Neftin qiymətlərinin son 5 ildə 2 dəfə yaşatdığı problemlərlə 3-cü dəfə üzləşmək istəmiriksə...
Cəmiyyət
4970
22 May 2020 | 21:15

Neftin qiymətlərinin son 5 ildə 2 dəfə yaşatdığı problemlərlə 3-cü dəfə üzləşmək istəmiriksə...

İqtisadçı professor, keçmiş maliyyə naziri Fikrət Yusifov Moderator.az-a bu dəfəki açıqlamasında ölkənin aktual iqtisadi problemlərinə işıq salıb, çıxış yollarını göstərib:


"Neftin qiymətlərinin son beş ildə iki dəfə yaşatdığı problemlərlə üçüncü dəfə üzləşmək istəmiriksə...

Postpandemiya dövrü Azərbaycan iqtisadiyyatı yeni inkişaf mərhəlləsinə qədəm qoymalıdır. Bunun alternativi yoxdur. Son 5 ildə iqtisadiyyatımız ikinci dəfədir ki, dünya bazarlarında neftin qiymətlərin birdən-birə kəskin ucuzlaşması səbəblərdən tənəzzül yaşamağa məhkum olur. Üçüncü dəfə bu problemi yamamaq üçün gecikmədən ölkə iqtisadiyyatının qeyri-neft sektorunun zəruri artım sürətini təmin edə biləcək xüsusi dövlət proqramı işləyib ortaya qoymalmalıdır. Lakin bu hələ problemin həlli demək deyil. Belə bir proqram o zaman uğurla reallaşdırıla bilər ki, onun gerçək maliyyə təminatı olsun. Bəs bu təminatı necə əldə etmək olar? Ölkənin bütün regionlarında yüzlərlə kiçik və orta müəssisələrin yaradılmasını hədəfləyən Dövlət proqramının maliyyə təminatı üçün valyuta ehtiyatlarının 20%-ə qədərini (təxminən 10 milyard dollar) çəkinmədən bu məqsəd üçün istifadə etmək lazımdır. İkinci yol, ölkə iqtisadiyyatına xarici investisiyaları maksimum cəlb etməkdən keçir. Xarici investisiyaların kütləvi axını o zaman mümkün ola bilər ki, investor bu yatrımlardan daha çox qazanc əldə edə bilsin. Bunun üçün xarici investisiya hesabına qurulacaq istehsal təyinatlı müəssisələri 10 il müddətinə bütün vergilərdən azad etmək lazımdır. Lakin burada yerli müəssisələrin rəqabət qabiliyyətli olmasını təmin edə biləcək zəruri addımlar nəzərdə tutulmalıdı. Üçüncü yol – nəhayət ki, bankların üzünü real sektora çevirməkdir. Bu gün bank sektoru iqtisadiyyatın real sektorunu demək olar ki, kreditləşdirmir. İqtisadiyyatın qeyri-neft sənayesi, kənd təsərrüfatı və tikinti sektorunun kredit yükü 2012-ci ildəki 10,9%-dən,  2019-cu ildə 3,76%-ə qədər azalıb. Bu olduqca ciddi geriləmədir və onun qısa zamanda aradan qaldırılması lazımdır. Biznesin maliyyə vəsaitlərinə əlçatanlığı olmasa, indiyə qədər qəbul etdiyimiz və bundan sonra qəbul edəcəyimiz qərarların, proqramların gerçək nəticələrlə reallaşdırılması mümkün olmayacaq".
Link kopyalandı!
Son xəbərlər