Əfqan qadınları taliblərsiz necə yaşayıb və indi onları nə gözləyir?.. - TƏHLİL
Dünya
Oxunub: 5459
23 Aug 2021 | 19:27
Əfqan qadınları taliblərsiz necə yaşayıb və indi onları nə gözləyir?.. - TƏHLİL

 

“Anam huşunu itirdi və onu silahla vurdular” 

 

“Taliban” hərəkatı tərəfindən Əfqanıstanda hakimiyyətin ələ keçirilməsi təkcə onların rəqiblərində deyil, sadə vətəndaşlarda, xüsusən qadınlarda qorxu oyadıb. Onlar 1990-cı illərin sonlarında “Taliban” hakimiyyəti altında yaşamağın nə demək olduğunu hələ də xatırlayırlar:  qadınlar ictimai yerlərdə çadrasız görünsəydilər, daş-qalaq oluna bilərdilər, küçəyə tək çıxmaları qadağan idi, təhsil almaq və ya karyera qurmaq haqqında isə söhbət belə gedə bilməzdi. Müasir taliblər  dəyişdiklərini və qadınların oxumalarına, işləmələrinə və hətta hökumət dairələrində çalışmalarına icazə verəcəklərini iddia edirlər. Amma bu sözlər hələ də inam doğurmur. Lenta.ru Əfqanıstanın qadın sakinləri və bir sıra mütəxəssislə söhbət edərək, radikal “Taliban” kişilərin hakimiyyəti altında əfqan qadınlarının həyatının necə dəyişəcəyini aydınlaşdırıb.

 

Moderator.az həmin yazını oxucularına təqdim edir.

 

"Qadın üzü pozğunluq mənbəyidir"

 

1996-cı ildən 2001-ci ilə qədər davam edən beş illik “Taliban” hakimiyyəti möhkəm oturuşmuş obraz yaratmışdı: radikal hərəkatın üzvləri yaddaşlarda, xüsusən qadınlara qarşı münasibətdə, vəhşi, qəddar kimi qalıb. İşləmək, oxumaq və kişilərin müşayiəti olmadan evdən çıxmaq qadağan edildi, çadra taxmaq məcburiyyətində qaldılar. Qanunu pozanlar daş-qalaq oluna və ya kütləvi şəkildə döyülə bilərdilər: təkcə 1996-cı ilin dekabrında 225 qadın bu şəkildə cəzalandırılmışdı.

 

Çadrasız qadın əslində "çılpaq" sayılırdı. “Taliban” əfqan qadınlarının üzünü yalnız ailə üzvlərinin görə biləcəyini israr edirdi. İş o yerə çatmışdı ki, insanlar öz evlərinin pəncərələrini mismarlamaq məcburiyyətində qalırdılar - axı yoldan keçənlər ora baxa bilərdilər. "Qadının üzü kişilər üçün bir əxlaqsızlıq mənbəyidir", - deyə “Taliban” nümayəndəsi qərarı belə izah etdi.

 

Kişi və qadınlara qoyulan  sərt ayrı-seçkilik münasibətlər təkcə gündəlik həyatda deyil, hətta fövqəladə vəziyyətlərdə də özünü göstərdi:  hətta tibbi yardıma ehtiyacı olsa belə, heç bir kişi həkim əfqan qadınına toxuna bilməzdi. Bu qaydanı pozan həkim döyülə və ya həbs edilə bilərdi. Yalnız xüsusi xəstəxanalarda işləməyə məcbur edilən qadınlara xəstələri müalicə etməyə icazə verilirdi. Bir qayda olaraq, bu klinikalarda təmiz su, cərrahiyyə avadanlığı və ya elektrik olmazdı. Yeri gəlmişkən, bu xəstəxanalarda yüksək ixtisaslı mütəxəssislər də yox idi.

 

 

Beş illik hakimiyyəti ərzində “Taliban” əfqan qızlarını praktiki olaraq təhsildən məhrum etdilər. Yalnız ibtidai sinif şagirdləri məktəbə gedə bilərdi - yetkinlik yaşına çatmış  qızları, bir qayda olaraq, ərə verərdilər. Bəzi əyalətlərdə məktəblı qızların yaşı gözlə ölçülürdü, belə ki, hətta səkkiz yaşlı qızları belə evləndırərdilər. “Bu məhdudiyyətlər səbəbindən ailələr qızlarını ən qısa müddətdə oxumağa və məktəbi bitirməyə məcbur edirdilər. Məktəbli qızlar heç olmasa minimal təhsil almaq üçün  gücləri çatana qədər dərslərə qatılmalı olurdular”, - deyə əfqanlardan biri xatırlayır.  2001-ci ilə qədər məktəblərdə demək olar ki, heç bir qız qalmamışdı.

 

Bütün qadağaları şəriət qanunları ilə izah edərdilər. Əfqanıstan üzrə şərqşünas Aleksandra Kovalskaya Lenta.ru -ya bildirib ki,  əslində belə tələblərin İslam qanunları ilə heç bir əlaqəsi yoxdur: “Taliban”ın qəddar fərmanlarının köklərinin  puştun adətləri ilə əlaqəli olması ehtimal olunur (puştunlar əsasən Pakistan və Əfqanıstanda yaşayan İran əsilli xalqlardır - red.). Onlar şəriət anlamları ilə spesifik mentalitet və adət-ənənəni bir-biri ilə qarışdırırlar. Məsələn, islam dini evdən çıxarkən bir qadının üzünü örtməsini tələb etmirsə, puştun dünyası üçün bu normadır və qadın hüquq və azadlıqlarının anlaşılmasında bu cür fərqlər olduqca çoxdur. 1996-2001-ci illərdə müşahidə etdiklərimizin şəriətlə əlaqəsi çox uzaq idi”.

 

Əfqanıstanda qadın hüquqlarının vəziyyəti 2001-ci ildə “Taliban” devrildikdən və xarici kontingentin ölkəyə müdaxiləsindən sonra yavaş-yavaş yaxşılaşmağa başladı.

 

Döyüşçü qadınlar

 

2007-ci ilə qədər məktəblərdə qız şagirdlərin sayı təxminən 40 dəfə artaraq 41,7 faiz təşkil etmişdir. 2011-ci ilə qədər onların sayı daha çoxaldı: ümumi şagird sayının 65,6 faizinə bərabər idi. Qadın tələbələrin sayı əhəmiyyətli dərəcədə artdı: 2016-cı il vəziyyətinə görə Əfqanıstanda qız tələbələrin nisbəti 28 faiz idi. Qadın müəllimlər 14 faiz təşkil edirdilər.

 

Bir çox qadın üçün “Taliban” dövründə görmədikləri imkanlar açımışdı. Orduda xidmət etmək üçün geri dönə bilərdilər - qadınlara 1996-cı ilə qədər xidmət etməyə icazə verilmişdi. 2014-cü ildən bəri Amerika Birləşmiş Ştatları və NATO müttəfiqlərinin məsləhətiylə qadınları Əfqanıstan ordusuna qaytarmağa başladılar.

 

 

Əfqan qadınları hakim, polis və hətta nazir ola bilərdilər. 2020-ci ildən etibarən Əfqanıstan parlamentindəki qadınların nisbəti ABŞ Konqresindəki qadınların nisbətindən xeyli yüksək idi (27 faizlə 23 faiz arasında).

 

Ancaq bu cür azadlıqlar əsasən böyük şəhərlərdən olan qızlar üçün mövcud idi - hətta orada da qayda pozuntuları və təcavüz olmadan keçinilməzdi. Bir çox kənd qadınları hələ də kişilərdən tamamilə asılı idilər. Hardasa əfqan qadınları səhiyyə xidmətlərindən istifadə edə, məktəbə gedə və ya iş tapa bilmirdilər. Və əyalət kişilərinin çoxu mühafizəkar olaraq qalırdı: onların az bir qismi qızlarının məktəbə getməsinə icazə verirdi.

 

“Buna baxmayaraq, siyasətçilər yenə də bacardıqları qədər qadın azadlığı tendensiyasını dəstəkləməyə çalışırdılar”, - deyə Kovalskaya qeyd edir. Xüsusilə keçmiş prezident Əşrəf Qəni qadınların rəhbər vəzifələrə təyin olunmasını təşviq edirdi və həyat yoldaşı, birinci xanım Rula Qəni rəsmi tədbirlərdə fəal iştirak edir və sosial layihələrə rəhbərlik edirdi.

 

Qanunvericilik səviyyəsində hər bir qadının müdafiə, müalicə və təhsil almaq hüququ vardı və kişi ilə bərabərhüquqlu idi - bu, 2004-cü ildə qəbul edilmiş konstitusiyada qeyd olunmuşdu.

 

2009-cu ildə Əfqanıstan hökuməti qadınları şiddətdən qorumaq haqda qanun qəbul etdi. “Human Rights Watch”a görə, bu qanun sayəsində hüquq-mühafizə orqanları həqiqətən də qızlara və qadınlara qarşı cinayətlərə daha çox diqqət ayırmağa başladılar. Kənd həyatı böyük şəhərlərdəki həyatdan ciddi şəkildə fərqlənsə də, əfqan qızlarının daha sərbəst və daha müstəqil olmaq şansı var idi - indi isə bu şans “Taliban” tərəfindən əllərindən alındı.

 

"Qadınların qurban olmasını istəmirik"

 

15 avqust 2021-ci ildə Kabil “Taliban” tərəfindən ələ keçirildikdən sonra bir çox qız universitetlərdən təxliyə edildi və gözəllik salonlarının sahibləri vitrinlərdə qadınların şəkillərinin üzərlərinə rəng çəkməyə başladılar. Ölkədə çadraların qiyməti on qat artıb: əgər keçən il 200 əfqaniyə (təxminən 2,3 dollar) başa gəlirdisə, indi  2-3 min əfqaniyə (təxminən 23-34 dollar) bərabərdi.

 

Ancaq “Taliban” nümayəndələri qadınları həyatlarının dəyişməyəcəyinə inandırmağa çalışırlar. Radikallar heç kimin haqqını sıxışdırmayacaqlarını və hər qadının işləyib məktəbə və ya universitetə gedə biləcəyinə inandırırlar. Bundan əlavə, “Taliban” qadınlara televiziyada işləməyə icazə verdi. Hətta onlara yeni Əfqanıstan rəhbərliyinə dəvət ediləcəyi də söz verildi.

 

 

“Biz qadınların qurban olmasını istəmirik. Şəriət qanunlarına uyğun olaraq hökumət quruluşunda olmalıdırlar”, - deyə taliblərin mədəniyyət komissiyasının üzvü Enamullah Samanqani əfqan qadınlarını gələcək hökumətə qoşulmağa çağırdı.

 

“Taliban” rəsmiləri ölkədə qadınlara qarşı heç bir şiddət olmayacağını da söz verirlər. Bu arada avqustun 18-də dörd uşaq anası olan Faryab vilayəti sakininin silahlılar tərəfindən döyülərək öldürüldüyü məlum olub. O, taliblər üçün yemək bişirmək təklifini rədd etdiyi üçün belə "cəzalandırılıb". Mərhumun qızının dediyinə görə, radikalları yedizdirmək üçün sadəcə pulları olmayıb, onların sayı isə 15-ə yaxın olub: "Anam huşunu itirdi və onu AK-47 ilə vurdular", - deyə öldürülən qadının qızı Manija bildirib.

 

Digər faktlar da taliblərin bəyanatlarıyls ziddiyyət təşkil edir. Məsələn, hərbçi qadınlar artıq radikal hərəkatın üzvlərindən çoxsaylı təhdidlər almağa başlayıblar. "Mənə bir məktub göndərdilər, gözlərinə görünsəm mənimlə istədiklərini edəcəklərini yazıblar. Əcnəbilərlə işlədiyim üçün qəzəbləniblər”, - deyə hərbçi Fatimə Sadat bildirir. Bəzi şayiələrə görə, terrorçular qapı-qapı gəzərək dövlət qurumlarında və mediada işləyən qadınların siyahısını tərtib edirlər. Bu məlumatların nə üçün lazım olduğu bilinmir.

 

Bir qədər sonra daha çox narahatlıq doğuran məlumatlar ortaya çıxdı: guya “Taliban” qızları cinsi köləliyə aparmağa başladı və eyni zamanda dadsız günorta yeməyi səbəbiylə gənc bir qadını diri-diri yandırdı.

 

“Yeganə xilas yolu qaçmaqdır”

 

Əksər qızlar artıq Əfqanıstanı tərk edir və ya tərk etməyi planlaşdırır. Lenta.ru ilə bu planlar barədə Məzari-Şərif şəhərindən olan bir beynəlxalq təşkilatın maliyyəçisi 26 yaşlı Kamişa (təhlükəsizlik səbəbiylə adı dəyişdirilib) paylaşıb. Onun sözlərinə görə, fürsət yaranan kimi ailəsi ilə birlikdə xaricə qaçacaq. Kamişa əmindir ki, Əfqanıstanda qalsa həyatı hər zaman təhlükədə olacaq: “Həmkarlarımın və dostlarımın fikirləri eynidir: hamımız eyni vəziyyətdəyik. Hamımız təhsilli idik, hamımızın işimiz vardı. Heç birimiz də taliblərin hakimiyyətdə olmasını istəmirik, çünki onların sözlərinə inanmaq olmaz. Yeganə xilas yolu qaçmaqdır”.

 

 

Kamişaya yeni hökumətin necə olacağını hiss etmək üçün bir neçə gün kifayət edib: işdən çıxaraq bütün günü evdə oturmağa məcburdur, çölə çıxmaq sadəcə təhlükəlidir. İndi Kamişa bir daha heç vaxt geri dönməyəcək xoşbəxt həyatını ağrılı şəkildə xatırlayır. Axı “Taliban” ona oxumağa, şəhəri gəzməyə, işləməyə və ya kafeyə getməyə icazə verməyəcək: “Həyatım üçün qorxuram. Ölkədəki atmosfer dəhşətlidir, bütün insanlar qorxur. “Taliban” sonuncu dəfə hakimiyyətdə olanda baş verənləri yaxşı xatırlayırıq”.

 

"Qızlara və qadınlara, hökumətdə və ya qeyri-kommersiya təşkilatlarında işləyənlərə qarşı çox pis davranırlar. Məni dəhşət bürüyur - eyni vaxtda bir neçə QHT-də çalışdığımı biləndə nə olacaq? Məni öldürəcəklərmi? Çox qorxuram”,  - deyir Kamışa.

 

Kamişa “Taliban”ın qadın hüquqları ilə bağlı verdiyi bütün vədləri rədd edir. Onun sözlərinə görə, heç bir Əfqanıstan sakini radikalların bir sözünə belə inanmır - indi sadəcə nüfuzlarını artırmağa çalışırlar, başqa heç nə. “Keçmişdə çox sayda qadına zərər veriblər və indi onlardan nə gözlədiyimizi bilmirik. Onlar belə deyirlər, amma yaxşı bilirik ki,  qadınlara tam nəzarət etmək onlar üçün vacibdir”, - deyə Kamişa fikrini yekunlaşdırıb.

 

Şərəf andı

 

Sülh Sazişləri Matrisi (The Peace Accords Matrix, PAM) tədqiqat proqramının rəhbər müavini Madhav Coşi Lenta.ru-ya verdiyi açıqlamada deyib ki, əfqan qızlarının “Taliban” hərəkatına inamsızlığını başa düşmək olar. Mütəxəssis Əfqanıstanda bir çoxlarının taliblərin son 20 ildə nə ilə məşğul olduğunu, xüsusən də qadınlara qarşı necə davrandıqlarını bilmədiklərini deyir. Silahlılar qadın hüquqları təşkilatları ilə heç bir əlaqə qurmamış və qadınları islam respublikasının keçmiş hökuməti ilə danışıqlara cəlb etməmişlər. “Taliban” haqqında məlum olan hər şey 1990-cı illərin sonlarında beş illik hakimiyyəti ilə əlaqəli olduğundan, onlara olan münasibət çoxsaylı vədlərdən sonra da yumşalmayacaq: “Taliblər özləri qadınlarla bağlı hansı siyasət yürütdüklərini tam anlamırlar. Son 20 il ərzində bu cür məsələlər yalnız rəsmi hökumət və Qərb ölkələri ilə sülh danışıqları zamanı qaldırılmışdır. Və yalnız ona görə ki, “Taliban” digər ölkələrdə özləri haqqında xoş təəssürat yaratmaq istəyirdi”.

 

Tədqiqatçı hesab edir ki, beynəlxalq ictimaiyyətdən bu cür asılılıq Əfqanıstan qadınlarının məcburi olaraq çadra taxmağa və digər qadağalara qayıtmayacağına ümid verir. Coşinin sözlərinə görə, ABŞ, Çin, Rusiya və Pakistan problemi əfqan qadınlarının xeyrinə həll edə bilərlər: yaraqlılara təzyiq göstərilsə, boyun əyməli olacaqlar:  “Hələlik aydın olan odur ki, “Taliban” qadın hüquqlarının yaxşı olacağı təəssüratı yaratmaq istəyir. Lakin yaraqlıların vədlərinə əməl edib-etməyəcəyini yoxlamaq beynəlxalq ictimaiyyətin səlahiyyətindədir”, - deyə Coşi fikrini tamamlayıb.

 

Aleksandra Kovalskaya ölkədəki vəziyyətin hər an köklü şəkildə pisləşə biləcəyini deyir:

 

“Hələlik “Taliban”ın şərəf sözünə və qanuni hökumət statusu əldə etmək istəklərinə nisbi nizam saxlanılır. Amma planları dəyişərsə, çox güman ki, heç kim onların qarşısını ala bilməyəcək - hazırda Əfqanıstan ərazisində “Taliban”a bərabər güc yoxdur”.

 

Tərcümə və təqdim etdi: Miraslan

Oxşar xəbərlər
09:08, Bu gün
Bakıda məşhur klinikada ÖLÜM FAKTI: Ailə həkimi günahlandırır - VİDEO
08:59, Bu gün
Narin Güranın qətlində gizlənən sirr - Əmi göstəriş verib, baldız təşkil edib
08:50, Bu gün
Bakının mərkəzinə 1 addım məsafədə ucuz evlər - Kütləvi satılır
08:41, Bu gün
Zülfiyyə İbrahimova vəfat etdi - FOTO
08:31, Bu gün
"FSB" Ukrayna ordusunun Kursk vilayətində irəliləməsini dayandıra bilmir..."- ISW
08:23, Bu gün
Gözəllik ondur, biri də... plastik əməliyyat - “başqa adama” çevrilənlərə DİN nə deyir?
08:00, Bu gün
Mehriban Əliyeva 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib
07:34, Bu gün
"Putinin hay-küylü hədələrinin arxasında onun qorxusunu gizlənir..." -  Müdafiə nazirləri...
01:59, Bu gün
ABŞ Dövlət Departamenti Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünü şərh edib
01:57, Bu gün
Bərdədə azyaşlı qızına zorakılıq etdiyi iddia olunan ata DANIŞDI
01:52, Bu gün
Bakıda məşhur klinikada ÖLÜM FAKTI: Ailə həkimi günahlandırır
01:51, Bu gün
Paşinyan: "Azərbaycanla sülhə nail olmaq üçün Konstitusiyanı dəyişdirməyə hazırıq"
01:45, Bu gün
46 ilini ölüm kamerasında keçirən məhkum bəraət aldı
00:30, Bu gün
UEFA Avropa Liqası: "Tottenhem" "Qarabağ"a qalib gəldi
00:29, Bu gün
ABŞ SEPAH üzvü haqqında məlumat üçün 20 milyon dollar mükafat təyin edib
00:24, Bu gün
“Biz həmin torpaqları qorumalıyıq, orada şəhidlərimizin qanı var..”
00:05, Bu gün
Vətən müharibəsinin başlamasından dörd il keçir - Azərbaycanda Anım Günüdür
26 Sep 2024 | 23:25
“Qarabağ”-ın oyunu niyə ləngiyir? - Açıqlama
26 Sep 2024 | 23:22
Bakıda "Toyota Prius" BMW markalı avtomobilə çırpıldı
26 Sep 2024 | 23:06
Avropa Liqası: "Fənərbağça" turnirə qələbə ilə başladı
26 Sep 2024 | 23:01
"HƏMAS lideri sağdırmı?": İsrail müdafiə naziri aydınlıq gətirib
26 Sep 2024 | 22:37
"Putin Ukraynaya nüvə zərbəsi endirəcəkmi?" - ISW
26 Sep 2024 | 22:33
Azərbaycanda hər 10 uşaqdan 6-sı eynək taxır - Qlobal epidemiya yaxınlaşır
26 Sep 2024 | 22:31
SON DƏQİQƏ: Daşkəsən səfərbərlik şöbəsinin rəisi HƏBS EDİLDİ
26 Sep 2024 | 22:28
"Qarabağ"ı Çempionlar Liqasından kənarlaşdıran klubun yeni baş məşqçisi açıqlanıb
26 Sep 2024 | 22:27
Azərbaycan XİN başçısı ABŞ Prezidenti ilə görüşüb
26 Sep 2024 | 22:26
Ərdoğan: Türkiyənin BRİKS və ya ASEAN-a daxil olması onun NATO-dan çıxması demək deyil
26 Sep 2024 | 22:21
Ahıl və tənha vətəndaşların pullarını ələ keçirən üç nəfər saxlanılıb
26 Sep 2024 | 22:17
Ərdoğan: Azərbaycanla Ermənistan arasında sülh üçün çalışırıq
26 Sep 2024 | 22:06
Qarabağda fərdi ev tikməyə icazə verilir?
26 Sep 2024 | 21:59
ABŞ İsrailə 8,7 milyard dollarlıq yardım paketi ayırıb
26 Sep 2024 | 21:58
Rusiyada göyərtəsində deputat olan helikopter radarlardan itib
26 Sep 2024 | 21:57
Azərbaycan və Ermənistan xarici işlər nazirləri razılığa gəliblər
26 Sep 2024 | 21:46
Ermənistanda ehtiyatda olan hərbçilər təlimə çağırıldılar
26 Sep 2024 | 21:44
"Rusiya öz vətəndaşlarını ət maşınına atır" - Starmer
26 Sep 2024 | 21:19
Rusiyada işləyən azərbaycanlıların NƏZƏRİNƏ
26 Sep 2024 | 21:18
“Onlar qonaq idilər, amma sırtıq qonaq və ev sahibi sonda onları qovmalı oldu”
26 Sep 2024 | 21:17
Prezident İlham Əliyev 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib
26 Sep 2024 | 21:10
"Yuventus" futbolçusu ilə müqavilə müddətini artırıb
26 Sep 2024 | 21:07
Blinkenin iştirakı ilə Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü başa çatıb
26 Sep 2024 | 21:02
ABŞ və Avropa İttifaqı Putinin nüvə təhdidlərinə cavab verib
26 Sep 2024 | 20:52
Qarabağ Universitetində daha bir İLK- Xanəndələr QAYITDI- VİDEO
26 Sep 2024 | 20:43
Şahin Mustafayev: Çindən Avropaya malların tədarükü üçün ən qısa yollar Azərbaycandan keçir
26 Sep 2024 | 20:35
"Real"ın futbolçusunu təhqir edən şəxs 1 il müddətinə həbs edilib
26 Sep 2024 | 20:25
Nyu-York meri korrupsiyada ittiham olunur
26 Sep 2024 | 20:22
Ən faydalı bitkilərin ADLARI AÇIQLANDI
26 Sep 2024 | 20:17
İsveç səfiri Bakıda “Nordic Talks” konfransının açılışında çıxış edib
26 Sep 2024 | 20:08
SOCAR-TPAO təqaüd proqramının qalibləri Türkiyədə tədrisə başlayıblar
26 Sep 2024 | 19:50
Azərbaycandan Türkiyənin zəlzələ bölgəsinə göndərilən yardımlar OĞURLANDI
26 Sep 2024 | 19:42
Azərbaycanda vəzifəli şəxslər cəzalandırıldılar
26 Sep 2024 | 19:31
"Lənkəran" ABŞ-li basketbolçunun keçidini rəsmiləşdirib
26 Sep 2024 | 19:27
“Mədəniyyətimizin incisi – Şuşa” layihəsi uğurla davam edir
26 Sep 2024 | 19:23
"Hamster Kombat" tokeni birjaya çıxdı
26 Sep 2024 | 19:22
Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub
26 Sep 2024 | 19:19
Məktəblərdə tədrisdən çıxarılmalı fənlər – Onları əvəz etməli çox vacib dərslər
26 Sep 2024 | 19:14
Zelenskidən sensasion anons - müharibə bitir, yoxsa...
26 Sep 2024 | 19:13
Diyetoloqlar su içməyin yeganə düzgün yolu haqqında mifi dağıtdı
26 Sep 2024 | 19:10
Nənə nəvəsini orqanlarına görə SATDI -ŞOK TƏFƏRRÜATLAR
26 Sep 2024 | 19:05
Yerin altı tıxac, üstü tıxac - Mənzil başına necə çataq?
26 Sep 2024 | 18:55
Elza Seyidcahan səhnədə YIXILDI: qabırğası qırılıb
26 Sep 2024 | 18:47
Uğur 6 BÜRCDƏN üz döndərəcək: Çətinliklərlə üzləşəcəklər
26 Sep 2024 | 18:43
“Emin Əmrullayev dostumdur, qardaşımdır, amma təhsilimzidə çat var” - Prezident təqaüdçüsü
26 Sep 2024 | 18:37
Niyə innovasiya mərkəzləri iqtisadi inkişaf baxımından vacibdir?
26 Sep 2024 | 18:33
“Yaşlı kişilər arvadlarını bəyənmir, gənc qızlara meyl edirlər”
26 Sep 2024 | 18:29
Qərbi Azərbaycan İcması Mirzoyanın Qədim Sivilizasiyalar Forumundakı bəyanatını qınayıb
26 Sep 2024 | 18:20
Azərbaycan bədii gimnastları Monteneqrodakı turnirdə 2 medal qazanıblar
26 Sep 2024 | 18:12
Aytən Muradova: Azərbaycanda Aliment Fondunun yaradılması təklifi aktualdır
26 Sep 2024 | 18:10
“Bu gün özünü cəmiyyətə ədəbiyyat kimi sırımağa çalışan anti-ədəbiyyat mövcuddur”
26 Sep 2024 | 18:04
Luka Skieppati: “Bu gün 43 şirkət TAP-ın tutumunu bron etmək hüququna malikdir”
26 Sep 2024 | 17:59
Kamran Əliyev şəhid prokurorluq əməkdaşlarının ailə üzvləri ilə görüş keçirdi - FOTOLAR
26 Sep 2024 | 17:55
Paşinyan Ərdoğanın kitabını niyə sinəsinə sıxdı?..
26 Sep 2024 | 17:54
Türkiyə Müdafiə Nazirliyindən Anım Günü ilə bağlı BƏYANAT
26 Sep 2024 | 17:49
Taksi sürücüləri üçün imtahanın vaxtı AÇIQLANDI
26 Sep 2024 | 17:44
Paytaxtı hara KÖÇÜRƏK? – Bakıdakı xaosa ÇARƏ + FOTO
26 Sep 2024 | 17:38
"Livanla İsrail arasında vəziyyət dözülməz həddə çatıb" - Baydenlə Makrondan birgə bəyanat
26 Sep 2024 | 17:32
Sahil Babayev üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşdü - FOTO
26 Sep 2024 | 17:27
DOST mərkəzlərinə 3 milyonuncu müraciət Zəngilanda qeydə alındı - FOTO
26 Sep 2024 | 17:21
Bu küçəyə avtomobillə giriş-çıxış tam məhdudlaşdırılacaq
26 Sep 2024 | 17:15
Qalmaqal yenidən BAŞLADI: Afət Fərmanqızı Flora Kərimovaya 100 min təzminat verəcək?
26 Sep 2024 | 17:10
Taksi duracaqları yaradılır - Bakıda nə dəyişəcək? - ŞƏRH
26 Sep 2024 | 17:05
Ərdoğan Paşinyanla nələri MÜZAKİRƏ ETDİ? – Nyu-York görüşünün TƏFƏRRÜATI
26 Sep 2024 | 16:59
8 Noyabr prospektindəki məhdudiyyət tam aradan qaldırıldı - FOTO
26 Sep 2024 | 16:54
Dövlət Komitəsi əməkdaşları üçün təlim keçirilib - FOTOLAR
26 Sep 2024 | 16:49
Bakıda taksi sürücülərinə ŞAD XƏBƏR: Yeni layihənin icrasına başlanılır
26 Sep 2024 | 16:44
DİQQƏT! Bakıda xüsusi zolaqalara yalnız bu avtomobillər daxil ola bilər
26 Sep 2024 | 16:38
Ceyhun Bayramov Angel Moratinosla görüşdü - FOTO
26 Sep 2024 | 16:33
"ABŞ Ukraynaya 8 milyard dollarlıq hərbi yardım edəcək" - "Reuters"
26 Sep 2024 | 16:27
Bu, Azərbaycan üçün legitim müharibə səbəbidir - Situasiya dəyişir
26 Sep 2024 | 16:21
Azərbaycanın müdafiə sənayesində YENİ MƏRHƏLƏ: Türkiyəli general DETALLARI AÇIQLADI – FOTO
26 Sep 2024 | 16:16
Bu yağlar xəstəlik yaradır - Alimlərdən XƏBƏRDARLIQ
26 Sep 2024 | 16:12
"Ukrayna gerçəkdən mövcud deyil və onu bərpa etmək mümkünsüzdür" - Tramp
26 Sep 2024 | 16:08
Prezidentdən maaşla bağlı müjdə
26 Sep 2024 | 16:03
Hökumət 2025-ci ilin dövlət büdcəsinin layihəsini Prezidentə TƏQDİM ETDİ
26 Sep 2024 | 15:58
Hava ilə bağlı XƏBƏRDARLIQ - Sentyabrın 28-i gündüzədək...
26 Sep 2024 | 15:53
“İstəsək, bir gün ərzində bütün borcu sıfırlaya bilərik” - İlham Əliyev
26 Sep 2024 | 15:48
Müdafiə Nazirliyi ilə “Azərsilah” saziş imzaladı
26 Sep 2024 | 15:42
Zaur Kamalın oğlu: "Universitetdə gəzə bilmirəm, deyirlər ki..." - VİDEO
26 Sep 2024 | 15:36
İlham Əliyev: "İlin əvvəlindən iqtisadi inkişaf gözlənilən səviyyədədir"
26 Sep 2024 | 15:30
İqtisadi məsələlərə həsr olunmuş mühüm müşavirə: Prezident çıxış etdi - YENİLƏNİB + FOTO
26 Sep 2024 | 15:26
Bakıda ahıl və tənha vətəndaşların pullarını ələ keçirən Ukrayna vətəndaşları saxlanıldı
GÜNLÜK
26 Sep 2024 | 19:19
Məktəblərdə tədrisdən çıxarılmalı fənlər – Onları əvəz etməli çox vacib dərslər
26 Sep 2024 | 12:04
Anası Qənirə Paşayevadan danışdı: "Elə olurdu ki, səhərə qədər..."
26 Sep 2024 | 15:06
Bakının mərkəzinə 1 addım məsafədə ucuz evlər - Kütləvi satılır
26 Sep 2024 | 15:00
Əhaliyə ŞAD XƏBƏR: Yol pulunun bir hissəsi geri qayıdacaq
26 Sep 2024 | 12:25
Sentyabrın 26-nın ən xoşbəxt BÜRCÜ: Çox əlverişli gün olacaq
26 Sep 2024 | 09:21
Atatürk 104 il öncə Ermənistanla bağlı nə yazmışdı?
26 Sep 2024 | 10:29
“Əfsanəvi Rembo” ləqəbi ilə tanınan Vətən Müharibəsi Qəhrəmanı...
26 Sep 2024 | 10:55
Rusiyada işləməyə gedənlərə VACİB XƏBƏR: Bunlara diqqət edilməlidir
26 Sep 2024 | 09:56
Bu bürclərin qadınları tezliklə ağ atlı şahzadə ilə görüşəcəklər
26 Sep 2024 | 12:10
Rəqsanənin evindən oğurluq edən tanınmış şəxs imiş
HƏFTƏLİK
24 Sep 2024 | 10:15
“Nə olsun o xanəndəlik sinfini bitirib, gəlin araşdıraq hansı muğamları bilir, öyrənib?”-Xalq artistindən İRAD+FOTO+ÖZƏL
21 Sep 2024 | 16:52
Evi “kupçasız” olan vətəndaşların DİQQƏTİNƏ: 1 ildən 3 ilədək həbs gözləyir
21 Sep 2024 | 07:52
Pensiya yaşı 3 il artırılır - Oktyabrın 1-dən...
25 Sep 2024 | 21:59
"İran Fələstinin mübarizə bayrağını daha daşımayacaq" - Məsud Pezeşkian
20 Sep 2024 | 14:16
"İstisu" müalicəvidir, yoxsa süfrə suyu? - Ekspertdən XƏBƏRDARLIQ
22 Sep 2024 | 16:55
Bitki yağları zərərlidirmi? - Mütəxəssisdən açıqlama
24 Sep 2024 | 23:23
Azərbaycana da gəldi - Əsas qadınları tutur, 89 gün davam edir...
24 Sep 2024 | 15:25
Azərbaycanın ilk LAZER SİLAHI - FOTO
21 Sep 2024 | 08:07
Ekspertlər ən zərərli bitki yağının ADINI AÇIQLADI 
21 Sep 2024 | 21:54
Oktyabr ayının ən şanslı bürcləri - Göyün 7-ci qatında hiss edəcəklər
AYLIQ
26 Sep 2024 | 19:19
Məktəblərdə tədrisdən çıxarılmalı fənlər – Onları əvəz etməli çox vacib dərslər
26 Sep 2024 | 12:04
Anası Qənirə Paşayevadan danışdı: "Elə olurdu ki, səhərə qədər..."
26 Sep 2024 | 15:06
Bakının mərkəzinə 1 addım məsafədə ucuz evlər - Kütləvi satılır
26 Sep 2024 | 15:00
Əhaliyə ŞAD XƏBƏR: Yol pulunun bir hissəsi geri qayıdacaq
26 Sep 2024 | 12:25
Sentyabrın 26-nın ən xoşbəxt BÜRCÜ: Çox əlverişli gün olacaq
26 Sep 2024 | 09:21
Atatürk 104 il öncə Ermənistanla bağlı nə yazmışdı?
26 Sep 2024 | 10:29
“Əfsanəvi Rembo” ləqəbi ilə tanınan Vətən Müharibəsi Qəhrəmanı...
26 Sep 2024 | 10:55
Rusiyada işləməyə gedənlərə VACİB XƏBƏR: Bunlara diqqət edilməlidir
26 Sep 2024 | 09:56
Bu bürclərin qadınları tezliklə ağ atlı şahzadə ilə görüşəcəklər
26 Sep 2024 | 12:10
Rəqsanənin evindən oğurluq edən tanınmış şəxs imiş