:45
BMT-nin İnkişaf Proqramı ilə gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb - FOTO
28 Mar 2024 | 17:40
Bu tarixdən taksilərdə videokameralar quraşdırılacaq
28 Mar 2024 | 17:35
Azərbaycanın Əməkdar artisti vəfat etdi - FOTO
28 Mar 2024 | 17:32
Azərbaycan alimi Rahim Daşdiyevin Elm Gününə töhfəsi
28 Mar 2024 | 17:30
BDU-nun bu fakültəsində 2024-2026-cı illərdə aparılacaq elmi tədqiqat işləri müzakirə olunub - FOTO
28 Mar 2024 | 17:26
Azərbaycanda sərnişin avtobusları ilə bağlı YENİ QƏRAR
28 Mar 2024 | 17:22
Bacısının plastik dırnağı 6 aylıq körpənin boğazında qaldı - FOTO
28 Mar 2024 | 17:18
Azərbaycanda taksilərdə POS-terminallar quraşdırılacaq
28 Mar 2024 | 17:14
“Xuli” ləqəbli narkoman: “İlk dəfə rəhmətlik dostumla patı çəkərək başladım” - VİDEO
28 Mar 2024 | 17:10
Bu avtomobillərlə taksi fəaliyyəti göstərmək qadağan edildi
28 Mar 2024 | 17:06
Taksilər yalnız bu rəngdə olacaq - QƏRAR
28 Mar 2024 | 17:02
Çingiz Mehdiyevi arvadı ifşa edib - Seyşeldə şirkət, ABŞ və Azərbaycanda bahalı mülklər
28 Mar 2024 | 16:58
Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya veriləcək
28 Mar 2024 | 16:54
Məktəb və musiqi kolleci niyə birləşdirildi? - VİDEO
28 Mar 2024 | 16:50
Ağ və qırmızı rəng, məcburi POS-terminal: Taksi minik avtomobilinə dair tələblər müəyyənləşib - FOTO
28 Mar 2024 | 16:47
BDU-nun kafedra müdiri AMEA-nın Fəxri Fərmanı ilə təltif olunub - FOTO
28 Mar 2024 | 16:43
YAP Xətai rayon təşkilatının ərazi partiya təşkilatlarında görüşlər davam edir - FOTO
GÜNLÜK
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
28 Mar 2024 | 09:20
Səhərlər bunları etsəniz, sürətlə arıqlayacaqsınız!
28 Mar 2024 | 08:50
Rusiya səfiri təcili Polşadan qaçdı...- Nə baş verir?..
28 Mar 2024 | 09:43
Yolun ortasında nə üçün süni maneələr yaradıldı? - AYNA-dan AÇIQLAMA + VİDEO
28 Mar 2024 | 08:28
Ərzaq bahalaşması nə vaxtadək davam edəcək - təhlil
28 Mar 2024 | 07:29
“WhatsApp”da “iPhone” üçün yeni funksiya var
28 Mar 2024 | 09:26
“Rusiyada ciddi millətlərarası qarşıdurma başlaya bilər...”- “Nyu-York-Tayms”
28 Mar 2024 | 07:32
“Tesla” avtopilotun sınaq versiyasını buraxacaq - VİDEO
28 Mar 2024 | 09:58
“Le Fiqaro” Şahramanyandan müsahibə götürdü...-Separatçıbaşı nələr danışdı?..
28 Mar 2024 | 08:21
Xəbərdarlıq alan TV kanallar bu verilişlərlərlə bağlı TƏDBİR görməyə başladı - VİDEO
HƏFTƏLİK
25 Mar 2024 | 15:28
"Terrorçuların arxasında dayananların hədəfi icra başçısı yox, Azərbaycandır"
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
23 Mar 2024 | 09:08
78 yaşı tamam olan tanınmış yazıçı: “Dostlarım gedib, qalmışam uşaq-muşaq əlində” -VİDEO+MÜSAHİBƏ
27 Mar 2024 | 12:03
Millət vəkilindən qalmaqallı parklanma qiymətləri ilə bağlı AÇIQLAMA
24 Mar 2024 | 19:04
Əhməd Qəşəmoğlu çağırış etdi: "Rədd olun ekranlardan!"
27 Mar 2024 | 11:10
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?
23 Mar 2024 | 12:34
“Bu terror aktının məhz Araz Ağalarovın obyektində törədilməsi məsələsinə gəldikdə...”
23 Mar 2024 | 08:54
“Putin göstərdi ki, siyasi məqsədlərinə çatmaq üçün nə qədər lazımdırsa, o qədər rusu öldürəcək...”
27 Mar 2024 | 10:05
“Putinin ətrafı Ukraynanın “Krokus”dakı terror aktında iştirakına inanmır...”- "Bloomberg” 
23 Mar 2024 | 00:18
Martın sonunda həyatı dəyişəcək 3 bürc
AYLIQ
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
28 Mar 2024 | 09:20
Səhərlər bunları etsəniz, sürətlə arıqlayacaqsınız!
28 Mar 2024 | 08:50
Rusiya səfiri təcili Polşadan qaçdı...- Nə baş verir?..
28 Mar 2024 | 09:43
Yolun ortasında nə üçün süni maneələr yaradıldı? - AYNA-dan AÇIQLAMA + VİDEO
28 Mar 2024 | 08:28
Ərzaq bahalaşması nə vaxtadək davam edəcək - təhlil
28 Mar 2024 | 07:29
“WhatsApp”da “iPhone” üçün yeni funksiya var
28 Mar 2024 | 09:26
“Rusiyada ciddi millətlərarası qarşıdurma başlaya bilər...”- “Nyu-York-Tayms”
28 Mar 2024 | 07:32
“Tesla” avtopilotun sınaq versiyasını buraxacaq - VİDEO
28 Mar 2024 | 09:58
“Le Fiqaro” Şahramanyandan müsahibə götürdü...-Separatçıbaşı nələr danışdı?..
28 Mar 2024 | 08:21
Xəbərdarlıq alan TV kanallar bu verilişlərlərlə bağlı TƏDBİR görməyə başladı - VİDEO