Ramin Əhmədov deputatlığa namizəd oldu  - 16 saylı Seçki Dairəsindən
Cəmiyyət
1171
13 Jan 2020 | 12:15

Ramin Əhmədov deputatlığa namizəd oldu - 16 saylı Seçki Dairəsindən

Azərbaycan Ağsaqqallar Şurası İdarə Heyətinin üzvü, “Türk Dünyası Ağsaqqalları” qəzetinin baş redaktoru Ramin Əhmədov da növbədənkənar parlament seçkilərinə qatılıb. 

O, namizədliyini Yasamal 16 saylı II Seçki Dairəsindən irəli sürüb. 

Bu barədə R.Əhmədov özünün “Facebook” səhifəsində paylaşım edib. Ramin Əhmədovun seçkilərdə iştirakı ilə bağlı paylaşdığı açıqlamanı olduğu kimi təqdim edirik: 

Əziz dostlar! 

Fevralın 9-da keçiriləcək növbədənkənar Parlament seçkilərinə mən də namizəd olaraq qatılıram. Namizəd olub-olmayacağım barədə ünvanladığınız suallara bu günə qədər cavab verməməyimin səbəbi sizə sürpriz yaşatmaq istəyim idi. Rəsmi qeydiyyat vəsiqəsini alacağım günü gözləyirdim. Nəhayət bu gün sənədimizi alıb, 16 saylı Yasamal II Seçki Dairəsindən seçki marafonuna qoşuluram.

Onu da nəzərinizə çatdırım ki, namzidliyimi müstəqil şəkildə irəli sürmüşəm. Əlbəttə, Partiyamıza sevgimiz, YAP adına xidmət etmək həvəsimiz tükənməzdir. Əslində seçkiyə qatılmaq qərarım həm də bu sevgidən və daha böyük xidmətlər göstərmək həvəsindən qaynaqlanır.

Seçkiyə qatılmaqla bağlı qərarımın arxasında dayanan ən əsas səbəb isə sözssüz ki, möhtərəm cənab Prezidentimiz İlham Əliyevin gənclərə ünvanladığı çağırışlardır. “Ümid edirəm ki, gənclər də bu seçkilərə çox fəal qoşulacaqlar. Çünki yeni simalar, yeni ideyalar, yeni yanaşma lazımdır”. Dövlət başçısının bu fikirləri seçkilərdə iştirakla bağlı qərar verməyimdə böyük rol oynadı.

Dövlət başçısının və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə ölkədə aparılan islahatlar bir gənc olaraq məni də ölkənin ictimai-siyasi həyatında və quruculuq işlərində daha fəal iştirak etməyə həvəsləndirir.

Odur ki, dövlətimizin var olması diləyi və Prezidentimizin ölkəmizə yeniliklər yaşadan bənzərsiz siyasətinə dəstək vermək məqsədilə özümüzü seçkidə sınamağa gedirik. İnanıram ki, qərarım sizlərin də ürəyincə olacaq və bu işdə öz dəstəyinizlə yanımda olacaqsınız. 

Dövlətimizə və xalqımıza xeyirli olsun!

b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_ffgfgghhhg.jpg
Link kopyalandı!
Son xəbərlər