Bizi sosial şəbəkələrdən izləyin:
“Bu geyimlərlə bağlı satış şəbəkəsində işləyənlərlə alıcılar arasında bir avamlıq var. Yəni ağlı, huşu başında olan o satış şəbəkəsindəki adam bu maykaları alıb ölkəyə gətirməz. Alıcılarımızın da çoxu bunu alanda fikir vermirlər ki, üstündəki nə şəklidir”
Bunu Moderator.az-a açıqlamasında sosioloq Əhməd Qəşəmoğlu deyib. Ə.Qəşəmoğlu bununla bağlı insanlar arasında maarifçilik işinin aparılmasının vacib olduğunu bildirib:
“Bu geyimlərlə bağlı satış şəbəkəsində işləyənlərlə alıcılar arasında bir avamlıq var. Yəni ağlı, huşu başında olan o adam bu maykaları alıb ölkəyə gətirməz. Alıcılarımızın da çoxu bunu alanda fikir vermirlər ki, üstündəki nə şəklidir. Bir dəfə Şiraz şəhərində Hafiz Şirazinin qəbrini ziyarət edirdim. Orda gördüm ki, bir xanım var, geyindiyi köynəyinin üzərində inglis dilində əxlaqsız söz yazılıb. Mən bunu xanımın yoldaşına deyəndə təəccübünü gizlədə bilmədi və dərhal oranı tərk etdilər.
Universitet müəllimi olduğum üçün bəzən görürəm ki, hansısa tələbəm də bu köynəkdən geyinərək dərsdə oturub. Təbii ki, mən onu təmkinlə başa salıb deyirəm ki, dərsimdə bu geyimlə oturmasın. Yəni bu şeyləri çox müşahidə etmişəm. Burda daha çox rol oynayan amil insanların diqqətsizliyidir. Onların ağlına da gəlmir ki, geyimlərin üstündə nakomaniyanı və əxlaqsızılığı təbliğ edən yazı və şəkillər ola bilər. İnsanlarımızı maarifəndirməliyik ki, geyimlər alarkən üstündəki yazı və şəkillərinə diqqət yetirsinlər”.
Qeyd edək ki, Bakıda narkotikləri və əxlaqsızlığı təbliğ edən uşaq geyimlərinin satılması müzakirələrə səbəb olub.
Vasif Əlihüseyn