Bayrağımız Cıdır düzündəki ən hündür yüksəkliyə sancalan gün o rütbələrin halallığı da verilər...
Cəmiyyət
3154
30 Mar 2020 | 14:06

Bayrağımız Cıdır düzündəki ən hündür yüksəkliyə sancalan gün o rütbələrin halallığı da verilər...

Divarın o üzündən gələn səs...

Sabah – 31 mart soyqırımı günümüzdə ermənilər Qarabağda prezident, parlament seçir. Bilirsiniz bu nəyə bənzəyir?

Təsəvvür eləyin, sizin 5 otaqlı mənziliniz var. Babadan qalıb, ata əmanətidir. O mənzilin ən məhrəm otağını düşmən zorla əlinizdən alıb. Arvad-uşağı qovub çıxaranda qorumağa gücünüz çatmayıb.
xa0
Üstündən 25 ildən çox zaman keçib. Siz düşməndən o otağı geri almaq üçün heç nə etməmisiniz, eləcə, arvad-uşağın yanında səsiniz çıxsın deyə, “Lazım gəlsə, qovaram səni ordan”, demisiniz. Əvəzində divarın o üzündən düşmənin təhdidlərini eşitmisiniz – “O biri otaq da bizimdir”, deyib.
Hələ bu harasıdır, kefi istəyəndə orda kef məclisləri də təşkil edir, dişin bağırsağını kəsir, qorxundan susmursan. Evin kişisisən, o səslərin evində eşidilməsinə dözmürsən…
xa0
Dözmürsənmi?!
xa0
Biz şərqliyik. Başçılarımızı kişi gözündə görürük: fərq etməz evin başçısı ol, ya ölkənin.
xa0
31 mart soyqırımı günü ermənilərin Qarabağda prezident, parlament seçməsi öz evində düşmənin sənə bax o cür meydan oxuması, arvad-uşaq yanında səni təhqir etməsi kimidir!
xa0
Ölkəsinin beşdə birini işğal edən düşmənin həqarətinə dözməyə gərək ali baş komandan da, generalları da.
xa0
***
Qarabağlı kişilərdən Cərimə Ordusu yaradın!
xa0
Minlərlə könüllü yazılar, yaşlılarımız daha həvəslə qoşular bu orduya.
xa0
Sonra bizi Qarabağa yollayın. Düşmən qabağına ət kimi, cəmdək kimi atın. Stalin Moskvanı, Stalinqradı “insan ətiylə” xilas edən kimi. Bizi sipər eləyin! Minalı sahələrə buraxın bizi! Düşmənin atəş nöqtələrini leşimizlə örtün!
xa0
Vallah ciddi sözümdür! Bir qırıq da pafos qatqısı yoxdur sözümün!
xa0
Təkrar-təkrar ölmək əzabından xilas eləyin bizi…
xa0
…Qabaqda bizim Cərimə Ordumuz getsin, yol açaq, arxamızca neçə-neçə general-polkovnikin orduları gəlsin.
xa0
Soruşmayın, harda, necə aldılar bu rütbələri. Bildiyinizi niyə soruşasınız ki!
xa0
Bizdən sonra general-polkovnik Vilayət Eyvazovun polisləri gəlsə yaxşıdır. Birdən qorxub geri qaçanımız olar, qoymasınlar, döysünlər, güllələsinlər bizi.
xa0
Sonrakı sırada general-polkovnik Zakir Həsənovun qoşunları gəlsin. Kəndləri, şəhərləri azad eləsin!
xa0
Sonra general-polkovnik Kəmaləddin Heydərovun dəstələri gəlib fövqaladə işlərini görsünlər.
xa0
General-polkovnik Elçin Quliyevin sərhədçiləri sonda gələr. Ermənistanla sərhədlərimizdə durarlar.
xa0
“Uf” da deməsinlər ayaqları altında xırçıldayan sümüklərimizə…
xa0
Bayrağımız Cıdır düzündəki ən hündür yüksəkliyə sancalan gün o rütbələrin halallığı da verilər.
xa0
Ordumuz 100 il qabaq Şuşada elədiyi atəşfəşanlığı yenidən təkrarlasın. Səsi bərk çıxsın o atəşfəşanlığın.
xa0
O qədər bərk çıxsın ki, yan otaqdakı ”kef məclisi”nin – 31 mart seçkisinin səsini eşitməsin evdəkilər.
xa0
…Generallarımız eşitsinlər amma…

Vahid Qazi
30 mart 2020
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər