Rusiya XİN:  Vaşinqtondakı hadisələr göstərdi ki, ABŞ-ın seçki sistemi arxaikdir, müasir standartlara cavab vermir
1106
07 Jan 2021 | 15:52

Rusiya XİN: Vaşinqtondakı hadisələr göstərdi ki, ABŞ-ın seçki sistemi arxaikdir, müasir standartlara cavab vermir

“Vaşinqtonda baş verənlər ABŞ-ın daxili işidir”.

APA-nın Moskva müxbirin verdiyi məlumata görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Vaşinqtondakı hadisələrə münasibət bildirərkən deyib.

“Bu, ABŞ-ın daxili işidir. Vaşinqtondakı hadisələr göstərdi ki, ABŞ-ın seçki sistemi arxaikdir və müasir standartlara cavab vermir, pozuntu üçün imkanlar yaradır. Dost Amerika xalqına öz tarixlərindəki bu dramatik anları layiqli yaşamağı arzulayırıq”, - deyə Rusiya XİN rəsmisi vurğulayıb.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər