ADPU-da PETRA layihəsi çərçivəsində yaradılmış “Təlim-tədris və resurs mərkəzi”nin açılışı olub
Cəmiyyət
1141
24 Dec 2019 | 16:12

ADPU-da PETRA layihəsi çərçivəsində yaradılmış “Təlim-tədris və resurs mərkəzi”nin açılışı olub


Dekabrın 20-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “Azərbaycan Universitetlərində tədris və təlimin təkmilləşdirilməsi” (PETRA) ERASMUS+ layihəsi çərçivəsində yaradılmış “Təlim-tədris və resurs mərkəzi”nin açılışı olub. Açılışda Milli ERASMUS+ Ofisinin rəhbəri Pərviz Bağırov və Xəzər Universitetinin İnkişaf Mərkəzinin direktoru Raziyə İsayeva və ADPU-nun rəhbərliyi iştirak edib.

Mərkəzin açılışında giriş sözü ilə çıxış edən universitetin rektoru professor Cəfər Cəfərov qonaqları salamlayaraq mərkəz haqqında məlumat verib və mərkəzə fəaliyyətində uğurlar arzulayıb.

Açılışda qonaqlar Azərbaycan universitetlərinin beynəlxalq layihələrdə uğurlu iştirakından, layihələrin əhəmiyyətindən və əldə olunan nailiyyətlərdən danışaraq Avropa təcrübəsinin Azərbaycana gətirilməsinin ali təhsil müəssisələrimizdə təhsilin keyfiyyətinə müsbət təsiri olduğunu qeyd ediblər.

Daha sonra mərkəzin fəaliyyəti haqqında geniş məlumat verən Beynəlxalq əlaqələr üzrə prorektor Nigar Abbaszadə mərkəzin tədrisin təkmilləşdirilməsinə göstərəcəyi dəstəyi vurğulayıb, ADPU-da texnologiya dəstəkli təhsil mühitinin yaradılmasına şərait yaratmaqda mərkəzin fəaliyyətinin böyük rol oynayacağını qeyd edib.
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər