Qonşu ölkənin agentura şəbəkəsinin iş mexanizmini anlamaq üçün bu şəkli paylaşıram. Bir məsuliyyətsiz varlığın Azərbaycan üçün zərərli hesab etdiyim açıqlamasına cavab yazmışdım. Sonra adam başıboş kütlənin xoşuna gəlmək üçün şəxsim də daxil xeyli insan haqqında səviyyəsiz təhqirlər yer alan video paylaşdı. Və buna da ayrıca, tutarlı cavab verdim. Yəni özünə güvənən, mənəvi cəhətdən haqqı çatan insan kimi və indiyədək kimsənin qarşısından qaçmadığım kimi, bu qaragüruh dəstəsinin qarşısında da şəxsən özüm ayrıca yazı ilə sözümü dedim. İndi maraqlıdır, bu kanal 13-lər də qonşu ölkənin agenturasına bağlı şəbəkə olduğuna görə yalnız mənim şəklimi bu əbləhlə birlikdə paylaşaraq guya yalnız mənə qarşı tərbiyəsizlik etdiyini düşüncəsini aşılayırlar. Zavallı millətimizi necə rahat bu informasiyalarla idarə edirlər. Dövlətimzin bu səhələrlə məşğul olan məmurlarının başı pul qazanmağa və prezidenti aldatmağa qarışdığına görə, qonşu ölkənin agenturası informasiya məkanımızda at oynadır. Baxın, hansı ölkədə hərbi hissədə əsgər və zabitlər başqa ölkədən göndərilən konspektlə dini mərasim keçirsəydilər orada müdafiə naziri dərhal istefaya göndərilərdi. Çətin də olsa, ağır da olsa bu dövlətin və millətin aydınlığı üçün daha böyük əzmlə çalışmalıyıq. Bütün Şərq arealında dünyəvi dövlətin dinçilərin daşıdığı qaranlığa bulaşmasına gətirib çıxaran əsas səbəb oradakı aydınların qaragüruha məğlub olmasından başlayıb. İran da, Əfqanıstan da, İraq da belə olub. Qoymamalıyıq, yol verməməliyik.
Fazil Mustafa, Millət vəkili