Araşdırma
9359
10 Jun 2020 | 14:19

"Qələbə bizimdir - məğlubiyyətlərimiz isə Bakıdakı satqınların...”

Bu günlərdə köhnə 25-30 illik kitab-qəzet arxivimixa0 arayarkən gözüməxa0 yenə də 2009-cu ildə bir dostumuz vasitəsilə əldə etdiyim bir kitabınxa0 siqnal nüsxəsi sataşdı.xa0 Tanınmış Amerika araşdırmaçı jurnalisti Tomas Qoltsun “Azərbaycan xronikası” adlı sənədli əsərinin Azərbaycanca nəşri... Həmin kitabın təqdimatıxa0 2016-cı ildə ADA-da “Azərbaycan gündəliyi: Dəliqanlı jurnalistin müharibənin dağıntılarını yaşamış neftlə zəngin postsovet ölkəsindəki sərgüzəştləri” adı altındaxa0 keçirilib.xa0 1991-ci ildə müstəqil Azərbaycanda ilk əcnəbi jurnalist kimi qeydiyyatdan keçərək XİN informasiya şöbəsinin direktoru Fəxrəddin Qurbanov(hazırda Xorvatiyada səfir) tərəfindənxa0 0000001 saylı ilk mətbuat kartı verilmiş Tomas Qoltsdan söhbət gedir. Bu ABŞxa0 jurnalisti 1991-ci ilin yayından bəri Azərbaycanda yalnız Bakıdakı və Qarabağdakı, hətta Naxçıvandakı bir sıra önəmli olay və proseslərin şahidi olaraq media mənsubu kimi fəaliyyətxa0 göstərməyib. T.Qolts, həmçinin, bilavasitə ictimai-siyasi aktlara müdaxilə edərək Rusiyadan ayrılan(!) müstəqil dövlətçiliyimizinxa0 formalaşmasına da öz töhfələrini(!) verib. Bunu o, özü kitabında da etiraf edir...xa0
Ötən il tanınmış Amerika araşdırmaçısının Azərbaycanın yaxın tarixində baş vermiş olaylar barədəki xatirələrindən bəzi parçaları vermişdik... Bu dəfə Moderator.az oxucularına Tomas Qoltsun 4 iyun Gəncə hadisələrindən sonrakı təxminən bir ay ərzində Azərbaycanda şahidi olduğu olay və proseslər barədəkixa0 gündəlik qeydlərindən ən maraqlı epizodları nəzərinizə çatdırmağa çalışacağıq... Yəqin ki,xa0 Azərbaycan daxilində heç bir siyasi qüvvəyə birbaşa bağlılığı olmayan əcnəbi jurnalistinxa0 Azərbaycan xalqının və dövlətinin taleyində həlledici rol oynamış həmin olaylar barədəki tərəfsiz olmalı olan fikirləri oxucular üçünxa0 maraqlı olar.xa0




“Biz 104/709-cu kazarmalar ətrafındakıxa0 döyüş meydanlarına baxmaqdan ötrü icazə istədik. Bu, filmlərdəxa0 göstərilən dəhşətli mənzərəni xatırladırdı: baş qərargahın özünün toxunulmaz qalmasına baxmayaraq yanğın binanın yataqlar olan arxa hissəsini tamamilə məhv etmişdi. Belə bir təəssürat yaranırdı ki,xa0 kimsə tamaşa üçün kazarmaları yandırıb...xa0xa0

Hər yerdə dustaqların olduğu tam həqiqət idi. Surət Hüseynovun qərargah rəisi polkovnik Eldar Əliyev bizim qarşımızda qorxuya düşmüşxa0 cavan dustaqların bir neçəsinin üstünə cumdu. “Sizin əlləriniz qardaşlarınıza qarşı necə qalxdı?! - soruşan polkovnik Əliyev gözyaşları yanaqlarından üzüaşağı axa-axa qorxudan başlarını itirmiş gənc əsgərləri otağın bir küncündənxa0 o biri küncünədək şapalaqlayaraq qışqırırdı. Orduya yeni çağırılmış bu əsgərlər bizim kameralara baxaraq Elmiranın mikrofonuna and içirdilər ki,xa0 onları aldadıblar... Əsgərlərin komandirləri deyibmiş ki,xa0 onlar 709-cu alayın qəhrəmanlarına atəş açmağa yox,xa0 Murovdağın başına- erməni yaraqlılarıyla döyüşməyə gedirlər...

Mən xahiş etdim ki,xa0 nəqliyyat vasitələrini.xa0 saxlanıldığı yeri göstərsinlər. Ora mübaliğəsiz ağır texnika ilə dolu idi - onlarla tank, “Qrad” tiipli raket sistemləri...xa0

“Bunların hamısı döyüşməyə iqtidarı olmayan hökumət qüvvələrindən müsadirə edilib”- Surətin mətbuat katibi Aypara Əliyev belə dedi.xa0 Lakin maşınlara cəld nəzər saldıqda aşkar oldu ki, onların yalnız bir qismində hökumət nişanları var.xa0 Üstəlik, onların çoxununxa0 Azərbaycanı bir-iki həftə öncə tərk etdikləri güman edilən rusların 104-cü hava desantı alayına məxsus olduğu bilindi...

Bəli, hadisələrin “Surət” versiyası ilə düz gəlməyənxa0 və ziddiyyəti çox elementlər vardı. Lakin onların hamısı emosional bir ittihamın içərisində öz əhəmiyyətini itirirdi - hökumət qardaş qırğını üçün məsuliyyət daşıyırdı. Bu lənətlənmə müxtəlif formalarda yenindən və yenidən hey təkrar edilirdi: “Hökumət qardaş qırğınında günahkardır, hökumət Azərbaycanın 70 ən vətənpərvər övladının ölümü üçün məsuliyyət daşıyır...”

Bu mantra Aypara tərəfindən yenidən və yenidən təkrar olundu.xa0 70 şəhid! Yaxşı, bəs cəsədlər hanı? Biz xəstəxanaları və meyitxanaları gəzdik;xa0 heç bir yerdə cəsəd deyilən şey yox idi. Gəncənin əsas məscidinin axundu etiraf etdi ki, o, yalnız 4 cəsəd görüb – onlar da iyunun 4-də həlak olmuş hərbçilər imişlər...

Onlardan biri kapitanxa0 Mehman Ələkbərov idi. Bizə belə məlumat verdilər ki, o, Surətin dəstəsində “şəxsən 100-dən çox erməni öldürmüş” məşhur komandir imiş... Həmin səhər o, ağ bayraq apararkən hökumət silahlıları tərəfindən güllə ilə vurulub və şəhərin kənardındakı Şəhidlər Xiyabanındaxa0 hərbi şərəflə torpağa tapşırılmaqdadır. Biz ora tələsdik və emosional bir dəfn mərasiminin şahidi olduq.xa0 Mərasimin ən təsirli anı Mehmanın bölməsinin dizi üstdə çökübxa0 “onun qanını yerdə qoymayacaqları”na and içdikləri zaman oldu...

Yaxşı, bəs digərlərininxa0 cəsədi, yaxud qəbri hanı? Mehmanın son istirahət yerinə yaxın heç bir yeni qəbir yox idi. Artıq nə isə iy verməyə başlayırdı və bu, çürüməyə başlamış cəsədlərin iyi deyildi – bu, onların, ümumiyyətlə, olmaması idi...

...İyunun 6-da Bakıdan ilk “sülh nümayəndəliyi” Surətin baş qərargahında peyda oldu. Onun başında duran Şeyxülislam Allahşükür Paşazadə qara “ZİL” limuzində bir neçə köməkçisi ilə birgə gəlmişdi. Sonra Şadman Hüseynov gəldi – Etibar Məmmədovun birinci köməkçisi(əslində müavini)...xa0 Daha sonra Baş nazirin köməkçisi(əslində müavini-S.L.) Rəsul Quliyev və onun ardınca Mütəllibov erasından salamat çıxmış, Elçibəy erasının icraçısı Abbas Abbasov və yaltaq neo-kommunistlərin bariz nümunəsi, uzun, arıq Rəhim İsazadə(Amerikalı jurnalistin bu ad-soyadı bilərəkdən, yaxud unutqanlıqdan səhv yazdığını demək çətindir. Amma Azərbaycan siyasətində belə bir şəxsin olmamasından arif oxucuya söhbətin əslində kimdən getdiyini anlamaq çətin olmaz- S.L.)...xa0
Koridorda bir-biri ilə söhbətləşənlərin səslərindən Nemət Pənahov və Rəhim Qazıyev olduğu bilinirdi...

Düzdür, başqaları da vardı. Lakin onların hamısını ümumi bir şey birləşdirirdi: çıxış yolu tapmaqdan çox özlərini elə aparırdılar ki,xa0 sanki təmsil etdikləri hökumətin ordusunu acından qıran hərbi diktatoru uğurlu əməliyyatına görə təbrik etməyə gəlmişdilər...

“Surət nə dedi? O, nə dedi?”- hər dəfə 709-cu qərargahdan “sülhməramlı” nümayəndə heyətinin üzvləri çıxanda bayırda dayanıb gözləyən və getdikcə çoxalan jurnalistlər bu sualı verirdilər...

“Vəziyyət yaxşı deyil - cavab gəlirdi, – Surət qəzəblənib. O, İsa Qəmbərlə Pənah Hüseynovun istefasını istəyir...”xa0

“İşlər heç də yaxşı deyil – beş dəqiqə sonra içəri otaqdan çıxan dedi, – Surət tələb edir ki, bütün hökumət istefa versin və Elçibəy xain çıxdığına görə həbs edilsin!..”
.
..Surət ittiham edirdi, Surət tələb edirdi, Surət əmr edirdi... Lakin bunların hamısı ikinci şəxs vasitəsilə verilən məlumat idi – çünki bu adamın özünün izi də görünmürdü...

Mən, ümumiyyətlə, Surətin xarici görkəmini yadıma sala bilmirdim. Onu keçmiş rejimlə assosiasiya olunan şişman neo-kommunist timsahlardan biri kimi təsəvvür edirdim...

(Materialın bundan sonra sonadək olan hissəsi ötən il saytımızda təqdim edilib. Lakinxa0 siz -dəyərli oxucularımız üçün xronoloji ardıcıllığın itməməsindən ötrüxa0 Amerika jurnalistininxa0 Surət Hüseynov haqqında özünəməxsus fikirlərini əsk etdirən həmin epizodu yenidən nəzərinizə çatdırırıq)xa0

“Azərbaycanda var-dövlət korrupsiya ilə, korrupsiya köklüklə səciyyələnir. Və Surət Hüseynov milyonlara kommunist dövründə sahib olduğuna görə, mən belə düşünürdüm ki, o da şişman olmalıdır...xa0
Bu putççunu(qiyamçını-S.L.) görəndəxa0 mən heyrətə gəldim. Bu, üçüncü günün axşamı idi...xa0

Xahişə gəlmiş nümayəndələrin bir qismi belə qərara gəldi ki, mətbuatla görüş Surət üçün yaxşı olar. O zaman Surətin qərargahı Bakıdan və haradansa gəlmişxa0 jurnalistlərlə qaynayırdı...

Bir neçə dəfə təxirə salınandan sonra, nəhayət, bizi kazarmaların içərisində yerləşən otağa saldılar. Böyük masanın arxasında siyahıda olanlar idi: Şeyx Paşazadə(QMİ sədri A.Paşazadə-S.L.),xa0 fəhlələrin lideri Pənahov(Nemət Pənahlı), Abbas Abbasov, Rəsul Quliyev və səhv etmirəmsə, Dr. Şadman(AMİP sədrinin 1-ci müavini Şadman Hüseynov-S.L.).xa0

Masanın başında əyninə iki sıra düyməli,xa0 tünd rənglixa0 kostyum, yaxşı ütülənmiş ağ köynək və konservativ qalstuk taxmış eleqant bir cavan oturmuşdu. Onun fenlə qurudulmuş saçları donmuş kimi tərpənməz görünürdü, üzündə utancaq və səfeh təbəssüm ifadəsi vardı...
Bu idi Surət Hüseynov?..

Bəli, Surət mətbuat üçün özünü nümayiş etdirə bilərdi. Lakin bu o qədər də mətbuat konfransına oxşamırdı. Surətxa0 o qədər anlaşılmaz surətdə danışırdı ki, dedikləri bir-biri ilə rabitəsi olmayan ifadələrdən ibarət idi. Ətrafında olanxa0 yaşlı və təcrübəli şəxslər ona nə demək lazım olduğunu pıçıldayırdılar...

“Sizə kim dəstək verir?”-hadisə ilə əlaqədar Bakı televiziyasından gətirilmiş yaşlı yaltaq jurnalist soruşdu.xa0

“Nə?”- Surət nərildədi.xa0

“Dəstəyiniz, başa düşürsüz, sizə dəstək verən insanlar”- jurnalist gənc fatehin ağzından cavabı qoparmağa çalışdı.

“Xalqdan-xalq...”- Dr. Şadman masanın o biri üzündən pıçıldadı.

“Xalq”- Surət mexaniki olaraq replikaya cavab verdi, - məni xalq dəstəkləyir...”xa0

Onun ortalığa çıxara bildiyi ən uzun cümlə müharibəyə dair suallara verdiyi cavab oldu.

“Milli şərəfimiz yolunda hər döyüşdə qazandığımız qələbə bizimdir. Məğlubiyyətlərimiz isə Bakıdakı satqınlarındır”,-xa0 Surət bəyan etdi. “Ordu bunu bilir, xalq bunu bilir, düşmənimiz də bilir...”

“Bəs Qarabağ?- iti cavab axtarışında olan bir başqa müxbir soruşdu, -xa0 sizin Qarabağa dair mövqeyiniz nədir?”.

Masanın arxasında oturmuş daha kimsə Surətə tərəf əyildi və onun qulağına nə isə pıçıldadı. Nəhayət, o başa düşürmüş kimi gülümsədi.

“Karabax bıl naşim, i budet!”-rusca guruldadı. “Qarabağ bizim olub, həmişə də bizim olacaq”.

Göy gurultusuna bənzər alqış sədaları ucaldı və bununla da mətbuat konfransı başa çatdı...”

(Davamı var)

Təqdim etdi:xa0 Sultan Laçın
xa0

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər