“...Son vaxtlar insanlarımızın davranışları haqqında çox düşünürəm. Və yalnız mən deyil, ünsiyyətdə olduğum bütün dostlarım xalqımızın özünə oxşamadığından əmindir... Və indi bütün bunları düşündüyüm zaman əminliklə deyə bilərəm ki, xalqımızın bu davranışının səbəbi, əslində, bizim xaricimizdədir. Məsələn, bütün bunları özümüzə qarşı istifadə etmək üçün müxtəlif qüvvələrin hər birimiz haqqında 4 minə yaxın məlumat topladığı sosial şəbəkələrdə... Britaniyanın məşhur “Cambridge Analytica” şirkətinin fəaliyyəti ilə, az da olsa, tanış olan hər kəs dərhal nədən danışdığımı başa düşəcəkdir...”
Moderator.az xəbər verir ki, bu fikirləri erməni politoloq Qrant-Melik Şahnazaryan özünün “Facebook” səhifəsində yazıb.
Şahnazaryan Azərbaycana qarşı revanş hisslərindən qurtulmasa da, üzvü olduğu, “xalq” dediyi xəstə toplumun tarix boyu və xüsusən son iki yüzillikdəki “mübarizəsi”nin əsl mahiyyəti ilə bağlı bəzi gerçəkləri özü də bilmədən etiraf etməli olub:
“İnanılmaz bir şey... Xalqımız öz əqidə və inancları ilə deyil, dövlətimiz və ya ziyalılarımız, liderlərimiz tərəfindən deyil, transmilli şirkətlər tərəfindən idarə olunur. Ermənistan vətəndaşının hansı siyasi maraqlara sahib olmasına onlar qərar verirlər; kimi düşmən, kimi
dost saymalıdır, bu həyatda nə kimi istəklərə sahib olmalıdır ...
Və bundan sonra itirilənlərin qaytarılması, xainin və düşmənin cəzalandırılmasından danışırıq. Bu, mümkün deyil. Vətəndaşımız xarici təsirlərdən qorunmur. Vətəndaşımız başqasının proqramını rəhbər tutur. Vətəndaşımız yabançı qüvvələrin mənafeyi naminə fəaliyyət göstərir...
Beləliklə, dövlət, məsələn, ölkədə “Facebook”-a girişi bloklayana qədər belə olacaqdır... Bəs Ermənistan belə bir qərar verə bilərmi? Söyləmək çətindir. Yəqin ki, xeyr. Çünki, birincisi, bu dövlət də yuxarıda adı çəkilən əcnəbilər tərəfindən idarə olunur, ikincisi, layiqli bir həyat uğrunda çalışdığını elan edən, ancaq yalnız istehlakçı hissləri ilə yaşayan cəmiyyətlərin mübarizəsində sonuncusu inamla qalib gəlir...”
Xatırladaq ki, bir müddət öncə Ermənistan prezidenti Armen Sarkisyan da oxşar fikirlər səsləndirərək ermənilərin tarixən, o cümlədən qondarma 1915-ci il “soyqırımı” ərəfəsində dünya super güclərinin əlində alət olduğunu etiraf edib.
Sultan Laçın