Dünyanı koronavirus təhlükəsinin çulğaması demək olar ki, bütün digər məsələləri arxa plana keçirib. Azərbaycan və Ermənistanın əsas gündəmi olan Dağlıq Qarabağ münaqişəsi də sanki “yaddan çıxıb”.
xa0
Lakin Ermənistan mediasının müşahidəsi göstərir ki, ermənilər yaranmış vəziyyətdən ciddi narahatlıq keçirməyə başlayıblar. Onlar meydanda Azərbaycanla “tək-tənha” qalmaqdan təşvişə düşüblər.
xa0
Moderator.az xəbər verir ki, Ermənistanın “lragir.am” saytı yazır ki, ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşikin bölgədə nəzərdə tutulan bütün monitorinqlərin və birbaşa təmasların təxirə salınması barədə bəyanatından sonra Azərbaycanla Ermənistan faktiki təkbətək və "beynəlxalq nəzarətdən kənarda" qalıb.
xa0
Saytdakı yazıdan məlum olur ki, ermənilər yaranmış şəraitdə Azərbaycanın hərbi əməliyyatlara başlaması ehtimalından narahat olublar. Belə fikirlər digər sosial media vasitələrində də yayılıb: “Koronavirus faktiki olaraq Ermənistanı və Azərbaycanı “tək-tənha”xa0 buraxıb”. Bu fikirlər ermənilərə məxsusdur.
xa0
Lakin məsələyə fərqli yanaşanlar da var. Bəziləri isə hesab edirlər ki, koronavirus ümumi prosesləri üstələsə də, bu, müvəqqətidir və geosiyasi şəraiti dəyişmir: “Bu mənada rəsmi Bakı koronavirusa yoluxmuş dünya üçün əlavə problem yaradarsa, çətin ki, onu bağışlayalar”.
xa0
Görünən odur ki, ermənilər meydanda “təkbətək qalmaq"dan qorxuya düşsələr də, öz havadarlarının dəstəyinə çox arxayındılar.
xa0
Elə bizim təpərimizə də...
xa0
Talehxa0