İrəvanın müharibə hazırlığı, Kremlin xəbərdarlığı - bədəl bu dəfə daha ağır olacaq
Siyasət
Oxunub: 1193
24 Apr 2021 | 09:03
İrəvanın müharibə hazırlığı, Kremlin xəbərdarlığı - bədəl bu dəfə daha ağır olacaq
Ermənistan özünü məğlub ölkə kimi aparmaqdan yayınmağa çalışır; rusiyalı politoloq: “Bakının qələbəsini alman faşizmi üzərində ümumi qələbəmizlə müqayisə edərdim...”
 
Kapitulyasiyadan sonra Ermənistanda sülh çağırışları hələ ki, müharibə və revanş çağırışları fonunda olduqca zəif eşidilir. Müvafiq surətdə savaş hazırlığı mövzusu məğlub ölkənin gündəmində daha ön yerdə sıra tutub, nəinki sülh hazırlıqları. 2-ci Qarabağ müharibəsinin vurduğu zərbədən özünə gələ bilməyən və yaxın illərdə gəlməsi də gözlənilməyən Ermənistanda beləcə, nə qədər qəribə də olsa, yenə də köhnə “bayatılar” səslənir, Azərbaycana və Türkiyəyə qarşı ksenofobiya körüklənir.
 
Bir sözlə, Ermənistan düşdüyü dərin siyasi-iqtisadi və sosial-demoqrafik böhrandan çıxmağa çalışmaq əvəzinə, köhnə və fəlakətli yola qayıtmaq çabası göstərməkdədir. Özü də söhbət təkcə radikal müxalifətdən və cəmiyyətin aqressiv kəsimindən deyil, eyni zamanda kapitulyasiya sənədinə imza atmış Paşinyan iqtidarının təmsilçilərindən gedir.
 
Bu gəlişmələr fonunda srağagün Azərbaycan Dövlət Sərhəd Xidmətinin hərbçilərinin Ermənistan tərəfindən atəşə tutulması diqqət çəkməyə bilməz. Demək, ermənilər müharibənin nəticələrindən hələ də dərs götürməyiblər. Az öncə Bakıda Hərbi Qənimətlər Parkının açılmasına verilən isterik reaksiya buna başqa bir dəlil-sübut sayıla bilər. Amma nahaq yerə. Çünki Park təzədən işğalçılıq niyyətinə düşmək istəyənlərdə mümkün sonuclar barədə yaxşı-yaxşı, iki dəfə düşünmək üçün güclü motiv yaratmalıdır...     
 
*****
 
“Bakıda açılan Müharibə Qənimətləri Parkı 2020-ci ilin payızında 44 günlük Vətən Müharibəsində Azərbaycan xalqı və Azərbaycan Milli Ordusu tərəfindən İrəvana verilən müstəsna dərs barədə Ermənistana yaxşı bir xatırlatma rolunu oynayır”.
 
“Yeni Musavat”ın məlumatına görə, bunu müstəqil rus hərbi ekspert Aleksey Xlopotov “Modern Talking - Müasir Söhbət” Youtube kanalına verdiyi müsahibəsində bildirib.
 
“Azərbaycan erməni işğalçıları üzərində böyük, əlamətdar bir qələbə qazanıb. Azərbaycanlılar özlərinin qalib qəhrəmanlarını yadda saxlamalıdırılar”, - deyə ekspert qeyd edib.
 
Onun sözlərinə görə, qənimət hərbi texnikanın oxşar parkları və sərgiləri dövlətlərin qazandıqları hərbi qələbələrin simvolizəsi kimi dünyanın müxtəlif ölkələrində mövcud olub və olmaqdadır: “Bu, tamamilə normal təcrübədir. 22 iyun 1943-cü ildə Moskvada Böyük Vətən Müharibəsinin ilk 2 ilində almanlardan alınan qənimət silah nümunələrinin sərgisi açılmışdı. Mən Bakının qələbəsini Böyük Vətən Müharibəsindəki ümumi qələbəmizlə müqayisə edərdim”.
 
Rus hərbi ekspert də Bakıda fəaliyyət göstərən parkın erməni revanşist qüvvələri güclü şəkildə qıcıqlandırdığı qənaətindədir. “Ermənistanda revanşizm dalğası başını qaldırır. Ancaq əgər onlar yeni müharibəyə başlasalar, bu, artıq Azərbaycan Milli Ordusunun İrəvanda tam qələbəsi ilə başa çatacaq. Odur ki, Bakıdakı Hərbi Qənimətlər Parkı İrəvana öz yerini bilməsi və qaynar başların soyuması baxımlından bir xatırlatma rolunu oynamalıdır”, - Xlopotov vurğulayıb və yada salıb ki, məhz Ermənistan 30 il öncə yad ölkənin torpaqlarına soxulub və Azərbaycan ərazilərini işğal edib.
 
*****
 
Bu xüsusda Rusiyanın Ermənistandakı radikal-revanşist qüvvələrə xəbərdarlığı da yerinə düşür. Belə ki, Rusiya XİN-i İrəvana regionu yenidən müharibə astanasına gətirə biləcək revanşist ritorikadan çəkinməyə dair çağırış edib.
 
“Çox böyük bədəl ödəndi. İnsanlar həyatını itirdi. Həm faciəli, həm də gələcəyə ümid verən bu məqamdan dinc və qurucu məqsədlər üçün istifadə edilməlidir, vəziyyəti daha da gərginləşdirmək üçün yox. Yeni ayırıcı xətlər və qıcıqlandırıcı faktorlar yaratmağa gərək yoxdur”.
 
Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova srağagün jurnalistlər üçün keçirdiyi ənənəvi brifinqdə deyib. XİN sözçüsü Ermənistanda müharibə sonrası yaşanan intiqam ovqatına toxunaraq deyib: “Bəli, bu çox çətindir, xüsusilə də silahlı qarşıdurmadan sonra, həmçinin psixoloji cəhətdən. Bəli, çoxları razı deyil. Çoxları davam və ya revanş almaq istəyir. Bəs bu, sülhün əldə olunmasında faydalı olacaqmı? Cavab, məncə, aydındır. Xeyr, olmayacaq”.
 
*****
 
Göründüyü kimi, təkcə rusiyalı analitiklə deyil, Rusiya rəsmiləri də Ermənistanın Azərbaycanla növbəti hərbi avantüraya gedəcəyi təqdirdə daha ağır bədəl ödəyəcəyi barədə İrəvana aydın mesajlar verməkdə, xəbərdarlıqlar eləməkdədirlər.
 
“Həqiqətən Rusiya Qarabağdakı qırğını (oxu: Azərbaycan Ordusunun işğalçı qüvvələri tam darmadağın eləməsini - red.) dayandırmaqla çox şey etdi”.
 
Bu sözlər isə rusiyalı tanınmış politoloq Qriqori Trofimçuka məxsusdur.
 
Bununla yanaşı, onun fikrincə görə, problem bütün bu proseslərin bir müddət təxirə salınması ilə bağlıdır: “Çünki konkret olaraq Azərbaycan narazı qaldığı barədə getdikcə daha sərt siqnallar göndərir. Hər necə olmasa o da indi müəyyən edilmiş tendensiyaların sərt çərçivəsi daxilindədir. Ermənilərin müttəfiqləri olduğu kimi, eyni şəkildə Azərbaycan da müttəfiqlərə sahibdir və onların maraqlarını nəzərə almaq məcburiyyətindədir. Yəni hər şey o qədər də sadə deyil”.
 
Politoloq bundan sonra hadisələrin sürətlənəcəyini güman edir. “Ona görə ki 10 noyabr tarixli gecə razılaşması ilə öz həllini tapa bilməyən bir sıra anlaşılmazlıqlar və ziddiyyətlər var”, - deyə o əlavə edib.
 
Ancaq gerçək bundan ibarətdir ki, Ermənistan hansısa ziddiyyəti, boşluğu bəhanə edib sülhə və əməkdaşlığa yox, savaşa hazırlıq çabaları göstərməkdədir. Bununla da o, regional sülhdən qat-qat çox, özünün varlığını sual altına qoyur. Halbuki 10 noyabr kapitulyasiya sənədində qalib və məğlubun, həmçinin bu sənədə əsas qarantor dövlətin adları aydın göstərilib. Odur ki, Ermənistan özünü məğlub kimi aparmalı, yeni “oyun qaydaları”na əməl eləməlidir. Bu, hər şeydən öncə onun öz xeyrinədir...
Oxşar xəbərlər
12:57, Bu gün
Miri Yusif doğum gününü şəhid ailələri ilə keçirdi - VİDEO
12:52, Bu gün
Lalə Məmmədova əməliyyatlardan əvvəl - İnanılmaz dəyişim + FOTO
12:46, Bu gün
Bina sakinlərinin DİQQƏTİNƏ – Belə aldadılırsınız
12:40, Bu gün
5:2 pəhrizi nədir? - İstədiyini ye və arıqla
12:35, Bu gün
Bakıda ödənişsiz parklanma yerləri təşkil edildi - İLK DƏFƏ
12:29, Bu gün
“Bağırov” körpüsündə subasma təhlükəsi aradan qaldırılıb - RƏSMİ
12:24, Bu gün
Sabunçu tunelinə giriş-çıxış bağlandı
12:20, Bu gün
Bakıda güllə atıcılığı üzrə Federasiya Kubokunun mükafatçıları bəlli oldu - FOTO
12:18, Bu gün
“Aygün Kazımova mənə gizlin və aşkarda o qədər jestlər edib ki...”-FOTOSESSİYA
12:15, Bu gün
Azərbaycanda vəzifəli şəxslər ifşa edildi – RƏSMİ
12:10, Bu gün
Bu gün Superliqada İstanbul derbisi olacaq
12:09, Bu gün
Ucalığın mübarək, Atam Balası!
12:08, Bu gün
"Kartdan karta" görə xəbərdarlıq - 6000 manat cərimə
12:04, Bu gün
ADSEA Qarabağda: Bu şəhərlərdə su təsərrüfatı belə qurulur - FOTO/VİDEO
12:00, Bu gün
Kərə yağının qiyməti artır, bəs keyfiyyəti?
11:55, Bu gün
Uçan maşınlar dövrü başlayır - İlk addım atıldı
11:52, Bu gün
İlqar Muradov: “Qarabağ yenidən parlamağa başlayır” - VİDEO
11:49, Bu gün
"Kanallar reytinq xatirinə tərbiyəsizliyi nümayiş etdirir" - VİDEO
11:46, Bu gün
Bu yolda sürət həddi endirildi
11:42, Bu gün
İş adamı Abdolbari Gozala fəxri doktor adı verildi - FOTOLAR
11:36, Bu gün
Yağış nə vaxt kəsəcək?
11:33, Bu gün
İlham Əliyev çexiyalı həmkarını təbrik etdi
11:26, Bu gün
Qripin dərmanı olan bitkilər -SİYAHI
11:19, Bu gün
Bulvardakı gəzinti gəmiləri fəaliyyətə BAŞLAYIR
11:14, Bu gün
İrəvana da müharibəyə başlamaq təklif edilib
11:09, Bu gün
“Azəriqaz” “AAAF Holdinq”in şirkətinə qarşı iddia qaldırıb
10:58, Bu gün
İvanişvilinin üzrü işə yaramadı: Kreml dəyişməyəcək!
10:57, Bu gün
“Gürcü xalqı ağlını başına yığmış xalqdır, ermənilər kimi ağlını itirmiş satqın xalq deyil...”    
10:50, Bu gün
Müdafiə Nazirliyi müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulunu elan EDİR
10:42, Bu gün
Noyabr "tətil" ayı oldu - Qeyri-iş günləri açıqlandı
10:35, Bu gün
Tbilisi Moskva ilə diplomatik münasibətləri bərpa edir? - Kobaxidze açıqladı
10:29, Bu gün
Bəlli oldu, "Qızıl top"u o qazanacaq: İncə mesaj - VİDEO
10:19, Bu gün
Trampın seçicilərlə görüşü zamanı Melania amerikalıları şoka saldı: Qəfildən...
10:11, Bu gün
İlham Əliyev Sahir Şamşad Mirzanı qəbul etdi
10:10, Bu gün
“Zibili qutuya atmamağa görə cərimələnirik.. –Bəs seçki qutusuna topa-topa bülleten atmağın cəzası nədir, hə?..” 
09:56, Bu gün
Ağadadaş Ağayevin işi məhkəmədə - 5 ilə kimi həbs
09:48, Bu gün
Azərbaycana ət idxalı kəskin artıb: Qiymət niyə enmir? - VİDEO
09:40, Bu gün
Yeni doğulmuş körpələrin yeməyinə spirt qoydular: Bir körpə öldü, altı körpə..
09:32, Bu gün
Qəbirdən çıxarılan meyit hamını DƏHŞƏTƏ SALDI - Bakıda FİLM KİMİ CİNAYƏT- CİNAYƏTİN FOTOLARI 
09:24, Bu gün
Mərkəzi Bankdan dollarla bağlı MÜHÜM AÇIQLAMA
09:16, Bu gün
Kirayə yolu ilə mənzil almaq istəyənləri SEVİNDİRƏCƏK XƏBƏR
09:08, Bu gün
Toyda bəy gəlini "İSTƏMİRƏM" dedi: Sevdiyi qızı göstərib, qarşısına getdi - DAVA DÜŞDÜ + VİDEO
09:00, Bu gün
7 addımda başqalarından öndə olmaq üçün karyera İPUCLARI - Özünüzü tanıyın
08:56, Bu gün
Bakı metrosunda problem yarandı - FOTOlar
08:39, Bu gün
Xocalıya getmək istəyənlərin NƏZƏRİNƏ
08:25, Bu gün
İran Prezidenti: Biz müharibə istəmirik
08:16, Bu gün
Nostradamus və Vanqadan qorxunc proqnoz: "Avropa viran olacaq"
08:09, Bu gün
Bu peşələrə böyük tələb yaranacaq - SİYAHI
08:00, Bu gün
Passiv gəlir yaratmağın 5 YOLU 
07:55, Bu gün
Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü ordularının reytinqində yer alıb
07:39, Bu gün
Xoşbəxt cütlüklər yatmazdan əvvəl nə edirlər?
07:04, Bu gün
Ukrayna niyə Rusiyanın spirt zavodlarını vurmağa başlayıb?..-Daha biri vuruldu!..
00:50, Bu gün
"Ölümsüzlük bitkisi": Əzvay təbii sağlamlıq eliksiridir...
27 Oct 2024 | 23:10
Hacıqabul sakinini ilan sancıb
27 Oct 2024 | 22:52
Rusiyada AN-2 təyyarəsi qəza enişi edib, xəsarət alanlar var
27 Oct 2024 | 22:13
“Toylarda aşığı atıb-tuturlar, çiyinlərinə götürürlər, bu saza hörmətsizlikdir”-Aşıq Ələsgərin nəticəsindən ETİRAZ-FOTO+ÖZƏL
27 Oct 2024 | 22:13
Saakaşvili müxalifəti etirazlara çağırıb
27 Oct 2024 | 22:12
Salome Zurabişvili parlament seçkilərinin nəticələrini tanımaqdan imtina edib
27 Oct 2024 | 22:04
İsrailin Baş Qərargahı: İrandakı sistemlərə imkanlarımızın bir hissəsindən istifadə edərək zərbələr endirmişik
27 Oct 2024 | 21:50
Su kanalından çıxarılan maral Şahdağ Milli Parkında nəzarət altındadır
27 Oct 2024 | 21:48
Türkiyədə zəlzələ oldu
27 Oct 2024 | 21:44
Sabahın havası meteohəssas insanlar üçün necə olacaq?
27 Oct 2024 | 21:42
"Netanyahu hərbi cinayətkar və sionizmin övladıdır" -"Compact"
27 Oct 2024 | 20:29
Kiyev və müttəfiqləri hiddət içindədir: "Quterriş Putinin əlini sıxıb, Lukaşenkonu bağrına basıb" - "Bloomberg"
27 Oct 2024 | 20:15
Kişilərin 25, qadınların 14 faizi xəyanət edir - Yeni araşdırma
27 Oct 2024 | 20:12
Nigeriyada bina çökdü: 40-a yaxın adam dağıntılar altında qaldı
27 Oct 2024 | 19:46
"Neftçi" "Sabah"la heç-heçə edib
27 Oct 2024 | 18:58
"İsrailin zərbəsi İranın ballistik raketlər istehsal etmək imkanını sarsıdıb" - "Axios"
27 Oct 2024 | 18:53
Bir vaxtlar qadağan edilən və hər gün etdiyimiz 10 şey
27 Oct 2024 | 18:44
Gürcüstan MSK: Parlament seçkilərində səssayma başa çatlb, “Gürcü Arzusu” qalibdir
27 Oct 2024 | 18:34
Özbəkistanda seçkilərdə seçici fəallığı 63 faizə çatıb
27 Oct 2024 | 18:25
Öləndən sonra bizi nə gözləyir? – Çox maraqlı CAVAB
27 Oct 2024 | 18:16
Kainat 6 BÜRCƏ xüsusi bir insan göndərəcək: həyatları əvvəlki kimi olmayacaq
27 Oct 2024 | 18:07
Dörd BÜRCÜN oktyabrın sonunda elə xoşbəxt günləribaşlayacaq ki...
27 Oct 2024 | 17:57
Hindistanda yol qəzasında iki nəfər həlak olub, 14 nəfər xəsarət alıb
27 Oct 2024 | 17:44
Xoruza görə qonşularını məhkəməyə verdi
27 Oct 2024 | 17:38
Xameneidən AÇIQLAMA: "İsrailin hücumuna cavabı müəyyənləşdirəcəyik"
27 Oct 2024 | 17:28
Abbasdan qalmaqal yaşadığı Ramalla bağlı gözlənilməz açıqlama
27 Oct 2024 | 17:19
Əlillər üçün ayrılan yerlərdə digər nəqliyyat vasitələrinin parklanmasına görə cərimənin məbləği açıqlanıb
27 Oct 2024 | 17:15
“Gürcüstanda nə baş verdiyi aydındır... İvanişvili "KQB"-nın xüsusi əməliyyatını keçirdi..."
27 Oct 2024 | 17:10
Gürcüstanın yeni parlamentinin ilk sessiyası noyabrda keçiriləcək
27 Oct 2024 | 16:59
Rusiyada vilayət rəhbərliyi məktəblərdə hicabı qadağan edib
27 Oct 2024 | 16:50
Kobaxidze: Beynəlxalq müşahidəçilərin Gürcüstandakı seçkilərin legitimliyinə dair heç bir sualı yoxdur
27 Oct 2024 | 16:49
"Əsl vətənpərvər odur ki, sən vətənə borclusan, vətən isə sənə borclu deyil" - Nevinomıssk şəhər meri
27 Oct 2024 | 16:42
Azərbaycan Basketbol Liqasında II tur başa çatıb
27 Oct 2024 | 16:30
İsrail Ordusu Livanda 4 hərbçisinin həlak olduğunu açıqlayıb
27 Oct 2024 | 16:21
Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər üçün ixtisas imtahanı keçirilib
27 Oct 2024 | 16:12
Kanada Ukraynaya zirehli transportyorlar GÖNDƏRDİ
27 Oct 2024 | 16:03
“WhatsApp” “Telegram”ın faydalı xüsusiyyətlərindən birini əldə edəcək
27 Oct 2024 | 15:52
Bu ayda doğulan uşaqlar ən ağıllı olurlar
27 Oct 2024 | 15:44
Balotellinin yeni klubu bilindi - Az maaşa razılaşdı
27 Oct 2024 | 15:35
Dünyaca məşhur nəşr qusarlı aşpazdan YAZDI
27 Oct 2024 | 15:26
15 saniyəyə 3 milyon QAZANIR
27 Oct 2024 | 15:19
"Diktatura rejimlərinə münasibətdə güc nümayişi çox vacibdir" - "The Telegraph"
27 Oct 2024 | 15:17
Oktyabrın 28-i ilə bağlı RƏSMİ XƏBƏRDARLIQ
27 Oct 2024 | 15:08
Parlament seçkiləri Gürcüstan-Azərbaycan münasibətlərində yeni mərhələnin başlanğıcıdır - RƏY
27 Oct 2024 | 15:07
Azay Quliyev: "İlk dəfə olaraq özbək xalqı qarışıq sistem əsasında parlament üzvlərini seçəcək" 
27 Oct 2024 | 14:57
Bu ölkədə tikilən “göydələn” metropolislə bağlı DƏHŞƏTLİ İDDİA: minlərlə insan həlak olub
27 Oct 2024 | 14:48
12-ci mərtəbədən yıxılan yeniyetmə evə buraxıldı
27 Oct 2024 | 14:40
Kobaxidze: "Müxalifət hökumətin təsdiqlənməsinə mane ola bilməyəcək"
GÜNLÜK
27 Oct 2024 | 15:35
Dünyaca məşhur nəşr qusarlı aşpazdan YAZDI
27 Oct 2024 | 20:15
Kişilərin 25, qadınların 14 faizi xəyanət edir - Yeni araşdırma
27 Oct 2024 | 15:17
Oktyabrın 28-i ilə bağlı RƏSMİ XƏBƏRDARLIQ
27 Oct 2024 | 17:28
Abbasdan qalmaqal yaşadığı Ramalla bağlı gözlənilməz açıqlama
27 Oct 2024 | 21:44
Sabahın havası meteohəssas insanlar üçün necə olacaq?
27 Oct 2024 | 13:37
"Ukrayna Avropada Şimali Koreyaya qarşı vuruşmalı olacaq" - Zelenski
27 Oct 2024 | 14:57
Bu ölkədə tikilən “göydələn” metropolislə bağlı DƏHŞƏTLİ İDDİA: minlərlə insan həlak olub
27 Oct 2024 | 13:38
Bu gündən İçərişəhərə giriş məhdudlaşdırılır
27 Oct 2024 | 13:47
Sabiq nazir: "Gördüm ki, yoldaşım bir qadının qucağında oturub" (VİDEO)
27 Oct 2024 | 17:15
“Gürcüstanda nə baş verdiyi aydındır... İvanişvili "KQB"-nın xüsusi əməliyyatını keçirdi..."
HƏFTƏLİK
22 Oct 2024 | 22:58
"Xəstəliyimi bilsəydilər çox üzülərdilər, bilməsələr yaxşıdı" - VİDEO
23 Oct 2024 | 11:38
“Deyirlər ki, siz şikayət edin, biz 20-30 min verib susdurarıq”- Tağı İbrahimova məxsus “Qlobal SF” MMC-dən ŞİKAYƏT-FOTO
23 Oct 2024 | 00:01
İsrail alimləri xərçəngin metastazlarını dayandıran preparat icad edib
23 Oct 2024 | 10:58
Ermənistan parlamenti Azərbaycanla sərhədlərin demarkasiyası komissiyalarının əsasnaməsini ratifikasiya etdi...
23 Oct 2024 | 14:11
"Putin BRICS sammitində Ukraynada hərbi səylərini gücləndirmək üçün mexanizm yaratmaq istəyir" - ISW
21 Oct 2024 | 23:00
Altıncı hissi olan bürclər - Onlardan heç nəyi gizlədə bilməzsiz...
24 Oct 2024 | 17:05
İlham Əliyevlə Paşinyan bu məsələləri müzakirə ediblər - YENİLƏNİB + FOTO/VİDEO
24 Oct 2024 | 16:27
İlham Əliyev XVI BRİCS Sammitinin ilk plenar iclasında çıxış etdi - YENİLƏNİB + FOTO
23 Oct 2024 | 15:26
"Putinin BRICS sammiti Rusiyanın təcridi ilə bağlı Qərbin yalanını ifşa edib" - "The Telegraph"
26 Oct 2024 | 18:12
Türkiyədə azərbaycanlı qadınlar TUTULDU: dəhşətli erotik fantaziyalar... - FOTO
AYLIQ
27 Oct 2024 | 15:35
Dünyaca məşhur nəşr qusarlı aşpazdan YAZDI
27 Oct 2024 | 20:15
Kişilərin 25, qadınların 14 faizi xəyanət edir - Yeni araşdırma
27 Oct 2024 | 15:17
Oktyabrın 28-i ilə bağlı RƏSMİ XƏBƏRDARLIQ
27 Oct 2024 | 17:28
Abbasdan qalmaqal yaşadığı Ramalla bağlı gözlənilməz açıqlama
27 Oct 2024 | 21:44
Sabahın havası meteohəssas insanlar üçün necə olacaq?
27 Oct 2024 | 13:37
"Ukrayna Avropada Şimali Koreyaya qarşı vuruşmalı olacaq" - Zelenski
27 Oct 2024 | 14:57
Bu ölkədə tikilən “göydələn” metropolislə bağlı DƏHŞƏTLİ İDDİA: minlərlə insan həlak olub
27 Oct 2024 | 13:38
Bu gündən İçərişəhərə giriş məhdudlaşdırılır
27 Oct 2024 | 13:47
Sabiq nazir: "Gördüm ki, yoldaşım bir qadının qucağında oturub" (VİDEO)
27 Oct 2024 | 17:15
“Gürcüstanda nə baş verdiyi aydındır... İvanişvili "KQB"-nın xüsusi əməliyyatını keçirdi..."