Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov haqqında cəmiyyətdə lətifələrin dolaşdığı, qeyri-adi davranışlarıyla hər kəsin heyrətlənməsinə səbəb olduğu yenilik deyil.
Moderator.az-a mətbuatda “Naxçıvan “xan”ı kimi ad çıxarmış Vasif Talıbovun daha bir orijinal qərarı bəlli olub. Sən demə, artıq xeyli müddətdir ki, muxtar respublikada yeni doğulan oğlan uşaqlarına Vasif adı verilməsinə qadağa qoyulub.
Üstəlik, o da bəlli olub ki, muxtar respublikanın müvafiq qurumlarına, incəsənət ustalarına, tanınmış müğənnilərə “Qalmaz belə, qalmaz dünya” mahnısının oxunması da yasaq edilib və buna cəhd edənlərin ciddi şəkildə cəzalandırılacağı bildirilib.
Neynəmək olar, görünür, bu yazını oxuyan hər kəs Vasif Talıbovun belə addımına istər- istəməz “qalmaz belə, qalmaz dünya” deməkdən özünü saxlaya bilməyəcək.