Pəncşir vadisi: müqavimətin son yuvası “Taliban”a nə vaxta qədər davam gətirəcək... 
Dünya
Oxunub: 4556
24 Aug 2021 | 17:17
Pəncşir vadisi: müqavimətin son yuvası “Taliban”a nə vaxta qədər davam gətirəcək... 

 

 

Əfqanıstanın əksər əyalətlərində vəziyyət normallaşıb, bələdiyyə strukturları öz işlərinə başlayıb. Bu barədə “İzvestiya”ya Əfqanıstanla Dostluq və Əməkdaşlıq Cəmiyyətinin vitse-prezidenti Məhəmməd Bəşər Başardost məlumat verib. Eyni zamanda ölkədə “Taliban”a qarşı müqavimət mərkəzlərindən biri qalır  - Pəncşir əyaləti. “Taliban” qiyamçıları darmadağın etmək üçün bölgəni mühasirəyə alıb və indi əyalətdə hadisələrin son çözümünə hazırlıq gedir. “İzvestiya”nın münasibət öyrəndiyi ekspertlərin sözlərinə görə, qruplaşma noyabrda başlayacaq soyuqlara qədər rəqiblərini məğlub etməsə, o zaman Pəncşir ən azı daha altı ay duruş gətirmək şansı qazanacaq.

 

“Elə yerlər var ki, oradan yan keçmək lazımdır”

 

“Əfqanıstan əyalətlərinin mütləq əksəriyyətində vəziyyət normal axara düşüb, yalnız Kabildə müəyyən həyəcan davam edir”,  - deyə Məhəmməd Bəşər Başardost İzvestiyaya bildirib.

 

“Bütün müəssisə və bələdiyyələr normal iş rejiminə qayıdıb. Qərb nümayəndələri və hərbçilər qaçdıqları, səfirliklərin hamısı bağlandığı üçün bəzi Kabil sakinləri çaxnaşma içərisindədirlər. Əfqanıstanlıların çoxu Rusiyaya köçmələrinə kömək istəyi ilə mənə müraciət edirlər, lakin biz hələ rəsmi olaraq belə tələblə Rusiya hökumətinə müraciət etməmişik. “Taliban”ın hakimiyyətə ilk gəlişi zamanı (1996-cı ildən 2001-ci ilə qədər) hər gün 200-300 adam ölürdü. İndi heç kim ölmür”, - deyə Əfqanıstan təşkilatının nümayəndəsi bildirib.

 

 

Bu gün Əfqanıstandakı 34 əyalətdən yalnız birində “Taliban” nəzarəti ələ keçirə bilməyib. Söhbət Kabildən 120 km şimalda yerləşən dağlıq Pəncşir əyalətindən gedir. Yerli müqavimət qüvvələrinə Əfqanıstanın mərhum milli qəhrəmanı Əhməd Şah Məsudun oğlu Əhməd Məsud başçılıq edir. O, münaqişənin danışıqlar yolu ilə həll ediləcəyinə ümid etdiyini bildirsə də, heç vaxt Pəncşir əyalətini heç kimə verməyəcəyinə söz verib.

 

Avqustun 22-də “Taliban” Pəncşir əleyhinə hücuma keçdi və əyalətin girişlərini bağladı. Eyni zamanda, taliblər də vəziyyətin sülh yolu ilə həll edilməsinin tərəfdarıdırlar. Düzdür, onlar Məsudla yox, hazırda Pəncşirdə olan keçmiş vitse-prezident və daxili işlər naziri Əmrullah Salehlə danışıqlar aparırlar.

 

Bu arada Saleh “Twitter”də yazıb: “Qonşu Əndarab vadisində pusquya düşdük və çətinliklə də olsa, sağ-salamat qurtulduq. Bir gün sonra “Taliban” qüvvələrini Pəncşirin girişində cəmləşdirdi.  Salanq keçidi müqavimət qüvvələri tərəfindən qorunur”. Siyasətçi tvitini taliblərə xəbərdarlıq etməklə bitirir: “Elə yerlər var ki, oradan yan keçmək lazımdır”.

 

 

Müasir Əfqanıstanı Araşdırma Mərkəzinin direktoru Ömər Nessarın dediyinə görə, Pəncşirin coğrafi mövqeyi elədir ki - dağlıq ərazi və dərələr - müqavimət qüvvələri bölgəni uzun müddət əlində saxlaya biləcək.

 

“Üstəlik, müxtəlif mənbələrə görə, “Taliban”ın siyasətiylə razılaşmayan hökumət qüvvələri də onlara qoşulub. Ancaq başa düşmək lazımdır ki, müharibə hər iki tərəf üçün son variantdır”, - deyə ekspert “İzvestiya”ya bildirib.

 

Rusiya Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun böyük elmi işçisi Vladimir Sotnikov deyir ki, Əhməd Məsud ordunun onurğasını təşkil edənləri ətrafına toplaya bilsə, altı aya qədər dayana biləcək.

 

“Məsudun Kabili azad etmək üçün getməyə hazır olmadığı aydındır, Pəncşir vadisi onun üçün kifayətdir. O, əyalətini uzun müddət, altı-yeddi aya qədər müdafiə edə bilər. Ancaq qarşıdan qış gəlir. Aydındır ki, “Taliban” payızın sonuna qədər müqavimət qüvvələrini sıxışdırmağa çalışacaq. Bu uğursuz olarsa, o zaman onların Pəncşir əleyhinə əməliyyatı avtomatik olaraq gələn ilin yazına təxirə salınacaq, belə bir mövsümilik “Taliban” üçün xarakterikdir”, - deyə ekspert “İzvestiya”ya izah edib.

 

 

Əhməd Məsud artıq bölgəni silahla təmin etmək istəyi ilə Qərb ölkələrinə, xüsusən də Fransaya üz tutub. Əfqanıstan mətbuatı Pəncşir müqavimət qüvvələrinin silah çatdırmaq üçün Tacikistandan hava körpüsü təşkil edə bildiyini yazıb. Düşənbənin də daxil olduğu KTMT Tacikistan kanalı vasitəsi ilə Pəncşirə silah tədarükü ilə bağlı məlumatlarının olmadığını bildirib.

 

“İndi koalisiya qoşunları geri çəkildikdən sonra Qərb ölkələri - Fransa, Böyük Britaniya, ABŞ - Pəncşirdəki vəziyyətə praqmatik mülahizələrə əsaslanaraq baxacaqlar: Məsudun Əfqanıstanda hansı rollara iddia edə biləcəyi və müqavimət şansı nə qədər böyükdür... Ancaq Qərb Pəncşirə silah tədarük etmək qərarına gəlsə belə, bunu birbaşa etməyəcək - hər şey bölgədəki vasitəçilərin əliylə yoluna qoyulacaq. Onlar hələ ki mövqeləri ilə bağlı qərar verməyiblər”, - deyə Vladimir Sotnikov bildirib.

 

“Evakuasiya” əməliyyatı

 

Kabilin süqutundan sonrakı bir həftə ərzində xarici hökumətlər vətəndaşlarını və bəzi kateqoriyalı əfqanları sürətlə təxliyə etməyə davam etdilər. Rusiyanın Əfqanıstandakı səfirliyi bu həftə Rusiya universitetlərində təhsil alan əfqan tələbələrin siyahısını tərtib etməyə başladı. “İzvestiya”nın daha əvvəl yazdığı kimi, ümumilikdə 870 tələbə kollektiv olaraq Rusiya hökumətinə belə bir müraciət etmişdi. Bu günlərdə Rusiyanın Kabildəki səfiri Dmitri Jirnov Rusiya vətəndaşlığı olan təxminən 400 əfqanın təxliyə edilməsini istədiklərini söylədi.

 

Rus səfirliyi təxliyə həyata keçirəcək uçuşun dəqiq tarixini açıqlamayıb, ancaq “İzvestiya”nın diplomatik dairələrdəki qaynağı bunun həftənin sonuna qədər reallaşacağını qeyd edib.

 

 

ABŞ prezidenti Co Bayden bazar günü keçirdiyi mətbuat konfransında avqustun 14-dən bəri ABŞ-ın Əfqanıstandan təxminən 28 min insanı - təkcə amerikalıları deyil, NATO-ya üzv digər ölkələrin vətəndaşlarını da çıxardığını söylədi. “Evakuasiya nə vaxt başlamağımızdan asılı olmayaraq, çətin və ağrılı olacaqdı”, - deyə o mülki əhalinin xaotik və düşünülməmiş şəkildə çıxarılması ittihamlarına belə reaksiya verdi.

 

Almaniya Federativ Respublikasının Xarici İşlər Nazirliyindən “İzvestiya”ya verilən məlumata görə, avqustun 23-ü axşam saatlarına qədər bundesver reysləri ilə 3 min nəfər, dörddə üçü Əfqanıstan vətəndaşıdı, çıxarılıb.

 

NATO-nun məlumatına görə, keçən həftə vətəndaşların Əfqanıstandan xarici təyyarələrlə uçmaq cəhdləri ilə əlaqədar Kabil hava limanında yaranan izdiham nəticəsində təxminən 20 nəfər ölüb. Hava limanında vəziyyət son iki gündə bir qədər yaxşılaşıb. Orada çalışan İngilis hərbçilərinin bildirdiyinə görə, “Taliban” ABŞ və Böyük Britaniyaya təxliyə etmək üçün insanları ayrı cərgələrə düzməyə başladı. İngiltərə Müdafiə Nazirliyindən verilən məlumata görə, avqustun 13-dən bəri Əfqanıstandan çıxarılan 5725 nəfərdən 3000-dən çoxu  əfqandır. Təkcə avqustun 22-də Kral Hərbi Hava Qüvvələrinin səkkiz təyyarəsi Kabildən 1721 nəfəri çıxarıb. London gündəlik 2000 adamı təxliyə edə biləcəyini düşünür.

 

ABŞ da tempi artırmağa çalışır: bu günlərdə Pentaqon rəsmisi Con Kirbi Vaşinqtonun gündə 9 minə qədər insanın təxliyəsini təşkil etmək istədiyini söylədi. Eyni zamanda ABŞ nə qədər amerikalının Əfqanıstanı tərk etmək istədiklərini dəqiq açıqlamadı. Prezidentin Milli Təhlükəsizlik üzrə köməkçisi Cek Sallivan “bir neçə min”dən danışarkən, mütəxəssislər 10-15 min rəqəmini səsləndirdi.

 

 

Bildiyiniz kimi, ABŞ əcnəbilərin və bəzi kateqoriyalı əfqanların Əfqanıstandan çıxarılmasını avqustun 31-dək tamamlamağı planlaşdırırdı. Amma taliblərin hakimiyyətə gəlişindən və təşkilati xaosdan sonra ölkəni tərk etmək istəyənlərin sayının artması bu müddətin uzadılması məsələsini gündəmə gətirdi. Bir sıra İngilis KİV-lərinin yazdığına görə, belə bir istəklə baş nazir Boris Consonun G7 -nin bu gün keçirilən təcili sammitində  Co Baydenə müraciət etməsi tələb olunurdu. Taliblər isə öz növbəsində müəyyən olunmuş son tarixin pozulmasına dözməyəcəklərini və xarici hərbçilərin Əfqanıstanı vaxtında tərk etməli olduğunu bəyan ediblər.

 

Tərcümə və təqdim etdi: Miraslan

 

Oxşar xəbərlər
13:03, Bu gün
Hikmət Hacıyev Anım Günü ilə bağlı paylaşım etdi - VİDEO
12:58, Bu gün
"ABŞ özünün çoxdankı qlobal lider rolunu davam etməlidir..."
12:52, Bu gün
Xarıbülbül şəhid əsgərlərin xatirə rəmzidir
12:47, Bu gün
Təkbaşına 22 düşmən əsgərini məhv edən qəhrəman zabit
12:41, Bu gün
Sabaha olan hava proqnozu AÇIQLANDI
12:36, Bu gün
Aparıcının qızının bağçada ölümü ilə bağlı YENİ DETALLAR - Görüntülərdən məlum oldu ki... - FOTO
12:30, Bu gün
İçərişəhərə maşınlar buraxılmayacaq? - VİDEO
12:25, Bu gün
Sevgi ötəri, izi daimi: Aldatma bu xəstəliklərə səbəb olur
12:20, Bu gün
Həyatda həlledici məqamla üz-üzə olan 4 BÜRC: astroloqlardan XƏBƏRDARLIQ
12:15, Bu gün
Bu da Azərbaycanın ilk lazer silahı - VİDEO
12:10, Bu gün
İlham Əliyev Zəfər parkında oldu - YENİLƏNİB + FOTO
12:05, Bu gün
Postmüharibə dövründə şəhid ailə üzvləri və müharibə iştirakçılarına göstərilən xidmətin həcmi açıqlandı
12:01, Bu gün
Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi
11:58, Bu gün
Kamal Abdullanın “Seçmələrin seçməsi - qranulalar” kitabının təqdimatı keçirilib - FOTOLAR
11:54, Bu gün
“Balaxanı dairəsi”ndə təmir işləri aparılacaq
11:50, Bu gün
Zabrat yoluna avtobus zolağı çəkildi - FOTO
11:46, Bu gün
Səttar Möhbalıyevin xanımı işdən çıxarıldı
11:44, Bu gün
Tərbiyəsiz şagirdlərlə bağlı QƏRAR VERİLDİ: Məktəblərin hörməti, nüfuzu artacaq
11:40, Bu gün
“Hərbi əməliyyatlar işğala son qoymağın yeganə yolu idi” - Kamaləddin Qafarov
11:35, Bu gün
27 Sentyabr - Anım Gününə həsr olunan fləşmob keçirilib - VİDEO
11:32, Bu gün
Tramp sosial mediada saat satmağa başladı: Qiyməti heyrətləndirdi - FOTO
11:24, Bu gün
Putinin nüvə təhdidlərinə AB-dən cavab
11:19, Bu gün
AzTV-nin əməkdaşının azyaşlı qızının bağçada ölməsi ilə bağlı araşdırma aparılır
11:11, Bu gün
Dünyadakı bütün qurular okeanlar və bütün okeanlar quru olsaydı NƏ BAŞ VERƏRDİ?
11:00, Bu gün
İnfarktın 10 gizli əlaməti- EKSPERT AÇIQLADI
10:52, Bu gün
Wi-Fi sürətini və gücünü artırmaq üçün 10 ÜSUL
10:39, Bu gün
Oqtay Əsədovun xanımının yerinə TƏYİNAT
10:31, Bu gün
“Solovyovun bu addımı Rusiyada hansısa bir daxili qarşıdurmanın anonsu ola bilər...”
10:21, Bu gün
Ermənistanda dəhşət: morqlarda qalan 88 hərbçi kimdir? - 4 il sonra sirlər açılır
10:11, Bu gün
Vətən uğrunda canlarını qurban verənlərlə qürur duyuruq - ŞƏRH
10:00, Bu gün
Azərbaycanda bir günü 1000 manata evlər təklif edilir - VİDEO
09:52, Bu gün
Göyçayda qadın toy mərasimində ölüb
09:33, Bu gün
İkinci Fəxri Xiyabanda şəhidlərin məzarları ziyarət olunur
09:30, Bu gün
“Solovyova Putinin ali baş komandan kimi istefası haqda təklifi ona görə dedirtdilər ki...”
09:26, Bu gün
"Aqrora"nı cərimə gözləyir
09:23, Bu gün
Məşhur azərbaycanlı qadın müğənni AİLƏLİ OLAN BU ŞƏXSLƏ eşq yaşayır? - VİDEO
09:16, Bu gün
Pik saatlarda metroda eskalatorlar niyə işə salınmır? - VİDEO
08:59, Bu gün
Narin Güranın qətlində gizlənən sirr - Əmi göstəriş verib, baldız təşkil edib
08:41, Bu gün
Zülfiyyə İbrahimova vəfat etdi - FOTO
08:31, Bu gün
"FSB" Ukrayna ordusunun Kursk vilayətində irəliləməsini dayandıra bilmir..."- ISW
08:23, Bu gün
Gözəllik ondur, biri də... plastik əməliyyat - “başqa adama” çevrilənlərə DİN nə deyir?
08:00, Bu gün
Mehriban Əliyeva 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib
07:34, Bu gün
"Putinin hay-küylü hədələrinin arxasında onun qorxusu gizlənir..." -  Müdafiə nazirləri...
06:26, Bu gün
27 sentyabr böyük zəfərin təməlinin qoyulduğu şərəfli tarixdir
01:59, Bu gün
ABŞ Dövlət Departamenti Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünü şərh edib
01:57, Bu gün
Bərdədə azyaşlı qızına zorakılıq etdiyi iddia olunan ata DANIŞDI
01:52, Bu gün
Bakıda məşhur klinikada ÖLÜM FAKTI: Ailə həkimi günahlandırır
01:51, Bu gün
Paşinyan: "Azərbaycanla sülhə nail olmaq üçün Konstitusiyanı dəyişdirməyə hazırıq"
01:45, Bu gün
46 ilini ölüm kamerasında keçirən məhkum bəraət aldı
00:30, Bu gün
UEFA Avropa Liqası: "Tottenhem" "Qarabağ"a qalib gəldi
00:29, Bu gün
ABŞ SEPAH üzvü haqqında məlumat üçün 20 milyon dollar mükafat təyin edib
00:24, Bu gün
“Biz həmin torpaqları qorumalıyıq, orada şəhidlərimizin qanı var..”
00:05, Bu gün
Vətən müharibəsinin başlamasından dörd il keçir - Azərbaycanda Anım Günüdür
26 Sep 2024 | 23:25
“Qarabağ”-ın oyunu niyə ləngiyir? - Açıqlama
26 Sep 2024 | 23:22
Bakıda "Toyota Prius" BMW markalı avtomobilə çırpıldı
26 Sep 2024 | 23:06
Avropa Liqası: "Fənərbağça" turnirə qələbə ilə başladı
26 Sep 2024 | 23:01
"HƏMAS lideri sağdırmı?": İsrail müdafiə naziri aydınlıq gətirib
26 Sep 2024 | 22:37
"Putin Ukraynaya nüvə zərbəsi endirəcəkmi?" - ISW
26 Sep 2024 | 22:33
Azərbaycanda hər 10 uşaqdan 6-sı eynək taxır - Qlobal epidemiya yaxınlaşır
26 Sep 2024 | 22:31
SON DƏQİQƏ: Daşkəsən səfərbərlik şöbəsinin rəisi HƏBS EDİLDİ
26 Sep 2024 | 22:28
"Qarabağ"ı Çempionlar Liqasından kənarlaşdıran klubun yeni baş məşqçisi açıqlanıb
26 Sep 2024 | 22:27
Azərbaycan XİN başçısı ABŞ Prezidenti ilə görüşüb
26 Sep 2024 | 22:26
Ərdoğan: Türkiyənin BRİKS və ya ASEAN-a daxil olması onun NATO-dan çıxması demək deyil
26 Sep 2024 | 22:21
Ahıl və tənha vətəndaşların pullarını ələ keçirən üç nəfər saxlanılıb
26 Sep 2024 | 22:17
Ərdoğan: Azərbaycanla Ermənistan arasında sülh üçün çalışırıq
26 Sep 2024 | 22:06
Qarabağda fərdi ev tikməyə icazə verilir?
26 Sep 2024 | 21:59
ABŞ İsrailə 8,7 milyard dollarlıq yardım paketi ayırıb
26 Sep 2024 | 21:58
Rusiyada göyərtəsində deputat olan helikopter radarlardan itib
26 Sep 2024 | 21:57
Azərbaycan və Ermənistan xarici işlər nazirləri razılığa gəliblər
26 Sep 2024 | 21:46
Ermənistanda ehtiyatda olan hərbçilər təlimə çağırıldılar
26 Sep 2024 | 21:44
"Rusiya öz vətəndaşlarını ət maşınına atır" - Starmer
26 Sep 2024 | 21:19
Rusiyada işləyən azərbaycanlıların NƏZƏRİNƏ
26 Sep 2024 | 21:18
“Onlar qonaq idilər, amma sırtıq qonaq və ev sahibi sonda onları qovmalı oldu”
26 Sep 2024 | 21:17
Prezident İlham Əliyev 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib
26 Sep 2024 | 21:10
"Yuventus" futbolçusu ilə müqavilə müddətini artırıb
26 Sep 2024 | 21:07
Blinkenin iştirakı ilə Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü başa çatıb
26 Sep 2024 | 21:02
ABŞ və Avropa İttifaqı Putinin nüvə təhdidlərinə cavab verib
26 Sep 2024 | 20:52
Qarabağ Universitetində daha bir İLK- Xanəndələr QAYITDI- VİDEO
26 Sep 2024 | 20:43
Şahin Mustafayev: Çindən Avropaya malların tədarükü üçün ən qısa yollar Azərbaycandan keçir
26 Sep 2024 | 20:35
"Real"ın futbolçusunu təhqir edən şəxs 1 il müddətinə həbs edilib
26 Sep 2024 | 20:25
Nyu-York meri korrupsiyada ittiham olunur
26 Sep 2024 | 20:22
Ən faydalı bitkilərin ADLARI AÇIQLANDI
26 Sep 2024 | 20:17
İsveç səfiri Bakıda “Nordic Talks” konfransının açılışında çıxış edib
26 Sep 2024 | 20:08
SOCAR-TPAO təqaüd proqramının qalibləri Türkiyədə tədrisə başlayıblar
26 Sep 2024 | 19:50
Azərbaycandan Türkiyənin zəlzələ bölgəsinə göndərilən yardımlar OĞURLANDI
26 Sep 2024 | 19:42
Azərbaycanda vəzifəli şəxslər cəzalandırıldılar
26 Sep 2024 | 19:31
"Lənkəran" ABŞ-li basketbolçunun keçidini rəsmiləşdirib
26 Sep 2024 | 19:27
“Mədəniyyətimizin incisi – Şuşa” layihəsi uğurla davam edir
26 Sep 2024 | 19:23
"Hamster Kombat" tokeni birjaya çıxdı
26 Sep 2024 | 19:22
Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub
26 Sep 2024 | 19:19
Məktəblərdə tədrisdən çıxarılmalı fənlər – Onları əvəz etməli çox vacib dərslər
26 Sep 2024 | 19:14
Zelenskidən sensasion anons - müharibə bitir, yoxsa...
26 Sep 2024 | 19:13
Diyetoloqlar su içməyin yeganə düzgün yolu haqqında mifi dağıtdı
26 Sep 2024 | 19:10
Nənə nəvəsini orqanlarına görə SATDI -ŞOK TƏFƏRRÜATLAR
26 Sep 2024 | 19:05
Yerin altı tıxac, üstü tıxac - Mənzil başına necə çataq?
26 Sep 2024 | 18:55
Elza Seyidcahan səhnədə YIXILDI: qabırğası qırılıb
26 Sep 2024 | 18:47
Uğur 6 BÜRCDƏN üz döndərəcək: Çətinliklərlə üzləşəcəklər
26 Sep 2024 | 18:43
“Emin Əmrullayev dostumdur, qardaşımdır, amma təhsilimzidə çat var” - Prezident təqaüdçüsü
26 Sep 2024 | 18:37
Niyə innovasiya mərkəzləri iqtisadi inkişaf baxımından vacibdir?
26 Sep 2024 | 18:33
“Yaşlı kişilər arvadlarını bəyənmir, gənc qızlara meyl edirlər”
GÜNLÜK
26 Sep 2024 | 19:19
Məktəblərdə tədrisdən çıxarılmalı fənlər – Onları əvəz etməli çox vacib dərslər
26 Sep 2024 | 15:06
Bakının mərkəzinə 1 addım məsafədə ucuz evlər - Kütləvi satılır
26 Sep 2024 | 15:00
Əhaliyə ŞAD XƏBƏR: Yol pulunun bir hissəsi geri qayıdacaq
26 Sep 2024 | 15:18
Minimum əməkhaqqı 400, pensiya 330 manat olacaq - Qazilərin müavinəti 2 dəfə artır
26 Sep 2024 | 14:08
Azərbaycandan Türkiyənin zəlzələ bölgəsinə göndərilən yardımlar OĞURLANDI
26 Sep 2024 | 18:33
“Yaşlı kişilər arvadlarını bəyənmir, gənc qızlara meyl edirlər”
26 Sep 2024 | 15:21
“Stalinin qərarına qarşı çıxdığım üçün aldığım cəzanı üzərimdən necə götürtdüm?..”
26 Sep 2024 | 16:08
Prezidentdən maaşla bağlı müjdə
26 Sep 2024 | 13:38
“Ermənistanda revanşist hərəkatı yenidən qızışdıranlara nəticə yox, başqa şey gərəkdir...”
26 Sep 2024 | 15:30
İqtisadi məsələlərə həsr olunmuş mühüm müşavirə: Prezident çıxış etdi - YENİLƏNİB + FOTO
HƏFTƏLİK
24 Sep 2024 | 10:15
“Nə olsun o xanəndəlik sinfini bitirib, gəlin araşdıraq hansı muğamları bilir, öyrənib?”-Xalq artistindən İRAD+FOTO+ÖZƏL
21 Sep 2024 | 16:52
Evi “kupçasız” olan vətəndaşların DİQQƏTİNƏ: 1 ildən 3 ilədək həbs gözləyir
21 Sep 2024 | 07:52
Pensiya yaşı 3 il artırılır - Oktyabrın 1-dən...
25 Sep 2024 | 21:59
"İran Fələstinin mübarizə bayrağını daha daşımayacaq" - Məsud Pezeşkian
20 Sep 2024 | 14:16
"İstisu" müalicəvidir, yoxsa süfrə suyu? - Ekspertdən XƏBƏRDARLIQ
22 Sep 2024 | 16:55
Bitki yağları zərərlidirmi? - Mütəxəssisdən açıqlama
24 Sep 2024 | 15:25
Azərbaycanın ilk LAZER SİLAHI - FOTO
21 Sep 2024 | 08:07
Ekspertlər ən zərərli bitki yağının ADINI AÇIQLADI 
24 Sep 2024 | 23:23
Azərbaycana da gəldi - Əsas qadınları tutur, 89 gün davam edir...
21 Sep 2024 | 21:54
Oktyabr ayının ən şanslı bürcləri - Göyün 7-ci qatında hiss edəcəklər
AYLIQ
26 Sep 2024 | 19:19
Məktəblərdə tədrisdən çıxarılmalı fənlər – Onları əvəz etməli çox vacib dərslər
26 Sep 2024 | 15:06
Bakının mərkəzinə 1 addım məsafədə ucuz evlər - Kütləvi satılır
26 Sep 2024 | 15:00
Əhaliyə ŞAD XƏBƏR: Yol pulunun bir hissəsi geri qayıdacaq
26 Sep 2024 | 15:18
Minimum əməkhaqqı 400, pensiya 330 manat olacaq - Qazilərin müavinəti 2 dəfə artır
26 Sep 2024 | 14:08
Azərbaycandan Türkiyənin zəlzələ bölgəsinə göndərilən yardımlar OĞURLANDI
26 Sep 2024 | 18:33
“Yaşlı kişilər arvadlarını bəyənmir, gənc qızlara meyl edirlər”
26 Sep 2024 | 15:21
“Stalinin qərarına qarşı çıxdığım üçün aldığım cəzanı üzərimdən necə götürtdüm?..”
26 Sep 2024 | 16:08
Prezidentdən maaşla bağlı müjdə
26 Sep 2024 | 13:38
“Ermənistanda revanşist hərəkatı yenidən qızışdıranlara nəticə yox, başqa şey gərəkdir...”
26 Sep 2024 | 15:30
İqtisadi məsələlərə həsr olunmuş mühüm müşavirə: Prezident çıxış etdi - YENİLƏNİB + FOTO