Bizi sosial şəbəkələrdən izləyin:
Körpəyə baxmaq üçün yerli sakinlər xəstəxanaya axışırlar
Hindistanda dörd əli və dörd ayağı olan körpə doğulub. Yerli sakinlər uçağı ilahi varlıq hesab edir və ona baxmaq üçün növbəyə dayanır.
Məlumata görə, uşaq yanvarın 17-də Şərqi Hindistanın Sadar xəstəxanasında dünyaya gəlib.
Cinsi barədə məlumat verilməyən körpə özünün zahiri görünüşünə və artıq ətraflarına görə yerli camaat arasında məşhurlaşıb, ona görə də yerli əhali ona baxmaq və şəkil çəkdirmək üçün xəstəxanaya üz tuturlar.
Körpəni Vişnu ilahəsinə bənzədirlər.
Həkimlər yerli sakinlərin bu sevincini bölüşmür, onlar qeyd edir ki, qadının hamiləliyi zamanı fəsadlar səbəbindən körpə belə doğulub.