Ağdamda qoyun otaran şəxs minaya düşüb, sol ayağı amputasiya edilib
Cəmiyyət
1030
18 Apr 2021 | 10:11

Ağdamda qoyun otaran şəxs minaya düşüb, sol ayağı amputasiya edilib

Aprelin 17-də saat 20 radələrində Ağdam rayonu ərazisindəki Ergi düzü deyilən yerdə qoyun otaran Arif Quliyev minaya düşüb və nəticədə onun sol ayağı amputasiya edilib. 
 
APA-ya Daxili İşlər Nazirliyindən daxil olan məlumata görə, A.Quliyev Ağcabədi rayon xəstəxanasına yerləşdirilib, hazırda həkimlərin nəzarəti altındadır. 
 
DİN Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov məsələ ilə bağlı bildirib ki, vətəndaşlar bütün bu halları nəzərə alaraq icazəsiz, nəzarət postlarından kənar yollarla işğaldan azad edilən, lakin minalardan tam təmizlənməmiş ərazilərə getməməlidirlər: "Belə olan halda bu cür faciəvi hallarla qarşılaşa bilərlər".
Link kopyalandı!
Son xəbərlər