“Heç vaxt Qarabağda, Şuşada olmamışam, həmişə eşitmişəm, amma arzulayırdım ki...
Cəmiyyət
3511
25 Nov 2020 | 23:14

“Heç vaxt Qarabağda, Şuşada olmamışam, həmişə eşitmişəm, amma arzulayırdım ki..."

“Qəlbimiz fəxarət hissi ilə doludur, çünki bu günləri 30 ildir ki, gözləyirik. Mən və mənim kimi bütün Azərbaycan xalqı xoşbəxtdir ki, artıq işğal olunmuş torpaqlarımız azad olunub. Əlbəttə ki, heç bir müharibə itkisiz olmur, bütün şəhid analarının qarşısında baş əyirəm. Şəhidlərimizin şəhadəti mübarək olsun. Bir ananın nələr çəkdiyini  ananın özündən başqa heç kim bilə bilməz. Mən Azərbaycanın Qusar bölgəsindənəm, milliyətcə ləzgiyəm. Ləzgilərdən də, bizim kəndimizdən də çox şəhidlər var. Allah onların da ruhunu şad etsin” 

Bu sözləri Moderator.Az-a açıqlamasında Yuğ Teatrının aktrisası, teleaparıcı Zümrüd Qasımova bildirib. Aktrisa işğaldan azad olunan torpaqlarımızı görməyə səbirsizləndiyini bildirdib.
“Mənim 38 yaşım var, heç vaxt Qarabağda, Şuşada olmamışam. Həmişə eşitmişəm. Arzulayırdım ki, oraları gedim-gəzim. Sevinirəm ki, Allah bizə bu günləri yaşatdı. O torpaqlara getmək üçün günləri sayıram. Çox istərdim ki, bir sənətçi kimi  gedib orda festivallarda tamaşalar oynayım” deyə Zümrüd Qasımova bildirib.


Link kopyalandı!
Son xəbərlər