Cəmiyyət
3744
29 Apr 2021 | 12:36

"Sülhməramlıların, Ermənistan və yaxud Azərbaycanın rəsmi informasiyası yoxdursa..."

Xəbər verdiyimiz kimi, sosial şəbəkələrdə erməni qoşunlarının Qarabağdan çıxarılmasıyla bağlı görüntülər yayılıb.  Azərbaycanın interpola verdiyi cani Araik Arutyunyanı Moskvada qonaq edən Rusiyadan erməni işğalçı ordusunu Qarabağdan çıxaran olmaz. 
 
Bəs görən ermənilərin qoşunlarını Qarabağdan çıxarmalarına inanmaq olarmı?
 
Moderator.az-ın sualını cavablandıran millət vəkili Fəzail Ağamalı bildirdi ki, yayılan xəbərlər rəsmi olmadığı üçün buna inanmaq olmaz:
 
“Mən bilmirəm. Hər-halda rəsmi məlumat yoxdursa, erməni qoşunlarının Qarabağdan çıxarılmasıyla bağlı yayılan məlumatlar dezinformasiya hesab oluna bilər. Bununla bağlı Rusiyanın sülhməramlı qüvvələrinin, Ermənistan və yaxud da Azərbaycan tərəfinin rəsmi şəkildə informasiyası yoxdursa, bunu dəqiq və doğru informasiya qəbul etmək olmaz. Ancaq fakt ondadır ki, erməni qoşunlarının tör-töküntüləri orda qalıb. Eyni zamanda, erməniların kompakt yaşadığı yerlərdə də özlərini kişi kimi təqdim edənlər verilən məlumatlara görə orduya yazılırlar. Həm də səfərbərlik orda artıq az qala altmış yaşa çatıb. Bütün bu faktlar var və bunu onlar özləri də etiraf edirlər. Lakin tör-töküntü ermənilərin kompakt yaşadığı Xankəndi və ətarındakı yerlərdən çıxarılması haqqında rəsmi məlumat lazımdır ki, buna inanmaq mümkün olsun”.
 
Link kopyalandı!
Son xəbərlər