“ABŞ dövlət katibinin səfəri Ukrayna xalqı üçün çox vacibdir”
Dünya
11767
06 May 2021 | 13:17

“ABŞ dövlət katibinin səfəri Ukrayna xalqı üçün çox vacibdir”

Xəbər verdiyimiz kimi, ABŞ dövlət katibi Entoni Blinken Ukraynaya səfər edib. 
 
Bu gün Ukrayna Prezidenti Vladimir Zelenski ilə ABŞ dövlət katibinin görüşü olub. 
 
"Şəxsən mənim üçün Amerika Birləşmiş Ştatlarının belə yüksək səviyyədə nümayəndə heyətini qəbul etmək şərəfdir. Bu, ilk növbədə, Ukrayna xalqı üçün çox vacibdir. 2014-cü ildən müstəqilliyimiz və suverenliyimiz üçün ABŞ-ın verdiyi dəstəyə görə minnətdarıq”, Vladimir Zelenski Entoni Blikenlə görüşündə belə deyib.
 
Görüşdən sonra Zelenski və Blinken qısa bir brifinqdə jurnalistlərin suallarını cavablandırıblar.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər