Erməni saytları Amerikanın nüfuzlu “The New York Times” qəzetinə və “CNN” televiziya kanalına istinadən yazırlar ki, ABŞ prezidenti Co Bayden aprelin 24-də “erməni soyqrımını” tanıyan açıqlama yayacaq.
Türkiyə və Azərbaycan ekspertləri hər il “görəsən ABŞ prezidenti “erməni soyqırımını” tanıyacaqmı” sualıyla üzləşirlər. Bu sualın hər il səslənməsinin özü belə erməni lobbisinin maraqlarına cavab verir. Əlbəttə, Türkiyə dəyişən Amerika prezidentlərinin yanlış addım atmamasını istəyirlər.
Ancaq tanısa nə olacaq ki? Bir sıra ölkələrin parlamentləri “erməni soyqırımını” tanıyıb. Bu nəyisə dəyişibmi? Həmin ölkələrin Türkiyə ilə münasibətlərinə parlamentlərinin “soyqırım” qərarı təsir etməyib, unudulub gedib. Ona görə hər il beynimizi “görəsən bu dəfə tanıyacaqmı” sualı ilə yormaqdansa insan “cəhənnəmə tanısın” deyib keçmək istəyir.
Elxan Şahinoğlu, Politoloq