“Ermənilərin Qarabağda partizan müharibəsi aparmağa  nə cəsarəti, nə də imkanı çatar...”
Gündəm
5369
05 Nov 2020 | 13:57

“Ermənilərin Qarabağda partizan müharibəsi aparmağa  nə cəsarəti, nə də imkanı çatar...”

Canlı qüvvə  və texnika baxımından öz vətəndaşları üşün dəhşətli itkilərə məruz qalmış Ermənistan ordusu Azərbaycan ordusunun  gözlənilməz və ağır zərbələri qarşısında artıq pərən-pərən düşüb. Komandir heyəti çaş-baş qalmış bu işğalçı və terrorçu qurumun tör-töküntüləri yalnız meşələrə, dağ-dərələrə dağılmış kiçik qruplarlarla ordumuza uğursuz diversiya hücumları edə bilir. Məğlub olduğunu etiraf etmək istəməyən işğalçı ölkənin səfil Paşinyan hakimiyyəti isə erməni cəmiyyətində belə bir təəssürat yaratmağa çalışır ki, terrorçu ordu Qarabağdan çıxmayaraq Ermənistandan zorla göndərilən “könüllü”lərlə birgə uzunmüddətli partizan müharibəsi aparacaq...
Mövzu ilə bağlı Moderator.az-a açıqlama verən  tanınmış Qarabağ qazisi, dağ-meşə döyüşlərində xüsusi təcrübəyə malik keçmiş tabor komandiri, istefada olan  mayor Gəray Əsədov həm hərbi, həm iqtisadi-sosial cəhətdən  miskin durumda olan qəsbkar ölkədə səslənən bu iddianı gülünc adlandırıb.
“Düzdü, hazırda erməni ordusunun tör-töküntüləri orda-burda, dağda-meşədə Milli Ordumuza qarşı nəticəsiz hücumlar edir. Təbii ki, bunların qarşısı igid hərbçilərimiz tərəfindən asanlıqla alınır və belə döyüşlərdə düşmənlərimiz ağır itkilər verərək qaçmağa üz qoyurlar. Geri çəkildikcə yolları, çölləri minalayır, meşələrdə tələlər qururlar. Ancaq bunu hər yerdə edə bilmirlər. Çünki bütün keçidləri, yolları  minalamağa ermənilərin nə vaxtı, nə də imkanı çatır. Ona görə ki, bunlar Azərbaycan ordusunun cəsur, qorxmaz əsgəri və mükəmməl, müasir texnika və texnologiyaları qarşısında, sadəcə, başlarını götürüb qaçmağa başlayırlar.  Məhz bu baxımdan da Ermənistan hərbçiləri və “könüllü” adlanan başıpozuq dəstələrin  Azərbaycan ordusunun  tamamilə nəzarətinə keçməkdə olan torpaqlarımızda partizan hərəkatı aparmağa nə cəsarətləri, nə də iqtisadi imkanları çatacaq. Çünki II  Cahan savaşından da bəlli olduğu kimi, hər hansı bir dövlətə və onun nizami ordusuna qarşı partizan hərəkatı aparmaq üçün onun arxasında iqtisadi baxımdan güclü dövlət və qüvvətli ordu və ən başlıcası, qələbəyə sarsılmaz inamı olan xalq dayanmalıdır. Və qəsbkar Ermənistanın əhalsinin də, dövlətinin də, iqtisadiyyatının da, ordusunun da miskin, səfil, acıncaqlı durumu göz qabağındadır”- deyə peşəkar hərbçi vurğulayıb.

Sultan Laçın

Link kopyalandı!
Son xəbərlər