Hələ də sirri açılmamış 6 tarixi tapıntı... - Maraqlı, möcüzəli və sehrli dünya...
Maraqlı
7585
04 Aug 2021 | 01:28

Hələ də sirri açılmamış 6 tarixi tapıntı... - Maraqlı, möcüzəli və sehrli dünya...

Məlumat əldə etməyin bu qədər asan olduğu müasir dövrdə ən azı dünyada bilmədiyimiz çox az şeyin qaldığını düşünə bilərsiz. Bu, normaldır. Ancaq hələ də sirri açılmamış bir çox əhəmiyyətli hadisə var və bunlar sadəcə, aysberqin görünən hissəsidir.

Yer üzündə bir çox arxeoloji tapıntılar var ki, bu da planetimizdəki həyat tarixinin təsəvvür etdiyimizdən uzaq ola biləcəyini göstərir. Moderator.az xarici mənbələrə istinadla oxucularına hələ də sirri açılmamış ən diqqətçəkən 6 tapıntını təqdim edir.

1. Kosta Rikanın nəhəng daş topları

İdeal yuvarlaq formalı sirli daş birləşmələri yalnız görünüşü ilə deyil, həm də anlaşılmaz mənşəyi ilə də maraqlıdı.

Onlar ilk dəfə XX əsrin 30-cu illərində fəhlələr cəngəllikdə banan plantasiyalarını təmizləyərkən kəşf edilib. Yerli əfsanələrdə sirli daş topların içərisində qızıl gizlədildiyi bildirilirdi. Bir çox daşları parçaladılar, bəziləri partladıldı. Amma boş idilər.

Bu daşların kim tərəfindən və hansı məqsədlə yaradıldığı bilinmir. Bunların göy cisimlərinin simvolu və ya fərqli tayfaların torpaqları arasındakı sərhədləri təyin etdiyini güman etmək olar.

2. Bağdad batareyası

Elektrik kəşf edilməzdən əvvəl bu mənada ilk işartılar mesopotamiyalılara məxsusdu. XX əsrin 30-cu illərində Bağdad yaxınlığındakı "Bağdad batareyası" adlandırılan arxeoloji ərazidə sirli bir əsər tapıldı. Onun görünüşü bu şəkildəki kimi idi: boynundan paslanmış dəmir çubuq keçən 13 santimetrlik bir saxsı qab. Qabın içərisində mis silindr, silindrin içərisində isə dəmir mil vardı.

Alimlər tapıntının quruluşuna əsaslanaraq bunun 1 volt elektrik cərəyanı yarada biləcək qədim bir akkumulyator olduğunu irəli sürdülər.

Versiyalardan birinə görə, belə bir batareya qızılın sinklənməsi prosesində istifadə edilə bilər; bu cür batareyaların istehsal texnologiyasının niyə itirildiyi və başqa bölgələrdə belə bir şey tapılmadığı da sual olaraq qalır.

3. Voyniç əlyazmasıVoyniç əlyazması dünyanın ən sirli kitabıdır. Müəllifi yoxdur, anlaşılmaz bir dildə yazılıb və səhifələr izah olunmayan simvollar və qəribə təsvirlərlə doludur.

Əlyazmanın qeyri-standart xarakteri başqa hərf sisteminə bənzəməyən bənzərsiz bir əlifba ilə yazılmasından ibarətdir. Bu anlaşılmaz işarələr 20-ci əsrin kriptoqraflarını çaşdırdı və bu günə qədər deşifrə edilməyib.

4. İnklərin qızıl heykəlcikləri

Cənubi Amerikada tapılan qızıl heykəlciklər uçan aparatlara bənzəyir və buna inanmaq çətindir. Bu fiqurların yaradılmasının prototipi məlum deyil.

1996-cı ildə alman təyyarə modelçiləri Alqund Enbom və Peter Beltinq əsrarəngiz heyvanların heykəlcikləri şəklində təyyarə modellərinin hipotezinin yaşamaq hüququna malik olduğunu praktikada sübut etdilər. Onlar kolumbiyalı qızıl təyyarənin dəqiq, 16 qat böyüdülmüş nüsxələrini yaratdılar. Havaya qalxmaq üçün modellər mühərriklər və radio idarəetmə sistemləri ilə təchiz olunmuşdu.

İki model təkcə havaya qalxmadı, həm də mükəmməl aerobatika ilə məşğul oldu, hətta mühərrikləri söndürüldükdə belə əla süzdü.

5. Genetik disk

İnanılmaz artefakt - genetik diskdə müasir insanın yalnız mikroskop altında müşahidə edə biləcəyi şeylər və proseslər təsvir edilib. Diskdə çox güman ki, embrionun yaranma və inkişaf prosesi göstərilir. Həm də qəribə rəsmlərdən biri anlaşılmaz formada olan insan başıdır.Disk lidit adlanan möhkəm daşdan hazırlanıb. Fövqəladə gücü ilə bu daş qatlı bir quruluşa malikdir və bu qədim artefaktın olmasına baxmayaraq, buna bənzər bir şey hazırlamaq praktiki və nəzəri cəhətdən mümkün deyil.

6. Antikiter mexanizmi

Antikiter mexanizmi mürəkkəb dizaynına görə kompüterin ilk analoqu olan ən qədim və ən məşhur hesablama mexanizmidir.Onilliklər boyu davam edən araşdırmalardan sonra elm adamları müəyyən edə bildilər ki, bu mexanizm Günəşin, Ayın mövqelərini, göydəki planetlərin hərəkətini, Günəş və Ay tutulmalarını - hətta Olimpiya Oyunları kimi əsas hadisələri proqnozlaşdırır.

Əsas mübahisə Antikiter mexanizminin kəşf olunmasından əvvəl bu cür kompleks cihazların istehsalının qədim sivilizasiyalar üçün əlçatmaz olması ətrafında baş qaldırır. Elm adamları bu tunc dişli dəstin oxşar texnikadan min il qabaq olduğunu iddia edirlər.

Tərcümə və təqdim etdi: Miraslan

Link kopyalandı!
Son xəbərlər