"Birinci dəfə "İskəndər" Şuşaya, ikinci dəfə isə Səngəçala və ya Xızıya atılıb" - ŞOK İDDİA...
Qarabağ
Oxunub: 7154
02 Apr 2021 | 19:08
"İskəndər"in yaradılması və Ermənistana tədarükü..
 
“İsgəndər” operativ taktiki raket kompleksi ilk dəfə 1999-cu ilin avqust ayında, Moskva vilayətinin Jukovski şəhərindəki Beynəlxalq Aerokosmik sərgi salonunda (MAKS) təqdim edilib. “İsgəndər” 2006-cı ildə Rusiya Silahlı Qüvvələrinin sılahlanmasına qəbul edilib. “İsgəndər” operativ-taktiki raket kompleksləri ailəsinin üzvüdür və onun bir neçə modifikasiyası var. “İsgəndər”, “İsgəndər-M”, “İsgəndər-K”, “İsgəndər-E” modifikasiyaları mövcuddur. “İsgəndər” operativ taktiki raket kompleksinin Ermənistan tərəfindən əldə edilməsi barədə ilk məlumat ilk dəfə 2013-cü ilin iyun ayında, Ermənistan Müdafiə Nazirliyindəki anonim mənbələrin bir neçə “İsgəndər” kompleksinin Ermənistanda olduğunu təsdiqləməsindən sonra məlum olub. Rusiya hərbi mənbələri isə 2015-ci ildə danışıqların hələ də davam etdiyini, onun Ermənistana 2016-cı ildə çatdırılacağını bildiriblər. Artıq 2016-cı ilin sentyabrında Ermənistanın müstəqilliyinin 25-ci ildönümünə həsr olunmuş hərbi paradın hazırlığı zamanı ilk dəfə İrəvan küçələrində “İsgəndər” kompleksləri göründü. 21 sentyabrda İrəvanın Respublika Meydanında keçirilən hərbi paradda “İsgəndər” kompleksləri çəkindirmə silahı kimi Ermənistan ictimaiyyətinə böyük təmtəraqla təqdim olunub. 
Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIRPI) məlumat bazasına görə, Ermənistan Rusiyadan 4 ədəd “İsgəndər” kompleksindən ibarət raket divizion dəstini 25 ədəd raketlə əldə edib. Dünən Caliber.az portalında Ərazilərin Minalardan Təmizlənməsi Agentliyinin əməkdaşları tərəfindən Şuşa ətrafında iki ədəd “İskəndər” raketinin qalıqlarının aşkarlamasına aid materialın dərc edilməsinə qədər bu sahə ilə maraqlanan hər kəs, Ermənistanda mövcud olan raketlərin 280 km atəş məsafəsində malik yaxın mənzilli “E” versiyasına aid olduğunu düşünürdü. 
 
Təyinatı və Ermənistan antirekordu
 
Hava limanlarının, HHM komplekslərinin, komanda məntəqələrinin, sursat anbarlarının, bazaların, cəmləşmə rayonunda yerləşən texnikaların və körpülərin məhv edilməsi üçün nəzərdə tutulan raket kompleksinin Rusiya tərəfindən kredit adı ilə Ermənistana verilməsi, Azərbaycanı işğal altındakı ərazilərini müharibə yolu ilə azad etmək niyyətindən çəkindirməkdən ibarət olub. 
 
Lakin çəkindirmə silahının nəinki mövcudluğu, hətta onun tətbiqi belə Azərbaycanı işğal altındakı ərazilərini erməni tapdağından azad etməyə mane olmadı. Şuşanın azad edilməsini Azərbaycan Silahlı Qüvvələrinin Xüsusi Təyinatlı Qüvvələrinin qrupları tərəfindən azad edildiyini nəzərə alsaq, o zaman Ermənistan çəkindirmə silahını bu qruplara qarşı uğursuz istifadə edən ilk ordu kimi antirekorda imza ataraq tarixə düşdü. 
 
Son günlərdə yayımlanan materialda raket qalıqlarını aşkarlayan azərbaycanlı mütəxəssislər  ölkənin mədəni mərkəzi olan Şuşaya erməni ordusunun “İskəndər-M” operativ-taktiki raket kompleksinin 500 km atəş məsafəsinə malik orta mənzilli 9M723 raketindən zərbə endirdiyini bildirib. Bu açıqlama kifayət qədər ciddi suallar doğurur, lakin buna daha sonra təkrar qayıdacam.
 
"İskəndər" hələ çox "partlayış"lar törədəcək...
 
Ermənistanın kapitulyasiya aktını imzalamasından dərhal sonra “İskəndər” raketlərinin Azərbaycan ərazisinə atılmasına böyük ehtimal vermişdim. Martın 2-də Moderator.az saytında ““İskəndər” İrəvanı, yoxsa Moskvanı partladır...?” başlıqlı məqaləmdə bu raketlərin Azərbaycan ərazisinə atılmasına təkrar diqqət yetirmişdim. Ermənistanda isə müharibədən sonrakı dövrdə “İskəndər” raketindən Azərbaycana atəş açılmasını iddia etməyən siyasi və hərbi rəhbər qalmadı. Eks prezident, hazırki baş nazir, erməni generallarının bir neçəsi və çox sayda mütəxəssis, bəzi generallar isə bir neçə dəfə bu faktı təsdiqlədilər. “İskəndər” raketinin buraxılmasına çox bənzəyən videokadrlar şəbəkədə də yayıldı. Raket qalıqları aşkarlanana qədər səslənən bütün iddiaları ödəyən cəmi bir versiyamız qalırdı: “İskəndər” raketini ermənilər bizə tərəf atıb, lakin raket Azərbaycan ərazisindəki hədəfdən yayınıb və böyük ehtimalla ermənilərin nəzarətində olan və ya boş bir əraziyə düşüb. Belə olan halda həm Prezident İ.Əlievin verdiyi bəyanat təsdiqini tapırdı, həm də Paşinyanın raketlərin yararsızlığı ilə bağlı səsləndirdiyi ifadələr havada “asıl qalmırdı”. ““İskəndər” İrəvanı, yoxsa Moskvanı partladır...?” məqaləsində bir cümləni olduğu kimi xatırladıram: “Biz Nikolun təkzibinə isə çox da fokuslanmalı deyilik, bu vəziyyətdə Kreml təzyiqinə qarşı çıxmaq onun üçün asan məsələ deyil. Tək qaranlıq qalan məsələ isə “İskəndər” raketinin İrəvanı yoxsa Moskvanı partlatması oldu...”. 
 
Əslində Ermənistan baş nazirinin iki gün içində bir biri ilə daban dabana zidd olan bəyanatlar səsləndirməsi işğalçı ölkənin siyasi sisteminin real vəziyyətini də göstərmiş oldu. Başqa sözlə desək, “İskəndər” raketi haqqında verilən bəyanat ilkin olaraq Ermənistanın siyasi sistemini “partlatdı”. 
 
Məğlub olan Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan indiki baş nazir Nikol Paşinyanı “İskəndər” raketini gec tətbiq etməkdə günahlandıranda müzakirələr özünün pik səviyyəsini əldə etdi və Nikol Paşinyanın 23 fevralda “İsgəndər”dən atəş açdıqlarını, lakin onun partlamadığını və ya 10% partladığını açıqladı. Bununla da aləm qarşıdı, məzhəb itdi. Silahları olan qalan nüfuzunu itirməkdə olan Moskva çəkindirmə silahı kimi dünyaya sırımağa çalışdığı “İskəndər” barədə mənfi fikir səsləndirən Paşinyanı ifadəsini dəyişməyə məcbur etmək məqsədilə İrəvana silah tədarükündə söz sahibi olanlardan hesab edilən Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin sədr müavini Viktor Zavarzin Paşinyanın açıqlamasını “tamamilə mütləq yalan” kimi qiymətləndirdi.  Paşinyan təzyiqlərə davam gətirə bilmədi, sözünü geri göürü, lakin artıq “ox yayından çıxmışdı”. Rusiya Müdafiə Nazirliyi fevralın 25-də Paşinyanın “İsgəndər”in müharibə zamanı istifadə edildiyi iddiasını təkzib edən bir açıqlama yaydı.
 
Bu proses Ermənistanın Rusiya meylli generalitetinin əvvəl fərdi istehzaları, sonra isə kütləvi etirazları ilə qarşılandı. Nəticədə əvvəlcə Ermənistanın baş qərargah rəsinin müavini, müharibə zamanı Paşinyan tərəfindən “Ermənistanın Milli Qəhrəmanı” adı verilən və Nikolu lağa qoyan, “gülərüz” Tiran Xaçatryan vəzifədən azad edildi, daha sonra isə bu qərara etiraz edən və Paşinyanın istefasını tələb edən 40 hərbçi arasında ən yüksək vəzifə daşıyan baş qərargah rəsi Onik Qasparyan istefaya göndərildi. Bununla da  “İskəndər” raketi Ermənistanın baş qərargahını və onun idarə etdiyi darmadağın erməni ordusunu da “partlatdı”. Yeri gəlmişkən Onik Qasparyan da “Mənə yalnız bir dəfə “İsgəndər”dən Şuşa şəhəri istiqamətinə istifadə olunmasına icazə verildi. Mən, bunu tətbiq etdim. Bundan istifadə edib şəhərə bir neçə tank soxa bildik. İki gün sonra mənə Şuşanı tərk edib geri çəkilmək əmri verildi” bəyanatı ilə yaddaşlarda qalıb. Əgər Paşinyanın, Qasparyanın, Sarkisyanın və Hakopyanın verdikləri bəyanatları alt alta düzsək, Şuşaya “İskəndər” raketlərindən ən azı birinin noyabrın 6-da atıldığını iddia edə bilərik.
 
Sonrada baş verən hadisələr, xüsusilə də Rusiya Müdafiə nazirliyinin “Ermənistandakı bütün raketlər anbardadır” bəyanatından sonra iki ədəd 9M723 raket qalıqlarının azərbaycanlı minatəmizləyənlər tərəfindən Şuşa ətrafında tapılması, “İskəndər”in Moskvanı da “partlatmasına” səbəb oldu. 
Şuşa ətrafında iki ədəd “İskəndər” raketinin düşdüyü ərazini və onun qalıqlarını aşkarlanması bu məsələ ilə bağlı mövcud vəziyyəti tamamilə dəyişib. Əslində təəccüblü heç nə yoxdur. Şişirdilmiş taktiki texniki xüsusiyyətlər və saxta imkanlar barədə verilən bəyanatlar üzərində qurulan planlar, Azərbaycan Əsgərinin zərbəsi ilə darmadağın oldu! Partlamayan 2 ədəd “İskəndər” isə həm özünü, həm istehsalçısını, həm də ona bel bağlayan uğursuz istifadəçisini “hava ilə doldurulan şar” kimi “partlatdı”. İndi Rusiya Müdafiə Nazirliyi baş verən hadisələrdən çıxış yolu axtarır. Hadisələrin xronologiyası göstərir ki, “İskəndər” hələ çox partlayışlar törətməkdə davam edəcək.
 
OTRK raketlərinin izlənilməsi
 
Təbii ki, çox yüksək hündürlükdə uçan OTRK raketlərinin izlənilməsi asan məsələ deyil, onlar təxminən buraxılışdan 15-20 saniyə sonra və bir də trayektoriyasının son mərhələsində izlənilir və məhv edilə bilir, digər tərəfdən isə bu raketləri yalnız ölçülərinə və səthin effektiv əksolunma əmsalına görə identifikasiya etmək mümkündür. Azərbaycan HHM sisemlərinin Ermənistanda mövcud olan raketlərin buraxılışını aşkarlamaq və izləmək üçün müvafiq eşalonlaşdırma həyata keçirilib. Hava hədəflərinin aşkarlanmasında 11 metr yüksəkliyə və 32 metr uzunluda müşahidə güzgüsunə malik 5N84A “Oborona-14” radilokasiya stansiyaları müstəsna rol oynayıb. Stansiya avtomatlaşdırılmış idarəetmə sisteminin bir hissəsi kimi və ya avtonom orejimdə hava hədəflərinin məsafəsini və azimutunu uzaq məsafədən aşkarlamaq və ölçmək üçün nəzərdə tutulub. Stansiya  hava hədəflərinin 30 km yüksəklikdə və 400 km-ə qədər məsafədə aşkarlaması təmin edib. Hava hədəflərini müəyyənləşdirmək üçün RLS yerüstü identifiaksiya sistemi ilə təchiz edilib. Bu isə HHM qoşunlarının işğalçı ölkə tərəfindən istifadə edilən raketləri və ya digər hava hava hədəflərini aşkarlamağa imkan verib. Lakin aşkarlanan hədəflərin daha qəliz hesab edilən məhv edilməsi ilə bağlı sual hələ də açıq qalır. 
 
Danışan 9M923 qalıqları...
 
Ərazilərin Minalardan Təmizlənməsi Agentliyinin əməkdaşlarının təqdim etdiyi fotolardan görünür ki, bu raketlərdən ən azı biri Şüşa ətrafında partlayıb. İkinci raketin düşdüyü ərazi axtarılır. Xızıya atılan raket barədə qeyri rəsmi məlumatlar mövcuddur. Lakin hər bir raketin qalıqları aşkarlanmadan, onun hansı modifikayaya aid olduğunu iddia etmək də doğru deyil. Çünki, taktiki və zenit raketlərinin atəş məsafəsi modernizasiya vasitəsilə artırıla bilir. Başqa sözlə desək, OTRK raketlərinin atəş məsafəsinin artırılması istisna edilməməlidir. Ermənistanda vaxtilə OTRK raketlərinin modernizasiyası barədə məlumatlar açıq mətbuatda dərc edilmişdi.
 
Yeri gəlmişkən, bu ilin mart ayının əvvəlində “Middle East Eye” nəşri adı açıqlanmayan yüksək səviyyəli bir Azərbaycan rəsmisinə istinadən Qarabağ müharibəsi zamanı Ermənistan tərəfindən “İsgəndər” operativ taktiki raket kompleksindən Azərbaycanın paytaxtı istiqamətində də ən azı bir ballistik raket buraxması barədə məlumat yaymışdı. Bu günə qədər Azərbaycan tərəfi bu partlayışı səbəbləri barədə məlumat verməyib. “Middle East Eye” nəşri isə buraxılan “İskəndər” raketinin modifikasiyasını açıqlamasa da, onun Azərbaycan Silahlı Qüvvələrinin silahlanmasında mövcud olan İsrailin “Barak-8” raket əleyhinə kompleksi tərəfindən məhv edildiyini yazmışdı. Lakin münasibətdə olduğum bir neçə təcrübəli mütəxəssis bu raketin atəş məsafəsi artırılan “İskəndər” raketi olmasını və onun maksimum uçuş məsafəsini qət etdikdən sonra özünü havada partlatdığını mümkün hesab edirlər.
Böyük ehtimalla bu raketin hədəfi ya Səngəçal terminalı, ya da Xızıdan on kilometrlərlə uzaqda yerləşən strateji hərbi obyekt olub. Ermənistan heç bir zaman dünya güclərinin maraq dairəsində olan nefq-qaz terminalının məhv etmək barədə müstəqil qərar qəbul edə bilməz. Lakin hərbi obyektə zərbə üçün Rusiyanın hərbi dairələri xeyir dua verə bilərdi. Ən azından sürətlə əraziləri azad edən Azərbaycan Ordusunu dayandırmaq və rəsmi Bakını atəşkəs rejiminə razı salmaq üçün raketin buraxılmasına rus generalitetinin icazə verməsi daha ağılabatandır. 
 
Əgər həqiqətən bu raket Ermənistan ərazisindən Bakı ətrafına qədər gəlib çatıbdısa, deməli bu raket ya atəş məsafəsi artırılan taktiki raket, ya da “İskəndər-M” kompleksindən buraxılan raket olub. Çünki, heç bir halda 280 km atəş məsafəsinə malik “İskəndər-E” raketi Ermənistandan Bakı ətrafına qədər gəlib çata bilməzdi. Deməli, Azərbaycan ərazisinə 3-cü “İskəndər” raketi noyabrın 8-də atılıb. Burada Sarkisyanın Paşinyanı raketlərin gec atılması bağıl ittihamı da öz təsdiqini tapır. Digər tərəfdən isə bu fakt, Rusiyanın Ermənistana satışı qadağan olunan raket çatdırdığını və ya ən azından raketin baza versiyasının modernizasiyasında yardım etdiyini gösərir.
 
İskəndər-dən kim atəş açıb?
 
Bir az da dərinə getsək, məlum olacaq ki, “İskəndər” komplekslərini əldə etdiyi 4 il ərzində Ermənistan ordusu bir dəfə də olsun OTRK-nı real atəşini həyata keçirməyib. Bu səbəbdən raketlərin Ermənistan ordusunun imkanları ilə buraxılması da real səslənmir. Əldə edildiyi gündən tətbiqinə qədər Ermənistan bu komplekslərdən bir dəfə də olsun döyüş atışları da icra etməyib. Ermənistanın hərbi təhsil müəssisələrində bu komplekslərlə təchiz edilən divizionlarda xidmət keçmək üçün zabit kadrları hazırlanmır, çünki bunun üçün müəllim professor heyəti ilə bərabər maddi texniki baza da mövcud deyil. O zaman bu kompleksdən atəş açan heyətin Ermənistan ordusuna mənsub olması da mümkün görünmür. Deməli burada Ermənistan müdafiə nazirliyi aviasiyada olduğu kimi, ya Rusiya ordusundan müvafiq raket divizionlarında xidmətdən tərxis edilən zabitlərin və ya Ermənistandakı 102-ci hərbi bazanın şəxsi heyətinin imkanlarından yararlanıb. Lakin yaranan suallar bunlarla bitmir. 
 
Əgər “M” versiyası təsdiqlənərsə...
 
Qayıdaq Ermənistanın operativ-taktiki raket kompleksin 280, yoxsa 500 km atəş məsafəsinə malik raketdən zərbə endirməsinə. 
Rusiya ABŞ ilə 1987-ci ildə SSRİ tərəfindən imzalanan “Orta və Yaxın Mənzilli Raketlərin ləğvinə dair Saziş”dən çıxmaq istədiyini Rusiya 2019-cu ildə açıqlayıb. Bu müqavilə hər iki tərəfdən orta (1000-5500 km) və yaxın (500-1000 km) mənzilli balistik və qanadlı raket komplekslərini məhv etməyi, gələcəkdə isə bu tip raketləri istehsal etməməyi, sınaqdan keçirməməyi və yerləşdirilməməyi öhdəlik kimi qəbul etməsini həzərdə tuturdu. Beynəlxalq öhdəlikləri Rusiyaya 300 km-dən uzaq atəş məsafəsinə malik raketlərin ixracını da qadağan edirdi. Ermənistana isə “İskəndər” raketlərinin ixracı 2016-cı ildə, yəni əvvəl adı çəkilən Saziş qüvədə olduğu zaman ixrac olunub. Əgər Ermənistanın “İskəndər” operativ-taktiki raket kompleksin 500 km atəş məsafəsinə malik raketdən zərbə endirməsi təsdiqlənərsə, bu Rusiyanın məlum Sazişin tələblərini kobudcasına pozduğunu sübut edəcək. Belə addımlar isə adətən beynəlxalq sanksiyalara səbəb olur. 
 
Əgər “İskəndər-M” kompleksi və onun raketləri ilkin təchizatdan sonrakı illərdə Ermənistana verilibsə, o zaman Rusiya Müdafiə Nazirliyi Həştərxan vilayətinin Znamensk rayonundakı Kapustin Yar poliqonunda yerləşən Rusiya Silahlı Qüvvələrinin Cənub Hərbi Dairəsinin 8-ci Ümumqoşun Ordusunun yeni yaradılan 464-cü raket briqadasının 9M723 raketlərini yenidən saymalıdır. Lakin rus inspektorlar əvvəl Ermənistanda sayacaqları kimi Kapustin Yarda raket sayacaqlarsa, o zaman heç əziyyət çəkib saymasınlar. Elə Moskvada bir çızma qara raport yazıb Rusiya MN-in rəsmisi İqor Konaşenkova versinlər ki, “Tovariş general-mayor, raketlər hamısı yerindədir, nəinki yerindədir, hətta bir neçə “İskəndər” də hamilədir”. İqor müəllim isə bunu səsləndirməklə Ermənistanda atılmaqla anbarda azalmayan raket sayı barədə absurd açıqlamasını da “əsaslandıra” biləcək. 
 
Nə etməli?
 
İndi isə gəldik sonuncu və bizim üçün ən ağrılı məsələyə. Nəyə görə Rusiya raketin satışı qadağan edilən versiyasını Ermənistana ötürüb, və ya qadağan edilməyən versiyasını niyə modernizasiya edib? Rusiya müharibə zamanı raketin böyük ehtimalla rus zabitləri tərəfindən tətbiq edilməsinə şərait yaradıbmı? Bu suallara cavab tapmaq üçün, ilk növbədə Naxçıvanla sərhəddə rus helikopterinin məhv edilmsi ilə bağlı məsələdə olduğu kimi, Azərbaycan Respublikasını Baş Prokurorluğu tərəfindən məsələ dərindən araşdırılmalı, ona hüquqi qiymət verilməli, Rusiya və Ermənistanla bağlı məsələnin bütün qaranlıq tərəfləri işıqlandırılmalıdır. Zərbələr nəticəsində dəyən itkinin miqyası və miqdarı təyin edilməlidir. Raketlərin çatdırılmasında və buraxılışında qanuna zidd fəaliyyətlərə yol verən şəxslər cəzalanmalıdır. Ballistik ekspertizaya ehtiyac yarandığı təqdirdə tərəfdaş ölkələrdən mütəxəssislər də dəvət edilə bilər. Beynlxalq silah ixracına dair Saziş və konvensiyaların pozulmasına dair faktlar aşkarlanaraq, BMT daxil olmaqla aidiyyəti üzrə bütün nüfuzlu təşkilatlara göndərilməlidir. İctimaiyyət isə baş verən proseslər barədə mütəmadi məlumatlandırılmalıdır. 
 
Ədalət Verdiyev,
Hərbi ekspert, Xüsusi olaraq Moderator.az üçün
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Oxşar xəbərlər
18:07, Bu gün
Dəniz yatağında yuxuya gedən turist sahildən  xeyli uzaqlaşdı
18:02, Bu gün
Paris-2024: Murad Məmmədov məğlub oldu
17:57, Bu gün
“Seçkiləri boykot qərarının heç bir effekti yoxdur...”
17:52, Bu gün
Nazirlik hərəkətə keçdi: Bakıdakı bütün “kupçasız” evlər söküləcək?
17:45, Bu gün
Paris-2024: Güləşçimiz Sabah Şəriəti turnirə qələbə ilə başladı
17:40, Bu gün
DİQQƏT! COP29-a görə bu qurumlarda iş rejimi DƏYİŞƏCƏK - QƏRAR
17:35, Bu gün
XİN xəbərdarlıq etdi: Bu ölkəyə getməyin
17:30, Bu gün
Mirzə Babayevin nəvəsi: "Brilliant Dadaşova babamdan istifadə edirdi" - MÜSAHİBƏ
17:26, Bu gün
İlham Əliyev Avstraliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi - YENİLƏNİB + FOTO
17:24, Bu gün
Bu il peşə təhsilinə müraciət rekord həddə çatdı: 1 həftədə 16000-dən çox…
17:20, Bu gün
Sergey Şoyqu İrana səfərə gəlib
17:15, Bu gün
XİN vətəndaşları Fələstinə səfər etməməyə çağırdı
17:10, Bu gün
İki il əvvəl Laçında itkin düşən hərbçilərin meyitlərinin qalıqları tapıldı
17:06, Bu gün
Bu çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
17:00, Bu gün
BDU alimi Pakistanın Karaçi Universitetində tədqiqat aparır - FOTO
16:53, Bu gün
"Sabah" və "Zirə"nin potensial rəqibləri müəyyənləşdi
16:48, Bu gün
950 nəfərin deputatlığa namizədliyi qeydə alınıb
16:43, Bu gün
BDU-nun 30 məzunu dünyanın ən nüfuzlu universitetlərində dövlət hesabına təhsil alacaq
16:38, Bu gün
Qayınananın gəlini tərəfindən öldürülməsinin təfərrüatı - "Əri zəng edib ki..." - FOTO
16:32, Bu gün
İsmayıl Əhmədov üzr istədi: "Emin Uçarla bağlı yazılanlar həqiqəti əks etdirmir"
16:27, Bu gün
"Tramp və Harris Ukraynanı təəccübləndirə bilər" - "Politico"
16:21, Bu gün
BDU əməkdaşları DIRNA layihəsi çərçivəsində yay məktəbində - FOTOLAR
16:16, Bu gün
Sakinləri bəlaya salan yol problemi: "21-ci əsrdə biz hələ də at arabası ilə gedib-gəlirik" - VİDEO
16:10, Bu gün
Parisdə restoranlar boş qalıb: Sahibkarlar müştərisizlikdən şikayətləniblər - VİDEO
16:04, Bu gün
Bu küçədə hərəkət məhdudlaşdırılacaq
15:58, Bu gün
Prezident Pakistanın yeni səfirini qəbul etdi - FOTO
15:55, Bu gün
İlham Əliyev Burkina-Fasonun Azərbaycana yeni təyin olunmuş səfirini qəbul etdi - FOTO
15:53, Bu gün
Xəzərdə gəmi turu niyə bərpa olunmur? – Rəsmi açıqlama
15:48, Bu gün
COP29-a görə Azərbaycanda hansı məhdudiyyətlər ola bilər?
15:35, Bu gün
Həbsdən azadlığa çıxan Drakon ilk dəfə danışdı: "Orda məhbuslara dedim ki..."
15:28, Bu gün
Tehran dilemma qarşısında: ya ABŞ ilə danışıq, ya da “qisas tələsi” - TƏHLİL + FOTO
15:22, Bu gün
İcma Aİ rəsmisinin regionda gərginlik yaratmağa xidmət edən bəyanatını qınadı
15:15, Bu gün
Ərdoğana qarşı sui-qəsd: Gizli danışıqlar 7 illik araşdırmadan sonra deşifrə edildi
15:09, Bu gün
"ABŞ İrana "qisasını" yumşaltmağa çağırış edib, İranın vecinə də deyil..." - "The Wall Street Journal"
15:03, Bu gün
Xuraman Muradovanın "Ay Laçın, Can Laçın" kitabının İstanbulda təqdimatı keçirildi - FOTOLAR
14:57, Bu gün
İsti hava ilə bağlı xəbərdarlıq: Sabahdan...
14:53, Bu gün
Narkotik vasitələrin məhv edilməsini həyata keçirəcək komissiyalar müəyyənləşdi
14:48, Bu gün
Pley-off mərhələsinin püşkü atıldı - Çempionlar Liqası
14:44, Bu gün
Dövlətdən pul almaq istəyənlərin nəzərinə - 5 gün ərzində...
14:39, Bu gün
Bərdədə qaynı tərəfindən öldürülən Sədaqətin FOTOSU
14:33, Bu gün
ƏHD Partiyasının 11 namizədi qeydə alındı
14:28, Bu gün
"Qarabağ" "Ludoqorets"i məğlub etsə bu komanda ilə qarşılaşacaq
14:23, Bu gün
PFL rəsmisi Türkiyə klubunun oyununa təyinat aldı
14:18, Bu gün
ABŞ-nin qayıdış hüququna ikili yanaşması: Vaşinqtonu gözləyən bumeranq effekti - TƏHLİL + FOTO
14:12, Bu gün
Avqust ayında bu bürclərin ayağı dinclik görməyəcək: Bu ölkədən o ölkəyə keçəcəklər
14:07, Bu gün
Qadınlar 60 yaşda pensiyaya çıxa bilər: Bu ölkənin təcrübəsi gətirilir
14:02, Bu gün
Şəhid atası deputatlığa namizəd oldu - FOTO
13:56, Bu gün
“Instagram” və “Telegram”da narkotik satışı həyata keçirən 148 səhifə bağlandı - DİN
13:51, Bu gün
"Putin unikal beyinə malikdir" - Peskov
13:45, Bu gün
Sürücülər bu yolda diqqətli olsunlar!
13:40, Bu gün
Bakıda 24 heyvan kəsimi və ət satışı məntəqəsində NÖQSANLAR aşkarlandı  - SİYAHI
13:34, Bu gün
Ermənistan KTMT təlimlərinə məhəl qoymadı
13:28, Bu gün
Çimərliklərdə suyun temperaturu necə olacaq?
13:23, Bu gün
Əkiz qardaşlardan yüksək nəticə: 1 bal fərqlə...
13:18, Bu gün
“Poz-Qazan” oyunlarında iyulda 11 böyük uduş qazanılıb
13:13, Bu gün
“Hizbullah” İsrail ordusunun 91-ci diviziyasının qərargahına dronlarla hücum edib
13:08, Bu gün
İƏT Cammu və Kəşmirlə bağlı bəyanat yaydı
13:02, Bu gün
Azərbaycanda sabiq deputat vəfat etdi - FOTO
12:58, Bu gün
COP29 ərəfəsində yay düşərgəsi təşkil olunacaq
12:53, Bu gün
Azərbaycan futbolunda mütləq rekord
12:48, Bu gün
Xalq artisti Ənvər Həsənovun səhhəti yenidən pisləşib
12:42, Bu gün
Sabah 40 dərəcə isti olacaq - PROQNOZ
12:37, Bu gün
“Mən bu sualın cavabını bilirəm. Ancaq qərarı ölkə başçısı verməlidir...”
12:36, Bu gün
DİQQƏT! Uşaqlarımızı zəhərləyib öldürən bu bitki Bakı küçələrindədir – VİDEO
12:30, Bu gün
Qorbaçovu “küçə siyasətçisi” adlandıran nazir – Onun əqidəsini həbsxana həyatı da dəyişməyib
12:25, Bu gün
Qalmaqallı açılışdan sonra Makron çılpaq kişilərlə kefdə… - İndi də belə RÜSVAY oldu - VİDEO
12:20, Bu gün
Türkiyənin “sultanı”-nın Moderator.az-a MÜSAHİBƏSİ: “Azərbaycanda filmə çəkilmək istərdim”
12:15, Bu gün
Ölümündən 22 gün sonra dəfn olunan Firəngiz Rəhimbəyova haqda DOSTLARI danışır: “Həyat yoldaşı dedi ki, mən ölməli idim, çünki...” - ÖZƏL + FOTOLAR
12:10, Bu gün
Növbədənkənar parlament seçkilərinin təşviqat kampaniyası başlayır
12:05, Bu gün
“Kiçik sevgilisi olan xanımlar özlərini gəncləşdirirlər” - Afət Fərmanqızı
12:03, Bu gün
Sumqayıtda ana və övladı qidadan zəhərlənib
11:58, Bu gün
Aİ bu şəxslərə sanksiya tətbiq etdi
11:55, Bu gün
Qardaşı arvadını öldürən şəxs tutuldu
11:52, Bu gün
Türkiyə hökuməti “Instagram”ın bərpası üçün şərtini açıqlayıb
11:50, Bu gün
Quru Qoşunlarının taktiki-xüsusi təlimi - VİDEO
11:47, Bu gün
Ağcabədidə 1 həftə əvvəl vurulan piyada xəstəxanada öldü
11:43, Bu gün
Baş prokuror Nəsimi rayonunda vətəndaşları qəbul edəcək
11:40, Bu gün
Avropa Parlamenti silkələnir: Bakının mövqeyi dəyişməyib
11:37, Bu gün
Abituriyentlərin NƏZƏRİNƏ - 23:59-dək...
11:33, Bu gün
Bu marşrut üzrə əlavə qatar reysləri təyin edildi
11:31, Bu gün
Telefon qiymətləri nəyə əsasən dəyişir?
11:27, Bu gün
MSK aşağı seçki komissiyaları üçün treninqlərə başladı
11:24, Bu gün
Noyabrda məktəblərdə 10 yox, 18 gün tətil olacaq - Rəsmi
11:20, Bu gün
Şagirdlərin elektron yerdəyişməsi başlayır
11:17, Bu gün
Bu dərmanları qəhvə ilə içmək olmaz
11:14, Bu gün
"Qarabağ"ın potensial rəqibi müəyyənləşir - Çempionlar Liqası
11:09, Bu gün
Körpə Retriever baxımı - Sağlam, xoşbəxt Labrador yetişdirmək
11:09, Bu gün
“Bu  xanım siyasətçinin bir sıra üstünlükləri var. Amma...”
11:02, Bu gün
Musa Sadıqov vəfat etdi - FOTO
10:58, Bu gün
Gömrük Akademiyasında “Açıq qapı günü” keçirilib - FOTOLAR
10:54, Bu gün
Azərbaycan millisinin futbolçusu Türkiyə klubu ilə anlaşıb
10:47, Bu gün
Bərdədə DƏHŞƏTLİ CİNAYƏT: qardaşının arvadını öldürdü
10:40, Bu gün
40 kilo arıqlayan Mətanət İsgəndərli tanınmaz halda - FOTO
10:33, Bu gün
Fərid Qayıbov: "Hidayət Heydərov və Zelim Kotsoyevin sayəsində idmanımızda yeni tarix yazıldı"
10:30, Bu gün
BDU-nun İnformasiya və sənəd menecmenti fakültəsinə 2 ixtisas üzrə tələbə qəbulu aparılır
10:25, Bu gün
Patrisia Skotlend: “COP29 iqlim fəaliyyəti və maliyyələşdirmə arasında fərqi aradan qaldırmaq üçün yeganə şansdır”
10:17, Bu gün
DİQQƏT! Bu qidaları səhər yeməyində yeməyin
10:17, Bu gün
Jurnalistika ixtisasına qabiliyyət imtahanı lazımdırmı?
10:10, Bu gün
Bakıda avtobus 10-dan çox maşını əzdi, biri yandı - VİDEO
10:07, Bu gün
Prezident “Cavanşir” körpüsünün yerində tikilən yolun AÇILIŞINDA - YENİLƏNİB + FOTO
GÜNLÜK
04 Aug 2024 | 18:32
SSRİ-dən qalma bu şeylərə çoxlu pul verirlər: 1 000 000
04 Aug 2024 | 23:03
Dürdanə Ağayeva VƏFAT ETDİ
04 Aug 2024 | 21:54
“Şöşü” ləqəbli məşhur aktyorun həyat yoldaşı gözəlliyi ilə heyran etdi – FOTOLAR
04 Aug 2024 | 19:01
Zelenski Kiyevin “F-16” qırıcıları aldığını təsdiqləyib - YENİLƏNİB-VİDEO
04 Aug 2024 | 22:05
İsrail-dən İrana daha bir XƏBƏRDARLIQ - "HAZIRIQ!" (VİDEO)
00:01, Bu gün
Emosional intellekti aşağı olan insanı necə tanımaq olar? - 10 əsas əlamət
04 Aug 2024 | 22:47
Tovuzda ilanın sancdığı qadın ölüb
01 Jan 1970 | 04:00
04 Aug 2024 | 19:15
"Olmaya, faşizm iblisi seçki qərargahıdır?" - Nikolas Maduro
10:40, Bu gün
40 kilo arıqlayan Mətanət İsgəndərli tanınmaz halda - FOTO
HƏFTƏLİK
04 Aug 2024 | 15:50
Pensiya yaşının daha 3 il artırılması qərara alındı - Avqustun 6-dan...
31 Jul 2024 | 08:00
Pensiya yaşı yenidən qaldırılır?-  65-dən...
02 Aug 2024 | 08:40
Ümumdünya Səhiyyə Təşkilatı onu "ŞƏFA BİTKİSİ" adlandırır
03 Aug 2024 | 22:09
Min bir dərdin DƏRMANI- DƏFNƏ YARPAĞI 
04 Aug 2024 | 11:59
Bu ölkədə Türkiyə bayrağının üzərində İsrail bayrağı qaldırıldı VƏ... - FOTO
31 Jul 2024 | 21:45
Avqustda gözlənilən maqnit qasırğaları: Təhlükəli günlərin CƏDVƏLİ
31 Jul 2024 | 08:09
Bu şəxslər avqust ayında qazanc əldə edəcək - DOLÇA...
04 Aug 2024 | 10:20
İki azərbaycanlı Türkiyənin daxili işlər nazirinin evinə necə “giriblər”? - QALMAQAL
04 Aug 2024 | 11:00
Zaxarovanın Parislə bağlı zarafatı Fransada OLAY OLDU 
03 Aug 2024 | 22:19
Alimlər qan qrupunun sərvətə necə təsir etdiyinin sirrini açdılar- LİDERLİK XÜSUSİYYƏTLƏRİ, GÜCLÜ XARAKTER  
AYLIQ
04 Aug 2024 | 18:32
SSRİ-dən qalma bu şeylərə çoxlu pul verirlər: 1 000 000
04 Aug 2024 | 23:03
Dürdanə Ağayeva VƏFAT ETDİ
04 Aug 2024 | 21:54
“Şöşü” ləqəbli məşhur aktyorun həyat yoldaşı gözəlliyi ilə heyran etdi – FOTOLAR
04 Aug 2024 | 19:01
Zelenski Kiyevin “F-16” qırıcıları aldığını təsdiqləyib - YENİLƏNİB-VİDEO
04 Aug 2024 | 22:05
İsrail-dən İrana daha bir XƏBƏRDARLIQ - "HAZIRIQ!" (VİDEO)
00:01, Bu gün
Emosional intellekti aşağı olan insanı necə tanımaq olar? - 10 əsas əlamət
04 Aug 2024 | 22:47
Tovuzda ilanın sancdığı qadın ölüb
01 Jan 1970 | 04:00
04 Aug 2024 | 19:15
"Olmaya, faşizm iblisi seçki qərargahıdır?" - Nikolas Maduro
10:40, Bu gün
40 kilo arıqlayan Mətanət İsgəndərli tanınmaz halda - FOTO