4783
17 Feb 2021 | 01:37

"Türkiyə və Azərbaycana yönəlik siyasəti dəyişməyibsə, bizə uzanan erməni əli havada qalmalıdır..."

Türkiyənin Azərbaycandakı sabiq səfiri, tanınmış diplomat Hulusi Kılıç Moderator.az-a açıqlamasında Ermənistanın xarici işlər naziri Ara Ayvazyanın "Türkiyə ilə Ermənistan arasında sərhədlərinin açılması üçün heç bir əngəl qalmayıb" bəyanatını şərh edərkən maraqlı ifadələr işlədib:

 

"Qonşularla mehriban ortamda yaşamaq istəyirlərsə, əvvəlcə içlərindəki problemləri həll etməli, terrorçu mahiyyətindən imtina etməlidirlər. Türkiyə və Azərbaycanın uzanmış barış əllərini nəinki sıxmağa, öpməyə hazır olduqlarını əməlləri ilə ortaya qoymalıdırlar. O zaman bölgənin digər xalqları kimi erməni xalqı da nəhayət xoş günlərinə qovuşa bilər”.

 

Türkiyənin Ərciyəs Universitetinin professoru, ermənişünas alim Qafar Çaxmaqlı Moderator.az-a açıqlamasında deyir ki, neçə ki, Ermənistan mənfur niyyətindən və terrorçu mahiyyətindn imtina etməyib, bu ölkə ilə sərhədlərin açılmasından söhbət gedə bilməz:

 

"Erməni nazirin "Türkiyə ilə Ermənistan  sərhədlərin açılmasında əngəl yoxdur " fikri Ermənistanın başqa çıxış yolunun olmamasına işarədir, Ermənistanda anlayanlar var ki, bu ölkənin Azərbaycan və Türkiyə ilə inteqrasiya etməkdən başqa bir yolu yoxdur. Amma Ermənistan buna hazırdırmı? Hesab edirəm ki, indiki durumda  Ermənistan dövləti və xalqı buna hazır deyil. Sərhədlərin açılması ilə Ermənistan bir sıra iddialarından vaz keçirəcəkmi? Məsələn, qondarma "erməni soyqırımı " ideologiyasından. Və yaxud 1991-ci ildə Türkiyənin vilayətlərinin Ermənistana aidliyini bildirən Müstəqillik haqqında Konstitusiya Aktından. Yaxud Azərbaycanın ərazi bütövlüyünü tanıyacaq sənədin imzalanmasına gedəcəkmi? Mənə elə gəlir ki, Ermənistan hələ buna hazır deyil. O zaman sərhədlər Ermənistanın buna hazır olduğu vaxta qədər açılmamalıdır.

Hörmətli böyükelçimiz Hulusi Kılıç da çox yaxşı bilir ki, 44 günlük savaşda məğlubiyyətdən sonra da  ermənilərin  Azərbaycan və Türkiyəyə qarşı beynəlxalq siyasəti dəyişməmişdir. Bu dəyişməyibsə bizə uzanan erməni əli havada qalmalıdır. Biz nə üçün  iilər boyu bizə düşmənçilik siyasəti aparan və onu bu gün də davam etdirən bu ölkəni xilas etməliyik?"
 

Link kopyalandı!
Son xəbərlər