Bizi sosial şəbəkələrdən izləyin:
“İranla Türkiyə arasında anlaşılmazlıq aradan qaldırılıb”.xa0
Bunu İranın Ankaradakı səfiri Məhəmməd Ferazmend “Twitter” hesabında yazıb.
Səfir paylaşımında Türkiyə və İran XİN başçılarının dünənki telefon söhbətində yanlış anlaşılmanın aradan qaldırıldığını qeyd edib: "Son zamanlar yaşanan yanlış anlaşılma aradan qaldırıldı və hər iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsi, daha da gücləndirilməsinin önəmi vurğulandı”.
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Təyyib Ərdoğanın dekabrın 10-da Bakıda çıxışı zamanı səsləndirdiyi şeyirə İran XİN-də siyasi xarakter verilib. Bununla bağlı dekabrın 11-də Türkiyənin Tehrandakı səfiri XİN-ə çağırılaraq izahat tələb olunub. Ardınca isəxa0 İranın Ankaradakı səfiri Məhəmməd Ferazmend Türkiyə XİN-ə çağırılaraq bunun yanlış anlaşılma olduğu bildirilib.xa0
Lakinxa0 İran mətbuatında Türkiyə prezidentinin əleyhinə ifadələr yer alan yazılar dərc olunub, eləcə də Türkiyənin Təbrizdəki konsulluğu qarşısında R.T.Ərdoğan əleyhinə şüarlar səsləndirilib. İran parlamentinin 286 millət vəkilindən 225-i Türkiyə prezidentini qınayıb.xa0
Dünən Türkiyə XİN başçısı Mövlud Çavuşoğlu İran XİN başçısı Cavad Zərifə telefon danışığında yanlış anlaşılmanı siyasiləşdirməyə və Ərdoğana qarşı edilən yolverilməz davranışlara ciddi etirazını bildirib.