Siyasət
4551
25 Aug 2020 | 15:38

"Göyçə gölünə ermənilər qayğı göstərməyib, əksinə, murdarlayırlar..."

Dünyada ən gözəl göllərdən biri Göyçə gölü sayılır. Onun  sahəsi 1200 kvadrat kilometr olsada dəyişgənləyi də təbiət və insanlardan asılı olur. Ən dərin yeri 83 və orta dərinliyi 28 metrdir. Bu gölə bulaqlardan 28 çay axır. Suyu iyul-avqustda 17-19, yanvar aylarında 1-2 dərəcə olur. Gölün ətrafındaki kəndlərin əksəriyyəti 1920-25-ci illərə qədər yalnıız azərbaycan kəndləri olubdur. Azərbaycanlılar gölün qorunmasına və ona doğma münasibət göstərilməsi ənənələri ilə tərbiyə olunub, yaşayıblar. Ən şəffaf suyu olan Göyçəyə yalnız qayğı göstərilmiş, su israfçılığına yol verilməmiş, hər bir damla suyuna qənaətlə yanaşmışlar. 
İrəvan torpağında Ermənistan adlı respublika yaranandan sonra Göyçə gölünə xəyanət edilməyə başlandı. Göyçə gölü ətrafındakı azərbaycanlıların tələbi ilə Dövlət tərəfindən onun qorunması tələbi başlandı. Az sonra rəsmi qərarlarda qəbul olundu. Lakin bunun heç bir köməyi olmadı. Əksinə 1920-ci illərin sonunda öz təbii axarı ilə axan Zəngi (Razdan) çayı üzərində su-elektrik stansiyasının tikilməsi planlaşdırıldı. Göyçə gölünün bədbəxt günlərinin təməli qoyuldu. 1930-cu ildən Sevan SES-in tikintisinə başlandı və 1960-cı ildə bütün tikintilər yekunlaşdı. Göldə su azalmağa və sahilləri sürətlə kiçilməyə başladı, balıqçılıq yox olmaq təhlükəsi ilə üzləşdi. Ermənilər gölə vəhşicəsinə münasibətdən əl çəkməyib Ararat vadisinədəki torpaqları Göyçə gölünün bulaq suları ilə suvarmağa da başladılar. 
1920-ci ildə yəni onun suyunu boşaltmıyana qədər Göyçə gölündə tək bir ada var idi. Təxminən 20 il ondan sonra bu ada tədricən yarımadaya çevrilmişdir. Adanın yarımadaya çevrilməsi Göyçə gölünün səviyyəsinin aşağı düşməsinin sübutu və ermənilərin biganə münasibətinin bariz nümunəsidir. 1916 metr dəniz səviyyəsi hündürlükdə olan Göyçə gölündən Zəngi çayı əsrlər boyu öz təbii axarı ilə axıb getmişdir. Hazırda isə Göyçə gölü əvvəlki təbii səviyyəsindən 15-16 metr aşağı düşmüşdür. Ermənistan sövetləşib, Göyçə erməniləşdiriləndən sonra bu gözəl göl pis günə düşməyə başladı. 1960-cı ildə gölün səviyyəsi 13 metr aşağıya düşəndə ermənilər gec də olsa təhlükə ilə üzləşdiklərini dərk elədilər. Belə ki, hər bir santimetr suyun səviyyəsinin aşağıya düşməsi min və milyonlarla kubmetr su itkisi deməkdir. Bir ildə Ararat vadisindəki torpaq sahələrini suvarmaq üçün 40 sm suyu Göyçədən götürmək lazım gəldi, göl qurumağa başladı. Odur ki, 1960-cı ildə Göyçə gölü təxminən 40 faiz suyunu itirdi. Gölü xilas eləmək üçün yollar axtarılırdı. Bu vaxt Azərbaycan ermənilərə gömək elədi və Arpa çayı Göyçəni qurumağdan xilas etdi. Xruşşovun imzası və Sovetin pulu hesabına 49 km uzunluğunda Arpa-Sevan tuneli qazıldı. Buna baxmayaraq vəziyyət daha da pisləşdi. Çünki ermənilər Göyçə gölünə qayğı göstərmədilər. Dəfələrlə tuneldə qəzalar oldu, Arpa çayının suyu Göyçəyə axmadı. Göl yenə də acınacaqlı vəziyyətə salındı. 
Ermənistan müstəgil olandan sonra başlandı xaotik vəziyyət və pis münasibət. Göyçə gölü sahillərində müxtəlif tipli villalar, binalar-tursit obyektləri, şəxsi evlər, donuz damları, quş fermaları və tövlələr tikilməyə. Ermənilər bir daha sübut elədilərki Göyçənin qədrini bilmirlər. Bir şox kanalizasiya, zibil və çirkab sular sürətlə heç bir sanitariya normaları gözlənilmədən gölə axıdıldı. Sahillərin çox hissəsi respublika rəhbərləri, yüksək rütbəli zabitlər, orta təbəqəli məmurlar və digər imkanlı insanlar tərəfindən özəlləşdirildi. Onlar tərəfindən çox uzun və hündür hasarlar çəkildi ki, kənardan-yoldan Göyçəyə baxmaq mümkün olmadı və gölün mənzərəsi itdi. Çimərliklərin çox hissəsi zibilxanaya çevrildi. Hökümətə məxsus olan bütün çimərliklər isə üfünət və tullantırar içərisində itib, batdı. Sahildə gəzmək, qəzetlərdə yazılana və efirlərdə deyilənə görə, qeyri mümkün vəziyyətə salınıb. Sahili özəlləşdirən sahibkarlar 99 illik müqavilə ilə sahili aldıqları üçün istədikləri kimi antisanitar və yaramaz günə salıblar. Bəzi sahillərdə şirin su olsada belə insanlarla birlikdə mal-heyvan və donuz çimizdirirlər və buna adi hal kimi baxılır. Zibillənmə o həddə çatıb ki, bəzi yerlərdə yeni qamışlıqlar, bataqlıqlar yaranıbdır. Vaxtilə ən gözəl sayılan sahillər isə indi aylarla zibillərdən təmizlənməmiş və müdafiəsiz qalır. “Pinti turizm” səviyyəsi o həddə pisləşibdirki, buraya bir dəfə gələn turist təkrar gəlmək istəyində olmur. Zibillənmə, antisanitariya və suyun çirkləndirilməsi elə bir pik vəziyyətə çatdırıldıki, Göyçədə 2018-ci ildə çiçəklənən bəzi bitkilər görünməyə və mamırlaşma başladı. Suyun səviyyəsi düşdükcə mamırlaşma daha da çoxaldı. Göldən suvarma üçün su SES və Aparat vadisinə buraxıldıqca mamır daha da artdı. Su daha çox iy və pis qoxu verməyə başladı. Halbu ki bu sudan daim biz stəkanla su içərdik. 
Pis rəhbərlik və qayğısızlıq nəticəsində balıqlar da göldə xeyli azalıbdır. Sovet mütəxəssislərinin dəfələrlə apardıqları araşdırmalar göstəribki, norma üzrə bu göldə 20-25 min ton balıq olmalı idi. Bu rəqəm hazırda 100 tonlara endirilib, yəni balıq ovlanıb, talan edilibdir. Göyçə gölünə axıb, tökülən ən qiymətli çay balıqları da yox olur və təmiz bulaq suları da çirkab vəziyyətə salınır. Turistlər danışırlar ki, göl süyu elə pis vəziyyətə qoyulub ki, buradaki suyun üfünətini xeyli uzaqdan belə hiss etmək olur. Göyçə gölündə olan qızıl balıq artıq qırmızı kitaba salınıb, çünki vəhçicəsinə onun ovu edilibdir. Erməni “alimləri” başqa balıqları da suya tökdüklərindən qızıl balıq kürülərini onlar yeyib, yox ediblər. Göyçə gölü ağır vəziyyətdən xilas edilməzsə göl öz varlığını çox az bir zamanda itirəcəkdir. Ermənilər Göyçəyə gözəllik verən Ardanış və Şorça hissələrini də  yaramaz vəziyyətə salıblar və bunu gizlədə də bilmirlər. Əgər Göyçə gölü qışda 1-2 metrə qədər buz örtüyü ilə örtülməzsə onun quruması intensiv gedə bilər. Nədənsə, bəlkədə qəsdən olaraq, bəlkədə düşünülmüş olaraq Göyçəni qorumaq əvəzinə məhv edirlər. Göyçənin nə suyu, nədəki balığı şüurla və qayğı ilə istifadə edilmir, ona vicdansızcasına və düşməncəsinə münasibət açıxca görünür. Ermənilər onu qoruya bilmirlər. Ona ogeylik edib, murdarlayırlar. 1920-ci illərdən sonra gölə atılan yüzlərlə xırda gəmi və lodkalardan tökülən neft çıxarları və çirkablar suyun səthində “parıldayır”. Sahildə limanabənzər uyğunsuz tikintilər öz eybəcərliklərinə görə gözdən yayınmır. 1950-ci ildən sonra sahidə əkilən kollar-ağaclar isə bəzi yerlərdə çürüyüb, suyun içərisində qalıblar və sahil öz əsl təravətli sifətini itiribdir. Bütün bu iyrəncliklər, antisanitariya və antiekoloji münasibətə görə xarici turistlər içərisində istirahətini yarımçıq qoyanlarda var. Daxili turizm isə get-gedə azalır. Göyçə gölü fəlakətlə üzləşib, beynəlxalq təşkilatlar bu məsələyə mütləq və ciddi qarışmalıdırlar. 
Göl ətrafında məskunlaşan azərbaycanlılar Göyçə gölünü müqəddəs bilirdilər. Onu qoruduqları barədə bəzi məqamları yada salmaq lazım gəlir. Gölün suyu o qədər zülal və təmiz idi ki, orada çimməyi belə çox zaman rəva bilmirdilər. Uşaqlar, ya gənclər həvəs edib, çimmək  istəyəndə onu hamamda çimdirib, sonra gölə buraxardılar ki, onun təri suyu çirkləndirə bilər. Uşaqlar göldə çimərkən onlara tapşırırdılar ki, gölün suyuna tüpürmək günahdır. Çünki hamı göl suyundan içirdi və bulaqların suyu qarışdığına görə xüsusi şirin tam verirdi. Gölün ətrafındakı azərbaycanlı kəndlərinin sakinləri mal-heyvanın göl suyundan içməsinə çalışırdılarki imkan verməsinlər. Qışda təndirdən-sobadan çıxan külü göl tərəfə atmazdılar ki, külək aparıb suyu çirkləndirə bilər. Balıq tutmaqda o qədər dəb deyildi. Çox vaxt deyirdilərki, qızıl balığı-isxanı tutmaq günahdır. Elə ona görə də çox iri, 3-4 kiloqramdan da ağır olan balıqlar da göldə görünürdülər. Suyun üzərində bir yarpaq, bir kağız qırığı belə görmək qeyri-çümkün idi. Kəndlərdə tikilən evlər göldən, onun sahillərindən xeyli aralı tikilirdi. Suyun şəffaflığına xələl gətirə bilən hər şeyə diqqət yetirilirdi. Gölün sahillərində yeməkxana, kafe və digər iaişə obyektləri yox idi və tikmək olmazdı. Gölün suyundan götürüb çay qaynatmaq istəyənlər sahildə başmaqlarını çıxardıb sonra göldən su götürürdülər. Gölə yaxın ərazilərdə ağac əkməzdilər ki, onun yarpağını və çöplərini külək apaırıb gölün suyuna atar-ziyan vurar. Hətta yağlı qabları da göl suyunda yumazdılar ki, suyun şəffaflığına ziyan gətirər. Bir sözlə Allah yaradan Göyçə gölünü hər bir azərbaycanlı göz bəbəyi kimi qoruyurdu. Onu təbiətin insanlara bəxş etdiyi təravətdə saxlaya bilirdilər. Və belə bir yöndə də bütün nəsillər tərbiyə edilərdilər.
Qısada olsa azərbaycanlılaırn doğmalıq etdiyi, qoruyub saxladığı və ermənilərin “sahibləndiyi”, bəhrələndiyi Göyçə gölü barədə bilib, görüb, eşidib, əfsuslandığımı yazmaq istədim. Allah Göyçəni erməni vəhşiliyindən və terrorundan xilas etsin. 
 
İstiqlalcı deputat
Maksim Musayev
Link kopyalandı!
Son xəbərlər