text-align:justify">ASDP sədri Araz Əlizadə Moderator.az saytına açıqlamasında Milli Şuranın Rüstəm İbrahimbəyovun vahid namizədliyi üzərində dayanmasına aydınlıq gətirib.
Partiya sədrinin sözlərinə görə, Milli Şuradakı partiya liderləri öz şanslarını bu dəfə R.İbrahimbəyovun simasında yoxlamağa qərar verib: “Milli Şuraya daxil olan partiya liderlərinin hamısının hörməti R.İbrahimbəyovdan qat-qat aşağıdır. Belə olan halda onlar sinəsini irəli verən R.İbrahimbəyovun arxasında rahatlıqla gizlənirlər. Fikirləşirlər ki, burada itirilməli heç nə yoxdur. Yəni tutdu qatıq, tutmadı ayran. Onların R.İbrahimbəyovun vahid namizədliyi üzərində dayanmasının səbəbi bununla bağlıdır”.
Seymur Əliyev