4 ayda Ermənistandan hava yolu ilə gedənlər gələnlərdən 76677 nəfər çox olub... - FAKT
Araşdırma
2086
06 May 2021 | 09:24

4 ayda Ermənistandan hava yolu ilə gedənlər gələnlərdən 76677 nəfər çox olub... - FAKT

2021-ci ilin ilk dörd ayında Ermənistandakı iki hava limanında (Zvartnots və Şirak hava limanlarında) sərnişin axını 405 105 nəfər təşkil edib.
 
Moderator.az xəbər verir ki, “Zvartnots” beynəlxalq hava limanının mətbuat katibi Satenik Hovhannisyan bu barədə Armenian News - NEWS.am-a danışıb.
 
Yanvar ayında sərnişin trafiki 64296 nəfər təşkil edib (31052 nəfər gəlib, 33244 nəfər yola düşüb).
 
Bu ilin fevral ayında bu rəqəm 90198 nəfər idi (31901 nəfər gəlib, 58297 nəfər gedib).
 
2021-ci ilin mart ayında bu rəqəm 116481 nəfər olub (42283 nəfər gəlib, 74198 nəfər gedib) və aprel ayında  isə 134130 olub (58978 nəfər gəlib, 75152 nəfər gedib).
 
2021-ci ilin 4 ayı ərzində Ermənistana gələn ermənilərin sayı 164214 nəfər olub.
 
2021-ci ilin 4 ayı üçün gedən erməni vətəndaşların sayı isə 240891 nəfər təşkil edib. 
 
Məlum olub ki, 2021-ci ilin 4 ayında hava yolu ilə Ermənistandan gedən vətəndaşların sayı, gələnlərdən 76677 nəfər çox olub.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər