Ərdoğan sabah Ukraynaya gedir: Zelenski ilə müzakirə olunacaq məsələlər
Dünya
894
02 Feb 2022 | 10:44

Ərdoğan sabah Ukraynaya gedir: Zelenski ilə müzakirə olunacaq məsələlər

Xəbər verirldiyi ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sabah - fevralın 3-də Ukraynaya səfər edəcək.
 
Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, planlaşdırılan səfər zamanı iki ölkə arasında yeni əməkdaşlıq üçün danışıqların aparılması nəızərdə tutulur.
 
Prezident Rəcəb Tayyib Ərdoğanın Ukraynaya səfəri həm də ticarət həcminin artırılması və Azad Ticarət Sazişinin (STA) imzalanması üçün bir fürsət kimi qiymətləndirilir.
 
Türkiyə-Ukrayna münasibətlərinin 30-cu ildönümü münasibətilə həyata keçiriləcək səfər zamanı Kiyevdə dövlət başçılarının iştirakı ilə 10-cu Yüksək Səviyyəli Strateji Şuranın keçirilməsi nəzərdə tutulur. 2011-ci ildə yaradılmış Yüksək Səviyyəli Strateji Şura (YDSK) mexanizmi ilə iki ölkə arasında əlaqələr strateji tərəfdaşlıq səviyyəsinə qaldırılıb.
 
İki ölkə arasında ticarət həcmi 2021-ci ildə 7,42 milyard dollara yüksəlib.
 
Türkiyə hazırda Ukraynaya polad, gəmi yaxtaları və xidmətləri, kondisioner, mebel, kağız və meşə məhsulları, avtomobil, tütün, təzə meyvə, tərəvəz məhsulları və müdafiə sənayesinə aid vasitələr ixrac edir.
 
Səfər zamanı Ukrayna ilə Rusiya arasında son dövrdə yaşanan gərginliyin qiymətləndirilməsi də xüsus müzakirə möpvzusu olacaq.
Link kopyalandı!
Son xəbərlər