Niyaməddin Orduxanlının aparıcı olduğu AXC TV-də "Həftənin yekunu"nun bu dəfəki qonağı Milli Qeyri-Hükumət Təşkilatları Formunun prezidenti, hüquq müdafiəçisi Rauf Zeyni olub.
Verlişdə həftə ərzində ölkəmizdə, beynəlxalq müstəvidə və regonda baş vermiş hadisələr geniş müzakirə olunub. Müzakirə zamanı, Prezident İlham Əliyev və ölkənin vitse-prezidenti Mehriban Əliyevanın Kəlbəcər və Laçın rayonlarına səfərləri, Laçında aeroportun təməlinin qoyulmasının əhəmiyyəti, Qədim Azərbaycan torpaqları olan Basrkeçərin, Zəngəzurun və digər ərazilərin Ermənistana verilməsi səbəbləri, Rusiyanın 10 noyabr bəyannaməsində götürdüyü öhdəliklərin hansı səviyyədə icra etməsi, Rusiya sülhməramli qüvvələrin Qarabağda erməniləri müdafiə etməsinə Azərbaycan xalqının ciddi narazılığı, sülhmərmali qüvvələrin Azərbaycan ərazisindən çıxırılması perespektivləri, Zəngəzur dəhlizinin açılması ilə bağlı aparılan işlər, həftə ərzində ökənin tanınmış QHT sədrlərinin Ağdama təşkil olunan səfəri, işğaldan azad olunmuş ərazilərimizdə quruculuq işlərinin aparılması, Azərbaycanda ictimai nəzarətin təşkil olunmasında QHT-lərin rolu, yeni yaradılmış QHT Dövlət Dəstəyi Agentliyinin fəaliyyəti, İctimai Şuralarda keçirilən seçkilərdə problemlərin mövcudluğu və digər məsələrdən danışılıb.
Verlişin videosunu təqdim edirik: