Bizi sosial şəbəkələrdən izləyin:
Moderator.az xəbər verir ki, dünən Avropa.info saytına haker hücumu olub.
Saytın rəhbəri Ruslan Bəşirli bildirib ki, edilən haker hücumu ilə bağlı sayt rəhbərliyinin araşdırmaları nəticəsini verib. Saytın veb-masterlərinin araşdırması nəticəsində məlum olub ki hücumların mənbəyi Bakı şəhərində yerləşir.
Araşdırmalara görə, haker hücumu 2013-cü il noyabrın 4-də saat 14:03:02-də Bakı ərazisindən başlayıb. Həmin vaxtdan etibarən, hakerlər saytın administrasiya panelinə yol tapmağa çalışıblar. Paneldə müxtəlif linklərdə boşluqlar axtarıblar və bu yolla panelə daxil ola bilmədikdə, saytın idarəedirlməsi üçün istifadə olunan kompüterlərdən birinin yaddaşına internetdən virus proqramı ötürüblər (çox güman, hücumun təşkilatçıları Avropa.info saytının ofisinə gəlib-gedə bilən hər hansı şəxsin xidmətindən yararlanıblar). Daha sonra virus proqramı brauzerin sessiya yaddaşından loqin-parol detalları barədə məlumatları əvvəlcədən müəyyən edilmiş elektron poçt ünvanına göndərib. Hücum ilk olaraq 109.235.193.125 İP ünvanından başlayıb. Bu İP ünvan üzrə internet xidmətləri "Azertelekom" tərəfindən göstərilir. Bu İP ünvanının daxil olduğu dinamik siyahı üzrə ünvanlardan sui-istifadə hallarına görə
[email protected] elektron poçt ünvanına məlumat vermək lazımdır. Həmin vaxtdan başlayaraq Delta Satellite Networks tərəfindən internet xidmətlərinin təchizatı üçün istifadə olunan 85.132.24.74 İP ünvanından da hücumlar başlayıb. Bu hücumun da mənbəyi Bakıda yerləşir.
Xatırladaq ki, dünən axşam saatlarından haker hücumları nəticəsində Avropa.info saytının foto bazası ələ keçirilib. Hələ də bərpa işləri davam edir.