“Rayon qəzetlərimizin nəşri bərpa edilməlidir” –  “Onların yazdığını heç kim yaza bilməz!”
Gündəm
3230
26 Oct 2020 | 10:14

“Rayon qəzetlərimizin nəşri bərpa edilməlidir” – “Onların yazdığını heç kim yaza bilməz!”

BDU-nun Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri, professor Cahangir Məmmədli Moderator.az-a açıqlamasında maraqlı təkliflə çıxış edib. Çap mediasının qorunub saxlanılmasının vacibliyinə toxunan professor, rayon qəzetlərinin bərpasının zəruriliyinə diqqət çəkib, bunun üçün hər cür dəstəyə hazır olduğunu bildirib:

 

“Belə bir fikir var ki, ənənəvi media, çap mediası guya öz dövrünü bitirmək üzrədir. Amma belə deyil. Mən qəzetlərimizə baxanda görürəm ki, qəzetlərimiz bu günün tarixini yazırlar. Amma bir məsələ var ki, bu günün tarixini daha çox yerlərdə nəşr olunan qəzetlər yazacaq. Bu gün bizim azad edilən rayonlarımız – Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı və s. rayonlarımızdakı qəzetlərin yazdığı faktları, gördüyü həqiqətləri heç kim onlar qədər görüb yaza bilməz. Mən çox arzu edirəm ki, əlaqədar qurumlar bu qəzetlərin çapına dəstək versin. Mən prezidentimizə müraciət edirəm. Bu qəzetlər öz işlərini bərpa etsinlər. Rayon qəzetləri ilə bağlı problem yaranmasın. Mən bu qəzetlərin çapına öz maaşımdan belə pul ayırmağa hazıram. Hər köməyə hazırıq ki, bu qəzetlər öz yerini tutsun və onların çapı dayanmasın. Onların nəşrinin bərpa edilməsi vacibdir və inanıram ki, yaxın gələcəkdə biz bu istiqamətdə ciddi yeniliklərə şahid olacağıq”.

 

Seymur ƏLİYEV

Link kopyalandı!
Son xəbərlər