Fikrət Yusifov Ana Vətən Partiyasından istefa verdi
Cəmiyyət
2162
12 Mar 2020 | 16:25

Fikrət Yusifov Ana Vətən Partiyasından istefa verdi

Sabiq maliyyə naziri, professor Fikrət Yusifov Ana Vətən Partiyasından istefa verib. 

Bu barədə Musavat.com-a açıqlamasında F. Yusifovun özü məlumat verib. O, istefa səbəbini aşağıdakı kimi açıqlayıb:

“Bir müddət öncə mən Ana Vətən partiyasına üzv olduğumu bəyan edəndə cəmiyyətdə ciddi qınaqlarla üzləşdim. Məni yaxından tanıyanlar yaxşı bilirlər ki, həmişə səmimiyəm. Ona görə bu məsələdə də səmimi olaraq etiraf edirəm ki, partiyaya gələndən sonra burada praktik olaraq heç bir ciddi resursun olmadığını görüb, belə bir partiyanın sıralarını dərhal tərk etmək qərarı verdim. Ancaq bunu həmən etmədim - istəmədim ki, partiyanın gözlənilən seçki uğursuzluğunda mənim adım hər hansı bir formada hallansın”.

Fikrət Yusifov söyləyib ki, partiya tərəfindən deputatlığa namizədliyinin Sumqayıt 41 saylı seçki dairəsindən irəli sürülməsindən də imtina edib:

“Bir sözlə, namizədliyin qeydiyyata alınması üçün əsas olacaq imza vərəqələrini belə götürmədən geri çəkildim. Mən Xalq Cəbhəsi hakimiyyəti dövründə ölkənin Maliyyə nazirinin birinci müavini, Heydər Əliyev hakimiyyəti dövründə isə Maliyyə naziri vəzifəsində 6 ilə yaxın çalışsam da, nə Xalq Cəbhəsinə, nə də Yeni Azərbaycan Partiyasına üzv olmamışdım. Şəxsi münasibətlərdən istifadə edərək mənə Ana Vətən partiyasına üzv olmağı təklif edən partiya rəhbərliyi bunu etməzdən öncə öz siyasi məsuliyyətini dərk etsəydi, bu daha düzgün olardı”.
Link kopyalandı!
Son xəbərlər