“Aztelekom”un vəzifəli əməkdaşı işdən çıxarılıb
Cəmiyyət
1026
06 May 2021 | 19:29

“Aztelekom”un vəzifəli əməkdaşı işdən çıxarılıb

"Aztelekom" İstehsalat Birliyi Ucar Telekommunikasiya Qovşağının rəisi Zamir İsrafilov tutduğu vəzifədən azad edilib.
 
Bu barədə “Aztelekom”un baş direktoru Samir Məmmədov əmr imzalayıb.
 
Məlumatda deyilir ki, Z.İsrafilovun işdən azad edilməsinə səbəb onun vəzifəsinin öhdəsindən gələ bilməməsidir.
 
Hələlik onun yerinə təyinat yoxdur.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər