Kraliça öləcəyi təqdirdə nələr ediləcək? - Plan mətbuata sızdırıldı
Dünya
1319
04 Sep 2021 | 09:35

Kraliça öləcəyi təqdirdə nələr ediləcək? - Plan mətbuata sızdırıldı

Britaniya Kraliçası II Yelizavetanın ölümündən sonra nə ediləcəyinə dair planlar mətbuata sızdırılıb.
 
Modern.az “Politico” nəşrinə istinadən xəbər verir ki, “London Körpüsü Əməliyyatı” kod adı verilən plan kraliça vəfat edəcəyi təqdirdə ehtimal olunan xaosun qarşısını almaq üçün nəzərdə tutulub.
 
Plana əsasən, kraliça vəfat edəcəyi təqdirdə bu barədə Baş nazirə “London körpüsü dağıldı” kodu ilə məlumat veriləcək. Digər tərəfdən ictimaiyyət “PA Media” rəsmi xəbər agentliyi vasitəsi ilə kraliçanın ölümündən xəbər tutacaq.
 
Kral ailəsinin veb saytı Kraliçanın ölümünü təsdiqləyən qısa açıqlama ilə örtüləcək.
 
Kraliçanın tabutu Bekinqem Sarayından Uestminster Sarayına gətiriləcək. Buradakı katafalkaya qoyulacaq tabutu üç gün ərzində insanlar gündə 23 saat ziyarət edə bilər.  Cənazə Kraliçanın ölümündən 10 gün sonra baş tutacaq və milli matəm günü elan ediləcək.
 
Yas günü rəsmi tətil olmayacaq, ancaq iş günlərinə təsadüf edərsə, işçilərin işdən çıxmasına icazə vermək işəgötürənlərin təşəbbüsü ilə həyata keçiriləcək.
 
İngiltərə, Şotlandiya, Uels və Şimali İrlandiya parlamentlərində qanunverici fəaliyyət təxirə salınacaq.
Link kopyalandı!
Son xəbərlər