11 yaşlı Amin balaca uşağı dağ çayında boğulmaqdan xilas etdi...-FOTO+VİDEO
Hadisə
3701
06 May 2021 | 07:55

11 yaşlı Amin balaca uşağı dağ çayında boğulmaqdan xilas etdi...-FOTO+VİDEO

Qaraçay-Çərkəz Respublikasından olan Amin Mamçuyev Pervomayskoye kəndində çaya düşən 4 yaşlı uşağı ölümdən xilas edib. 
 
Moderator.az bu haqda rusdilli İslam saytlarına istinadla xəbər verir
 
Amin 11 yaşındadır, Pervomayskoye kəndindəki 6 saylı məktəbin beşinci sinfində oxuyur. 24 apreldə məktəbə gedərkən Amin kiçik bir uşağın çaya düşdüyünü görüb və dərhal onu xilas etməyə tələsib.
 
“Özüm üçün qorxmadım, uşağın həyatı üçün qorxurdum. Boğulacağını düşünürdüm, yalnız onu çıxara bilməyəcəyimdən qorxurdum”-deyir Amin Mamçuyev.
 
Uşağın yıxılmasından əvvəl də Amin oğlandan çaydan uzaqlaşmasını xahiş edib və onu yıxıla biləcəyi haqda xəbərdar edib, lakin oğlan qulaq asmayıb. Uşaq suya düşəndə yanında Amindən başqa heç kim olmayıb.
 
“Mən onu görəndə məktəbə gedirdim. Ondan su kənarında gəzməməsini istədim,  amma o, qulaq asmadı. Dərhal suya düşdüm və onu çıxarmağa başladım” -deyə Amin Mamçuyev bildirib.

 

Sultan Laçın
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər