Bizi sosial şəbəkələrdən izləyin:
xa0Alimlər immuniteti gücləndirmək və koronavirusdan qorumaq üçün daha çox maye içməyi məsləhət görürlər.
Moderator.az İsrail mediasına istinadla xəbər verir ki, həkimlər hansı içkinin ağciyərləri koronavirusdan daha yaxşı qoruyacağını söyləyib. Bunun sarıkök kimi tanıdığımız zərdəçalla dəmləmmiş çay olduğu müəyyən edilib. Həkimlər zərdəçalın yalnız isti içkilərə deyil, xörəklərəxa0 də əlavə edilməsini tövsiyə edirlər.
Tədqiqatlar zamanı elm adamları sarıkökün ağciyərləri fibroz, xərçəng, xroniki obstruktiv ağciyər xəstəliyi və allergik astmadan qorumaqxa0 qabiliyyətini təyin ediblər. Həkimlərin dediyinə görə, bu, ədviyyatın tərkibində olan və ağciyər toxumasında iltihabı aradan qaldıranxa0 kurkumin maddəsi ilə əlaqədardır.
Sultan Laçın