Bizi sosial şəbəkələrdən izləyin:
Azərbaycan Respublikasının işğal altındakı 13 min kv.km-lik ərazisində Rusiya imperiyası, eləcə də çoxüzlü Avropa və ABŞ-ın dəstəyi ilə qondarılmış separatçı-terrorçu rejimin başçısı Arayik Arutyunyan müstəqil (!) dövlətimizə qarşı növbəti həyasız bəyanatla çıxış edib.
Moderator.az xəbər verir ki, işğalçı ölkə saytlarının yaydığı məlumata görə, qondarma lider erməni gənclərlə ənənəvi ocaq başındakı söhbətində Xankəndinin Azərbaycan tərəfindən atəşə tutulması halında qanunsuz erməni “müdafiə ordusu”nun mümkün cavab tədbirləri barədə çərənləyib.

"Kirovabad(Gəncə-S.L.) bizim hədəfimizdədir. Əgər Stepanakertə bir mərmi və ya bomba atmağa cəhd etsəniz, cavabını Kirovabadda alacaqsınız"- 30 ildir qəti cavab almadıqlarından gündən-günə həddini aşan separatçıların rəhbəri A. Arutyunyan Azərbaycanı bu şəkildə hədələməyə cəsarət edib.
P.S. İşğalçılar son 25-30 ildə Azərbaycan dövləti və ordusundan sərt və həlledici cavab alsaydılar, bu dığa bu qədər həddini aşmazdı...
P.P.S. İşğalçı və separatçıları birdəfəlik susdurmağın yolu yalnız Türkiyə ilə birləşib güvəndikləri güclərə güc göstərməkdir...
Sultan Laçın