Mübariz Tağıyev: “Dünya onların törətdiyi və törətməyə çalışdığı bütün cinayətləri görməlidir”
“Erməni faşizminin törətdiyi bütün cinayətlərin vahid ekran əsərində bir araya gətirilməsi faydalı olar”.
Bunu Moderator.az-a açıqlamasında Xalq artisti Mübariz Tağıyev bildirib. Xalq artisti qeyd edib ki, bütün dünyanın erməni vəhşilikləri haqqında ətraflı məlumat alması vacibdir:
“Baxın, 44 günlük Vətən müharibəsində nə qədər insanımız şəhid oldu. Ermənilərin yaşayış məntəqələrini atəşə tutması nəticəsində gənclərimiz, uşaqlarımız, qocalarımız həlak oldu. Erməni faşizmi sübut etdi ki, o hərbçi ilə mülki insana, uşaqla əsgərə fərq qoymur. Mən yaşayış məntəqələrinə atılsa da, partlamayan raketləri, mərmiləri demirəm...
Hesab edirəm ki, ermənilərin bütün bu cinayətlərinin bir viderolikdə, hanssıa bir ekran işində bir araya gətirilməsi, ümumiləşdirilməsi faydalı olar. Dünya onların törətdiyi və törətməyə çalışdığı bütün cinayətləri görməlidir. Dünya dağıdılan evləri, yaşayış məntəqələrinə atılsa da partlamayan raketləri də görməli, erməni xislətinin nə qədər qorxunc olduğunu anlamalıdır. Belə bir ekran işinin ərsəyə gətirilməsi erməni cinayıətlərinin ifşası baxımından faydalı olar”.
Seymur ƏLİYEV