Xankəndində fransız deputatlar Fransa bayrağını qaldırdı… -FOTOLAR
Qarabağ
4555
16 Sep 2021 | 21:55

Xankəndində fransız deputatlar Fransa bayrağını qaldırdı… -FOTOLAR

Xankəndində Fransadan gəlmiş deputatların iştirakıyla Pol Elüar adına frankofoniya mərkəzi (“Paul Eluard Francophone Center”) açılıb. 
Moderator.az xəbər verir ki, bu ilin iyun ayında Azərbaycan  mediası tərəfindən  açılacağı haqda erməni saytlarının yazdıqları “xəyal” adlandırılan binanın açılış mərasimi  barədə Qarabağdakı separatçı erməni mediası məlumat yayıb. 
Mərkəzin “fransızdilli qarabağlı erməniləri birləşdirərək şəhərin inkişafı üçün təhsil, kommersiya və innovasiya platforması olacağ"ı nəzərdə tutulub.
 
Üzdəniraq tədbirdə qondarma separatçı-terrorçu rejimin əski parçasını qaldırmaq “şərəfi”nə  cinayətkar xuntanın “təhsil və elm naziri” Lusine Qaraxanyana nəsib olub. Fransa bayrağını “Fransa-Artsax” dostluq klubunun prezidenti,  frankofoniya bayrağını isə Fransa parlamentinin deputatı Fransua Puponi və “Artsaxda Frankofoniya birliyinin  rəhbəri, keçmiş Fransa deputatı Fransua Roşbluan qaldırıb.
Tədbirin sonunda mərkəzin ərazisində ağacəkmə və simvolik qəbul təşkil edilib.
 
Açılış mərasimində  separatçı-terrorçu rejim başçısı deyil, onun avadı Kristine Arutyunyan iştirak edib.
 
Xankəndindəki  frankofoniya mərkəzi 810 kvadratmetrlik sahəyə malikdir. Binanın inşasını Fransadakı Pol Elüar Fondu və "Hayastan" birgə maliyyələşdirib. İnşa işlərini Ermənistandakı "Portal" memarlıq studiyası aparıb.
 
Xatırladaq ki, bu gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Fransanın Avropa və Xarici İşlər Nazirliyinin Kontinental Avropa İdarəsinin direktoru Frederik Mondoloninin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.  Nazir  Fransa Milli Assambleyasının bəzi üzvlərinin Azərbaycan ərazilərinə qanunsuz səfəri məsələsinə diqqəti yönəldərək bu kimi addımların bölgədə hazırda mövcud olan münaqişə sonrası sülh quruculuğu səylərinə xələl gətirdiyini qarşı tərəfin diqqətinə çatdırıb…
 
Sultan Laçın
 
Link kopyalandı!
Son xəbərlər