Zəngəzur dəhlizinin açılmasına mane olmağa çalışanlar Laçın dəhlizini unutmamalıdırlar...
Siyasət
Oxunub: 3961
18 Apr 2021 | 08:49
Zəngəzur dəhlizinin açılmasına mane olmağa çalışanlar Laçın dəhlizini unutmamalıdırlar...
İkinci Qarabağ savaşı Azərbaycanın zəfəri ilə başa çatdı. Xalqımızın ən ağrılı problemi öz həllini tapdı, ölkəmizin ərazi bütövlüyü bərpa olundu. 44 günlük müharibə ilə biz təkcə Qarabağ problemini həll etmədik, həm də sınmış qürurumuzu, əzilmiş imicimizi özümüzə qaytardıq.  İkinci Qarabağ savaşı parçalamaq, pərən-pərənə salmaq istədikləri xalqımızı birləşdirdi, bütövləşdirdi. Müharibə bütün dünyaya göstərdi ki, Azərbaycan xalqının heysiyyatı, qüruru ilə oynamaq olmaz.
 
Tarix boyu xalqımızı dəfələrlə məhv etməyə çalışıblar. Ancaq o, yenidən var olmağı bacarıb, dirçələ bilib. Xalqımızın hər bir övladı əli hər yerdən üzüləndə Vətəndən yapışıb. Hamı Vətəndən yapışanda isə birləşib, daha güclü olub, haqqının tapdalanmasına imkan verməyib.
Vətən müharibəsindən sonra Aərbaycan təkcə öz ərazi bütövlüyünü bərpa etmədi. Ölkəmiz həm də regionun siyasi mənzərəsini dəyişdi, Qafqazda sülhün, sabitliyin əsasını qoydu. 
Azərbaycan və Rusiya prezidentlərinin, Ermənistanın baş nazirinin imzaladağı 10 noyabr tarixli bəyanatda öz əksini tapan mühüm məsələlərdən biri də Zəngəzur dəhlizinin açılmasıdır. Bu dəhlizin açılması regionda sülhün, sabitliyin təmin edilməsini daha da sürətləndirəcək, bölgə dövlətlərinin əməkdaşlığını dərinləşdirəcək, onların sürətli inkişafına şərait yaradacaqdır. Əlbəttə ki, bu dəhlizin ən çox xeyrini görəcək ölkələrdən biri də məhz Ermənistan olacaqdır. Zəngəzur dəhlizi Azərbaycanın yalnız bir regionunu – Naxçıvan Muxtar Respublikasını blokadadan çıxaracaqsa, dəhliz Ermənistan adlı dövləti blokadadan xilas edəcəkdir. 
Prezident İlham Əliyev son vaxtlardakı çıxışlarında Zəngəzur dəhlizinin əhəmiyyətinə də toxunub, onun bölgə ölkələrinin inkişafına təkan verəcəyini vurğulayıb. Ölkə rəhbəri Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans formatında qeyri-formal Zirvə görüşündəki çıxışında bu məsələdən də danışaraq deyib: “Müharibə başa çatdı, münaqişə tarixdə qaldı. Yeni imkanlar yarandı. Onların arasında hesab edirəm ki, ən vacib imkan nəqliyyat imkanlarıdır. Bu gün biz artıq Zəngəzur dəhlizi üzərində çox fəal çalışırıq. Naxçıvanda keçirilmiş Zirvə görüşündə mən demişdim ki, vaxtilə Zəngəzuru Azərbaycandan alıb Ermənistana birləşdirmək türk dünyasının coğrafi parçalanması idi. Çünki əgər xəritəyə baxsaq görərik ki, sanki bizim bədənimizə xəncər saplanmışdır, türk dünyası parçalanmışdır. Qədim Azərbaycan torpağı olan Zəngəzur indi türk dünyasının birləşməsi rolunu oynayacaq. Çünki Zəngəzurdan keçən nəqliyyat, kommunikasiya, infrastruktur layihələri bütün türk dünyasını birləşdirəcək, eyni zamanda, digər ölkələr üçün əlavə imkanlar yaradacaq, o cümlədən Ermənistan üçün. Ermənistanın hazırda onun müttəfiqi olan Rusiya ilə dəmir yolu əlaqəsi yoxdur. Bu dəmir yolu əlaqəsi Azərbaycan ərazisindən yarana bilər. Ermənistanın onun qonşusu olan İranla dəmir yolu əlaqəsi yoxdur. Naxçıvan vasitəsilə bu dəmir yolu təmin edilə bilər. Azərbaycan Naxçıvan Muxtar Respublikası vasitəsilə Türkiyə ilə birləşir, Orta Asiya Avropa ilə birləşir. Yəni, yeni nəqliyyat dəhlizi yaranmaqdadır. Artıq Azərbaycan bu işlərə start vermişdir”.
Göründüyü kimi, Zəngəzur nəinki region, eləcə də bütün dünya üçün əhəmiyyətli nəqliyyat dəhlizidir. Ancaq bu gün Ermənistandakı revanşist qüvvələr Zəngəzur dəhlizinin açılmasına mane olmağa çalışırlar. Onları erməni xalqının həyatı, gələcəyi qətiyyən maraqlandırmır. Prezident İlham Əliyevin dediyi kimi, “onların yaxşı həkimlərə ehtiyacı var... onlar zəhərləniblər. Bu zəhər əsasən onların Fransanın cənubunda, Kaliforniyada, Krasnodar diyarında və bəzi başqa paytaxtlarda çox sakit və gözəl yerlərdə oturub öz həyatlarından zövq alan diasporundan gəlir. Onlar istəyirlər ki, keçmiş Dağlıq Qarabağda və Ermənistanda olan ermənilər onların girovları, alətləri olsun, onlar da bəzi iddialı və şovinist ideyaları ilə məşğul ola bilsinlər. Erməni cəmiyyətinin dəmir pərdəni dağıtmağa ehtiyacı var”. 
Zəngəzur dəhlizinin açılmasına mane olmağa çalışan revanşistlər həm “Dəmir yumruğu”, həm də Laçın dəhlizini unutmamalıdırlar. Azərbaycan regionda sülhü, sabitliyi təmin edəcək mühüm faktorlardan biri olacaq Zəngəzur dəhlizinin açılması üçün Laçın dəhlizinin saxlanılmasına razılıq verib. Doğrudur, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə Zəngəzur dəhlizinin birbaşa əlaqəsi yox idi. Ancaq zamanla mövcud reallıqlar dəyişir. 44 günlük savaşdan sonra üstünlük Azərbaycanda idi və  indi biz diktə edən tərəfə çevrilmişdik. Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdır. Biz nəyə görə onlara Ermənistana gedib-gələ bilmələri üçün dəhliz verməliyik? Axı Qarabağın Ermənistanla nə əlaqəsi var? Qarabağ suveren Azərbaycanın bir hissəsidir. Ermənistan isə başqa “müstəqil” dövlətdir.  Azərbaycanla Ermənistan arasında diplomatik və digər əlaqələr qurulsa belə, ən yaxşı halda Qarabağda yaşayan ermənilər Ermənistana vizasız gedib-gələ bilər. Təbii ki, sərhəd və gömrük-keçid prosedurları tətbiq olunmaqla. 
Ermənilərin 200 ilə yaxındır Qarabağda yaşaması onlara bu haqqı tanımır. İranda 30 milyondan çox Azərbaycan türkü yaşayır. Orada Azərbaycan adında iki vilayət vardır. Həmin ərazilər isə orada yaşayan azərbaycanlıların dəbə-baba torpaqlarıdır. Ancaq oradakı azərbaycanlılar severen İran dövlətinin ərazisində yaşayırlar. İndi İran İslam Respublikasının ərazisində yaşayan azərbaycanlıların ölkəmizə gəlib-gedə bilməsi üçün biz dəhliz istəməliyik? Yaxud başqa bir misal. Gürcüstanın Marneuli bögəsinin əhalisinin 80 faizdən çoxu azərbaycanlıdır. Gürcüstan həmin insanların Azərbaycana gələ bilməsi üçün dəhliz verməlidir? Bu, sadəcə, absurd və gülüncdür. 
Ermənistanda revanş arzusunda olub Zəngəzur dəhlizi kimi mühüm bir layihənin reallaşdırılmasına mane olmağa cəhd edənlər bu barədə düşünməlidirlər. Onlar bilməlidirlər ki, bununla bağlı cəhdin heç bir mənası yoxdur. Azərbaycan və Rusiya prezidentlərinin, Ermənistanın baş nazirinin imzaladığı bəyanatın bəndlərinin hamısı icra olunacaqdır. Çünki bu bəyanatda nəzərdə tutulanların icrasının qarantı Rusiyadır. Bundan imtina etmək, onun icrasına mane olmağa çalışmaq özünəqəsddir, axmaqlıqdır. 
Ermənistanda bir də onu dərk etməlidirlər ki, Azərbaycan Qarabağda yaşayan ermənilərin Ermənistana gedə bilməsi üçün onlara öz ərazisində dəhliz verib. Naxçıvan Muxtar Respublikasını blokadadan çıxarmaq, Türk dünyasının quru əlaqəsini təmin etmək üçün yenə öz ərazisindən dəhliz açır. Zəngəzur tarixi Azərbaycan torpağıdır. Zəngəzurun bir hissəsi 1920-ci ildə zorla Azərbaycandan qoparılıb Ermənistana birləşdirilib. Onlar unutmamalıdırlar ki, güclü Azərbaycanın Müzəffər Ali Baş Komandanının “Dəmir yumruğu”, yenilməz Ordumuz hər an Zəngəzuru da geri qaytarmaq qüdrətindədir. Ancaq bizim ölkəmiz sülh tərəfdarıdır. Biz regionda sabitlik, Qafqazda uzunmüddətli sülh istəyirik. Bunun əksini düşünən ermənilərə isə bir daha xatırladırıq: Zəngəzur da, İrəvan da qədim Azərbaycan torpaqlarıdır. Azərbaycan Ordusu İrəvana qədər gedə bilər. Biz mütləq İrəvana da qayıdacağıq. Lakin İrəvana tankların üzərində qayıtmaq istəmirik. Prezident İlham Əliyevin dediyi kimi: “Biz Zəngəzur dəhlizinə qayıdıb orada yoldan istifadə edəcəyiksə, niyə biz İrəvana qayıtmayaq? Hesab edirəm ki, vaxtı gələndə biz bunu da edəcəyik. Biz tariximizi yadda saxlayacağıq, ancaq Ermənistan da daxil olmaqla, heç bir ölkəyə qarşı ərazi iddiamız yoxdur”.
 
Tural Səfərov
 
Oxşar xəbərlər
09:16, Bu gün
Pik saatlarda metroda eskalatorlar niyə işə salınmır? - VİDEO
09:08, Bu gün
Bakıda məşhur klinikada ÖLÜM FAKTI: Ailə həkimi günahlandırır - VİDEO
08:59, Bu gün
Narin Güranın qətlində gizlənən sirr - Əmi göstəriş verib, baldız təşkil edib
08:50, Bu gün
Bakının mərkəzinə 1 addım məsafədə ucuz evlər - Kütləvi satılır
08:41, Bu gün
Zülfiyyə İbrahimova vəfat etdi - FOTO
08:31, Bu gün
"FSB" Ukrayna ordusunun Kursk vilayətində irəliləməsini dayandıra bilmir..."- ISW
08:23, Bu gün
Gözəllik ondur, biri də... plastik əməliyyat - “başqa adama” çevrilənlərə DİN nə deyir?
08:00, Bu gün
Mehriban Əliyeva 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib
07:34, Bu gün
"Putinin hay-küylü hədələrinin arxasında onun qorxusunu gizlənir..." -  Müdafiə nazirləri...
01:59, Bu gün
ABŞ Dövlət Departamenti Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünü şərh edib
01:57, Bu gün
Bərdədə azyaşlı qızına zorakılıq etdiyi iddia olunan ata DANIŞDI
01:52, Bu gün
Bakıda məşhur klinikada ÖLÜM FAKTI: Ailə həkimi günahlandırır
01:51, Bu gün
Paşinyan: "Azərbaycanla sülhə nail olmaq üçün Konstitusiyanı dəyişdirməyə hazırıq"
01:45, Bu gün
46 ilini ölüm kamerasında keçirən məhkum bəraət aldı
00:30, Bu gün
UEFA Avropa Liqası: "Tottenhem" "Qarabağ"a qalib gəldi
00:29, Bu gün
ABŞ SEPAH üzvü haqqında məlumat üçün 20 milyon dollar mükafat təyin edib
00:24, Bu gün
“Biz həmin torpaqları qorumalıyıq, orada şəhidlərimizin qanı var..”
00:05, Bu gün
Vətən müharibəsinin başlamasından dörd il keçir - Azərbaycanda Anım Günüdür
26 Sep 2024 | 23:25
“Qarabağ”-ın oyunu niyə ləngiyir? - Açıqlama
26 Sep 2024 | 23:22
Bakıda "Toyota Prius" BMW markalı avtomobilə çırpıldı
26 Sep 2024 | 23:06
Avropa Liqası: "Fənərbağça" turnirə qələbə ilə başladı
26 Sep 2024 | 23:01
"HƏMAS lideri sağdırmı?": İsrail müdafiə naziri aydınlıq gətirib
26 Sep 2024 | 22:37
"Putin Ukraynaya nüvə zərbəsi endirəcəkmi?" - ISW
26 Sep 2024 | 22:33
Azərbaycanda hər 10 uşaqdan 6-sı eynək taxır - Qlobal epidemiya yaxınlaşır
26 Sep 2024 | 22:31
SON DƏQİQƏ: Daşkəsən səfərbərlik şöbəsinin rəisi HƏBS EDİLDİ
26 Sep 2024 | 22:28
"Qarabağ"ı Çempionlar Liqasından kənarlaşdıran klubun yeni baş məşqçisi açıqlanıb
26 Sep 2024 | 22:27
Azərbaycan XİN başçısı ABŞ Prezidenti ilə görüşüb
26 Sep 2024 | 22:26
Ərdoğan: Türkiyənin BRİKS və ya ASEAN-a daxil olması onun NATO-dan çıxması demək deyil
26 Sep 2024 | 22:21
Ahıl və tənha vətəndaşların pullarını ələ keçirən üç nəfər saxlanılıb
26 Sep 2024 | 22:17
Ərdoğan: Azərbaycanla Ermənistan arasında sülh üçün çalışırıq
26 Sep 2024 | 22:06
Qarabağda fərdi ev tikməyə icazə verilir?
26 Sep 2024 | 21:59
ABŞ İsrailə 8,7 milyard dollarlıq yardım paketi ayırıb
26 Sep 2024 | 21:58
Rusiyada göyərtəsində deputat olan helikopter radarlardan itib
26 Sep 2024 | 21:57
Azərbaycan və Ermənistan xarici işlər nazirləri razılığa gəliblər
26 Sep 2024 | 21:46
Ermənistanda ehtiyatda olan hərbçilər təlimə çağırıldılar
26 Sep 2024 | 21:44
"Rusiya öz vətəndaşlarını ət maşınına atır" - Starmer
26 Sep 2024 | 21:19
Rusiyada işləyən azərbaycanlıların NƏZƏRİNƏ
26 Sep 2024 | 21:18
“Onlar qonaq idilər, amma sırtıq qonaq və ev sahibi sonda onları qovmalı oldu”
26 Sep 2024 | 21:17
Prezident İlham Əliyev 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib
26 Sep 2024 | 21:10
"Yuventus" futbolçusu ilə müqavilə müddətini artırıb
26 Sep 2024 | 21:07
Blinkenin iştirakı ilə Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü başa çatıb
26 Sep 2024 | 21:02
ABŞ və Avropa İttifaqı Putinin nüvə təhdidlərinə cavab verib
26 Sep 2024 | 20:52
Qarabağ Universitetində daha bir İLK- Xanəndələr QAYITDI- VİDEO
26 Sep 2024 | 20:43
Şahin Mustafayev: Çindən Avropaya malların tədarükü üçün ən qısa yollar Azərbaycandan keçir
26 Sep 2024 | 20:35
"Real"ın futbolçusunu təhqir edən şəxs 1 il müddətinə həbs edilib
26 Sep 2024 | 20:25
Nyu-York meri korrupsiyada ittiham olunur
26 Sep 2024 | 20:22
Ən faydalı bitkilərin ADLARI AÇIQLANDI
26 Sep 2024 | 20:17
İsveç səfiri Bakıda “Nordic Talks” konfransının açılışında çıxış edib
26 Sep 2024 | 20:08
SOCAR-TPAO təqaüd proqramının qalibləri Türkiyədə tədrisə başlayıblar
26 Sep 2024 | 19:50
Azərbaycandan Türkiyənin zəlzələ bölgəsinə göndərilən yardımlar OĞURLANDI
26 Sep 2024 | 19:42
Azərbaycanda vəzifəli şəxslər cəzalandırıldılar
26 Sep 2024 | 19:31
"Lənkəran" ABŞ-li basketbolçunun keçidini rəsmiləşdirib
26 Sep 2024 | 19:27
“Mədəniyyətimizin incisi – Şuşa” layihəsi uğurla davam edir
26 Sep 2024 | 19:23
"Hamster Kombat" tokeni birjaya çıxdı
26 Sep 2024 | 19:22
Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub
26 Sep 2024 | 19:19
Məktəblərdə tədrisdən çıxarılmalı fənlər – Onları əvəz etməli çox vacib dərslər
26 Sep 2024 | 19:14
Zelenskidən sensasion anons - müharibə bitir, yoxsa...
26 Sep 2024 | 19:13
Diyetoloqlar su içməyin yeganə düzgün yolu haqqında mifi dağıtdı
26 Sep 2024 | 19:10
Nənə nəvəsini orqanlarına görə SATDI -ŞOK TƏFƏRRÜATLAR
26 Sep 2024 | 19:05
Yerin altı tıxac, üstü tıxac - Mənzil başına necə çataq?
26 Sep 2024 | 18:55
Elza Seyidcahan səhnədə YIXILDI: qabırğası qırılıb
26 Sep 2024 | 18:47
Uğur 6 BÜRCDƏN üz döndərəcək: Çətinliklərlə üzləşəcəklər
26 Sep 2024 | 18:43
“Emin Əmrullayev dostumdur, qardaşımdır, amma təhsilimzidə çat var” - Prezident təqaüdçüsü
26 Sep 2024 | 18:37
Niyə innovasiya mərkəzləri iqtisadi inkişaf baxımından vacibdir?
26 Sep 2024 | 18:33
“Yaşlı kişilər arvadlarını bəyənmir, gənc qızlara meyl edirlər”
26 Sep 2024 | 18:29
Qərbi Azərbaycan İcması Mirzoyanın Qədim Sivilizasiyalar Forumundakı bəyanatını qınayıb
26 Sep 2024 | 18:20
Azərbaycan bədii gimnastları Monteneqrodakı turnirdə 2 medal qazanıblar
26 Sep 2024 | 18:12
Aytən Muradova: Azərbaycanda Aliment Fondunun yaradılması təklifi aktualdır
26 Sep 2024 | 18:10
“Bu gün özünü cəmiyyətə ədəbiyyat kimi sırımağa çalışan anti-ədəbiyyat mövcuddur”
26 Sep 2024 | 18:04
Luka Skieppati: “Bu gün 43 şirkət TAP-ın tutumunu bron etmək hüququna malikdir”
26 Sep 2024 | 17:59
Kamran Əliyev şəhid prokurorluq əməkdaşlarının ailə üzvləri ilə görüş keçirdi - FOTOLAR
26 Sep 2024 | 17:55
Paşinyan Ərdoğanın kitabını niyə sinəsinə sıxdı?..
26 Sep 2024 | 17:54
Türkiyə Müdafiə Nazirliyindən Anım Günü ilə bağlı BƏYANAT
26 Sep 2024 | 17:49
Taksi sürücüləri üçün imtahanın vaxtı AÇIQLANDI
26 Sep 2024 | 17:44
Paytaxtı hara KÖÇÜRƏK? – Bakıdakı xaosa ÇARƏ + FOTO
26 Sep 2024 | 17:38
"Livanla İsrail arasında vəziyyət dözülməz həddə çatıb" - Baydenlə Makrondan birgə bəyanat
26 Sep 2024 | 17:32
Sahil Babayev üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşdü - FOTO
26 Sep 2024 | 17:27
DOST mərkəzlərinə 3 milyonuncu müraciət Zəngilanda qeydə alındı - FOTO
26 Sep 2024 | 17:21
Bu küçəyə avtomobillə giriş-çıxış tam məhdudlaşdırılacaq
26 Sep 2024 | 17:15
Qalmaqal yenidən BAŞLADI: Afət Fərmanqızı Flora Kərimovaya 100 min təzminat verəcək?
26 Sep 2024 | 17:10
Taksi duracaqları yaradılır - Bakıda nə dəyişəcək? - ŞƏRH
26 Sep 2024 | 17:05
Ərdoğan Paşinyanla nələri MÜZAKİRƏ ETDİ? – Nyu-York görüşünün TƏFƏRRÜATI
26 Sep 2024 | 16:59
8 Noyabr prospektindəki məhdudiyyət tam aradan qaldırıldı - FOTO
26 Sep 2024 | 16:54
Dövlət Komitəsi əməkdaşları üçün təlim keçirilib - FOTOLAR
26 Sep 2024 | 16:49
Bakıda taksi sürücülərinə ŞAD XƏBƏR: Yeni layihənin icrasına başlanılır
26 Sep 2024 | 16:44
DİQQƏT! Bakıda xüsusi zolaqalara yalnız bu avtomobillər daxil ola bilər
26 Sep 2024 | 16:38
Ceyhun Bayramov Angel Moratinosla görüşdü - FOTO
26 Sep 2024 | 16:33
"ABŞ Ukraynaya 8 milyard dollarlıq hərbi yardım edəcək" - "Reuters"
26 Sep 2024 | 16:27
Bu, Azərbaycan üçün legitim müharibə səbəbidir - Situasiya dəyişir
26 Sep 2024 | 16:21
Azərbaycanın müdafiə sənayesində YENİ MƏRHƏLƏ: Türkiyəli general DETALLARI AÇIQLADI – FOTO
26 Sep 2024 | 16:16
Bu yağlar xəstəlik yaradır - Alimlərdən XƏBƏRDARLIQ
26 Sep 2024 | 16:12
"Ukrayna gerçəkdən mövcud deyil və onu bərpa etmək mümkünsüzdür" - Tramp
26 Sep 2024 | 16:08
Prezidentdən maaşla bağlı müjdə
26 Sep 2024 | 16:03
Hökumət 2025-ci ilin dövlət büdcəsinin layihəsini Prezidentə TƏQDİM ETDİ
26 Sep 2024 | 15:58
Hava ilə bağlı XƏBƏRDARLIQ - Sentyabrın 28-i gündüzədək...
26 Sep 2024 | 15:53
“İstəsək, bir gün ərzində bütün borcu sıfırlaya bilərik” - İlham Əliyev
26 Sep 2024 | 15:48
Müdafiə Nazirliyi ilə “Azərsilah” saziş imzaladı
26 Sep 2024 | 15:42
Zaur Kamalın oğlu: "Universitetdə gəzə bilmirəm, deyirlər ki..." - VİDEO
26 Sep 2024 | 15:36
İlham Əliyev: "İlin əvvəlindən iqtisadi inkişaf gözlənilən səviyyədədir"
26 Sep 2024 | 15:30
İqtisadi məsələlərə həsr olunmuş mühüm müşavirə: Prezident çıxış etdi - YENİLƏNİB + FOTO
GÜNLÜK
26 Sep 2024 | 19:19
Məktəblərdə tədrisdən çıxarılmalı fənlər – Onları əvəz etməli çox vacib dərslər
26 Sep 2024 | 12:04
Anası Qənirə Paşayevadan danışdı: "Elə olurdu ki, səhərə qədər..."
26 Sep 2024 | 15:06
Bakının mərkəzinə 1 addım məsafədə ucuz evlər - Kütləvi satılır
26 Sep 2024 | 15:00
Əhaliyə ŞAD XƏBƏR: Yol pulunun bir hissəsi geri qayıdacaq
26 Sep 2024 | 12:25
Sentyabrın 26-nın ən xoşbəxt BÜRCÜ: Çox əlverişli gün olacaq
26 Sep 2024 | 09:21
Atatürk 104 il öncə Ermənistanla bağlı nə yazmışdı?
26 Sep 2024 | 10:29
“Əfsanəvi Rembo” ləqəbi ilə tanınan Vətən Müharibəsi Qəhrəmanı...
26 Sep 2024 | 10:55
Rusiyada işləməyə gedənlərə VACİB XƏBƏR: Bunlara diqqət edilməlidir
26 Sep 2024 | 09:56
Bu bürclərin qadınları tezliklə ağ atlı şahzadə ilə görüşəcəklər
26 Sep 2024 | 12:10
Rəqsanənin evindən oğurluq edən tanınmış şəxs imiş
HƏFTƏLİK
24 Sep 2024 | 10:15
“Nə olsun o xanəndəlik sinfini bitirib, gəlin araşdıraq hansı muğamları bilir, öyrənib?”-Xalq artistindən İRAD+FOTO+ÖZƏL
21 Sep 2024 | 16:52
Evi “kupçasız” olan vətəndaşların DİQQƏTİNƏ: 1 ildən 3 ilədək həbs gözləyir
21 Sep 2024 | 07:52
Pensiya yaşı 3 il artırılır - Oktyabrın 1-dən...
25 Sep 2024 | 21:59
"İran Fələstinin mübarizə bayrağını daha daşımayacaq" - Məsud Pezeşkian
20 Sep 2024 | 14:16
"İstisu" müalicəvidir, yoxsa süfrə suyu? - Ekspertdən XƏBƏRDARLIQ
22 Sep 2024 | 16:55
Bitki yağları zərərlidirmi? - Mütəxəssisdən açıqlama
24 Sep 2024 | 23:23
Azərbaycana da gəldi - Əsas qadınları tutur, 89 gün davam edir...
24 Sep 2024 | 15:25
Azərbaycanın ilk LAZER SİLAHI - FOTO
21 Sep 2024 | 08:07
Ekspertlər ən zərərli bitki yağının ADINI AÇIQLADI 
21 Sep 2024 | 21:54
Oktyabr ayının ən şanslı bürcləri - Göyün 7-ci qatında hiss edəcəklər
AYLIQ
26 Sep 2024 | 19:19
Məktəblərdə tədrisdən çıxarılmalı fənlər – Onları əvəz etməli çox vacib dərslər
26 Sep 2024 | 12:04
Anası Qənirə Paşayevadan danışdı: "Elə olurdu ki, səhərə qədər..."
26 Sep 2024 | 15:06
Bakının mərkəzinə 1 addım məsafədə ucuz evlər - Kütləvi satılır
26 Sep 2024 | 15:00
Əhaliyə ŞAD XƏBƏR: Yol pulunun bir hissəsi geri qayıdacaq
26 Sep 2024 | 12:25
Sentyabrın 26-nın ən xoşbəxt BÜRCÜ: Çox əlverişli gün olacaq
26 Sep 2024 | 09:21
Atatürk 104 il öncə Ermənistanla bağlı nə yazmışdı?
26 Sep 2024 | 10:29
“Əfsanəvi Rembo” ləqəbi ilə tanınan Vətən Müharibəsi Qəhrəmanı...
26 Sep 2024 | 10:55
Rusiyada işləməyə gedənlərə VACİB XƏBƏR: Bunlara diqqət edilməlidir
26 Sep 2024 | 09:56
Bu bürclərin qadınları tezliklə ağ atlı şahzadə ilə görüşəcəklər
26 Sep 2024 | 12:10
Rəqsanənin evindən oğurluq edən tanınmış şəxs imiş