Masazırda inanılmaz mənzərə: Eşidənlər oraya axışır
Maraqlı
28658
10 May 2021 | 13:40

Masazırda inanılmaz mənzərə: Eşidənlər oraya axışır

Azərbaycanda Masazır Duz gölü füsunkar və qeyri-adi gözəlliyə məxsus göllərdən biridir. Bir neçə gündür əsən güclü külək, çəhrayı rəngi ilə fərqli mənzərəyə malik olan Duz gölündə maraqlı mənzərənin yaranmasına səbəb olub.
 
Moderator.az metbuat.az-a istinadən xəbər evrir ki, göndərilən fotolarda kadrlarda Abşeron yarımadasında, Masazır kəndinə yaxın ərazidə yerləşən möhtəşəm Duz gölünün qeyri-adi görüntüləri yer alıb.
 
Əsən güclü küləyin təsirindən sanki köpük kimi ətrafa dağılan duz ''ləpələri", bu mənzərəni izləyənlərin diqqətini cəlb edib. Kadrlardan da görünür ki, ərazidən ötüb-keçənlər bu gözəl inanılmaz mənzərəyə biganə yanaşmayıb hətta şəkillər də çəkirlər. Qeyd edək ki, Göldən 1813-cü ildən mütəmadi olaraq duz çıxarılır. Gölün qida duz ehtiyatları təxminən 1735 milyon ton təşkil edir. Gölün sahilində duz istehsal edən zavod yerləşir. Göldən duz, suyun səthində olan duz layı şəklində və suyun tərkibində olan məhlul şəklində çıxarılır.
 
İzlədikcə insanda xoş hisslər yaradan əsrarəngiz Duz gölünün görüntülərini təqdim edirik:
Link kopyalandı!
Son xəbərlər