Sabahdan Xankəndi-Laçın-Gorus yolu da  ermənilər üçün açılacaq?..
Gündəm
11949
16 Nov 2020 | 21:19

Sabahdan Xankəndi-Laçın-Gorus yolu da  ermənilər üçün açılacaq?..

Rusiya sülhməramlı qüvvələrinin komandanı general-leytenant Rustam Muradovun verdiyi məlumata görə, sabah 17 noyabr saat 10:00-dan  Xankəndi-Laçın-Gorus avtomobil yolu  ermənilər,  o cümlədən qondarma separatçı-terrrorçu erməni rəhbərliyi üçün etibarlı şəkildə işə başlayacaq. 

Moderator.az xəbər verir ki,  Xankəndindəki separatçı nəşrlərin yaydığı məlumata görə, Araik Arutyunyan bu barədə “Facebook” səhifəsində açıqlama verib. 

Separatçı rəhbər söyləyib ki, əldə edilən razılığa əsasən Ağdərə-Kəlbəcər-Göyçə magistral yolu da ən azı 25 noyabradək Laçın yolu ilə paralel işləyəcək.

 "Rusiya sülhməramlı qüvvələrinin komandanlığı “Artsax Respublikası”nın rəsmiləri ilə əməkdaşlıq edərək Artsax əhalisi ilə xarici aləm arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyini təmin etmək üçün hər cür səy göstərir, artıq vətəndaşlarımız özlərini təhlükəsiz hiss edə və evlərinə qayıda bilərlər..." -deyə  Gəncəyə ballistik raket atılması barədə əmr verdiyini həyasızcasına etiraf edən, Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən axtarışa verilmiş,   qondarma separatçı-terrorçu rejimin rəhbəri söyləyib.

Sultan Laçın 

Link kopyalandı!
Son xəbərlər