Paşinyan yenə vertolyotla çəkinmədən  Xankəndinə düşdü və Şuşaya yollandı... – FOTO
7359
21 May 2020 | 17:55

Paşinyan yenə vertolyotla çəkinmədən  Xankəndinə düşdü və Şuşaya yollandı... – FOTO

İşğalçı ölkənin Baş naziri N.Paşinyan artıq “en”-ci dəfə müstəqil(!) Azərbaycan Respublikasının sərhədlərini tapdayaraq işğal altındakı Qarabağa gəlib.

Moderator.az xəbər verir ki, erməni saytlarının yaydığı məlumata görə,  mayın 21-də N.Paşinyan arvadı Anna Akopyanla birgə vertolyotda heç bir qorxu-hürkü hiss etmədən Xocalı yaxınlığındakı aeroporta enib. Onu burada separatçı-terrorçu rejimin köhnə rəhbəri Bako Saakyan və arvadı Lilit Saakyan, eləcə də yeni rəhbər Araik Arutyunyan və arvadı Kristina Arutyunyan qaşılayıblar. 

Sonra isə Ermənistan lideri adları çəkilənlərlə birgə Qarabağın yeni “seçilmiş” “prezident”inin təntənəli andiçmə mərasiminə qatılmaq üçün Şuşaya yollanıb.

P.S. Yəqin, ermənilər axşam yeyib-içəndə bizim  boş, nəticəsiz hədə-qorxumuza doyunca güləcəklər... Gerçəkdən elə gülməli, yazıq, biabırçı gündəyik...

Sultan Laçın


Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər