Ağ Ev rəhbərliyinin Suriyalı müxaliflərə hərbi
dəstək verilməsi ilə bağlı ötən ay verdiyi qərar ABŞ Konqresinin Nümayəndələr
palatası və Senata bağlı kəşfiyyat komitələrinin gizli keçirilən iclasında
təsdiq edildi.
ANS
PRESS-in Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, ABŞ Konqresi
Kəşfiyyat Komitəsinin sədri Mayk Rocers (Mike Rogers), mətbuata verdiyi
açıqlamasında bildirib ki, Ağ Ev rəhbərliyinin Suriya planlarının
müvəffəqiyyətlə işləməsi ilə bağlı narahatlığın olmasına baxmayaraq, komitədə
aparılan müzakirə və araşdırmalardan sonra qarşılıqlı razılaşma əldə edilib.
Qeyd
edək ki, ABŞ prezidenti Barak Obamanın iyun ayında Suriya müxalifətçilərinə
silah yardımı etməsi ilə bağlı qərarı Konqresdə narahatçılıqla qarşılanmışdı. Qərardan
sonra prezident köməkçisi Joe Biden, xarici işlər naziri Conn Kerri ABŞ
kəşfiyyat orqanının rəhbəri Conn Brennan Konqres üzvlərinin bununla bağlı
suallarını cavablandırarkən, narahatçılıqlarını aradan qaldırmağa çalışıblar.