Fəzail Ağamalı: "Azərbaycan "yox" dediyinə görə Rusiya çalışır ki..." - Müsahibə
Müsahibə
Oxunub: 3941
25 Jun 2013 | 14:29
Fəzail Ağamalı:

O, 1992-1993-cü illərdə prezident olmuş Əbülfəz Elçibəyin tələbəsi, gizli təşkilatının üzvü olub. Həm də prezident Heydər Əliyevin yaxın ətrafında olub. Müstəqil Azərbaycan dövlətçiliyinin iki şəxsiyyəti ilə bağlı, xatirələrinin çox olduğunu deyir. O xatirələrdən birin bizim oxucularımızla bölüşdü. Bundan başqa "prezidentliyə namizəd olacaqsınızmı?" sualına da aydınlıq gətirdi.

Moderator.az Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalının etatist.com-a müsahibəsini olduğu kimi təqdim edir.

- Son dövrlərdə Azərbaycanda siyasi situasiya qütbləşməyə doğru gedir. Milli Şura yarandı, YAP-ın qurultayında prezident çıxış edərkən yeni müxalifətin yaranma zərurəti ilə bağlı mesajlar verdi. Tərəflərin bir birinə münasibətləri hansı şərtlərdə qurulmalıdır?

- Əlbəttə prezident seçkiləri ərəfəsində siyasi proseslərin canlanması, aktivləşməsi gözləniləndir, buna qeyri-adi baxmaq lazım deyil. Qarşıdan prezident seçkiləri gəlir və seçkilərə ən müxtəlif iddialar var. Bu baxımdan təbii ki, bütün partiyaların bu prosesdə fəal olması da görülməkdədir.

Lakin, bu gün Azərbaycanın siyasi politrasında başqa bir mənzərə özünü ifadə edir. Azərbaycanda ənənəvi müxalifət var, müxalifətin müxtəlif qanadları cinahları bu və ya digər şəkildə iradələrini ortaya qoyurlar. Məğlub olurlar və ya parlament seçkilərində müəyyən müvəffəqiyyətlər qazanırlar. Bu gün  iqtidar öz namizədləri ilə parlament və prezident seçkilərində iştirak edir və digər siyasi güclərə nisbətən daha ciddi uğurlar qazanır. Bu Azərbaycanın siyasi politrasında görünən mənzərədir.

Son vaxtlar Azərbaycanda sosial dayağı olmayan Azərbaycan cəmiyyətinin sosial sifarişi kimi meydana gəlməyən bir Milli Şura anlayışı ortaya çıxdı. Milli Şuranın ideyasını ortaya qoyan Rüstəm İbrahimbəyov oldu. Mən bu ideya çıxandan bir müddət sonra müşahidələr, araşdırmalar apardım və müəyyən konturları üzləşdirdim. Nəticə də ondan ibarət oldu ki, bu Milli Şura, kənardan Azərbaycana təhdid xarakteri daşıyan bir ideyadır. Bunun arxasında Kreml dayanır. 

Bu gün Azərbaycan dövlət başçısının həyata keçirdiyi müstəqil xarici siyasət Kremli bir mənalı şəkildə qane etmir. Mən deyərdim ki, ölkə prezidentinin Azərbaycanın dövlət maraqlarına və milli maraqlara söykənmiş olan müstəqil xarici siyasəti heç şübhəsiz millətimiz tərəfindən bəyənilir təqdir olunur. Bu cür siyasət mən deməzdim, təkcə Rusiyanı eyni zamanda digər dövlətləri də narahat edir. Çünki onlar dövlətimizin müstəqil siyasətində öz maraqlarını Azərbaycanda yerinə yetirməyə yol tapmırlar, bütün yollar ölkə prezidenti tərəfindən qapanıb. Azərbaycan dövlətinin başçısı xarici siyasətində ancaq Azərbaycanın maraqlarına xidmət edən xətti yeridir. Hansı dövlət ki, Azərbaycanın milli maraqlarını ziyan gətirə biləcək bir mövqeyini ortaya qoyursa onda ölkə başçısının iradəsi ortalıqda olur və həmin ölkənin maraqlarına xidmət edən və Azərbaycanı aşağılayan Azərbaycanın suverenliyinə ziyan gətirə biləcək hər hansı bir addım qəbul edilmir. Rusiya bu baxımdan Azərbaycana xoş münasibət bəsləmir.

Digər tərəfdən Azərbaycan şimal xətti ilə neftin ötürülməsi ilə bağlı Rusiya təklif edib ki, daha çox "Novorossiyski" xəttinə neft buraxılsın. Bu da Azərbaycanı qane etmir. Çünki Azərbaycanın nefti orda qarışırdı və brendliyini itirirdi. Ondan daha sərfəlisi "Ceyhan" xətti idi. Başqa bir  tərəfdən Azərbaycan Avropada enerji təhlükəsizliyinin təmin olunmasında çox ciddi rol oynayır. Baxın TANAP artıq öz həllini tapdı, arxasından NABBUCO gəlir. Bu iki xəttin çəkilişinə faktiki olaraq Türkmənistanın da qoşulacağı reallığa çevrilməkdədir. Beləliklə bu qaz Avropaya çıxsa artıq Rusiyanın uzun illərdən bəri Avropadakı qaz hegemonluğuna son qoyulacaq. Bu da Rusiyanın maraqlarına mane olur. Ancaq sual doğulur: bəs onda biz qazımızla nə etməliyik? Qazımızı quyularda saxlamalıyıq? - Rusiya dedi ki, bu qazı verin bizə, biz özümüz bunu xaricə çıxaraq. Təbii ki Azərbaycan bunu etmədi.

- Rusiyanın "Supsa” kəmərindən imtinasını necə şərh edərsiniz?

- Bu qarşılıqlı idi, çünki, o bizə sərf etmirdi. Biz ora lazımı şəkildə neft vermirdik. Vermədiyimizə görə də Rusiya deyirdi ki, bunu daha çox verin. Biz də vermirdik deyə, bu cür vəziyyət əmələ gəldi. Rusiya Azərbaycanı Avrasiya İttifaqına cəlb etmək istəyir, Azərbaycan getmir. Rusiya Azərbaycanı vahid Gömrük İttifaqına cəlb etmək istəyir, Azərbaycan yenə getmir.

Ona görə ki, bunun hər ikisi Azərbaycanın iqtisadi inkişafının Rusiyaya birləşdirilməsi və demək olar ki, suverenliyinin ciddi zərbə altına alınması deməkdir. Rusiya çalışır ki, onun rəhbərliyi altında olan Kollektiv Təhlükəsizlik Təşkilatına Azərbaycanı daxil etsin. Lakin, Azərbaycan "yox" dediyinə görə Rusiya çalışır ki, Azərbaycanda elə bir dövlət başçısı seçilsin ki, onun maraqlarını təmin etsin. Bu gün Orta Asiyada Rusiyanın problemi yoxdur. Ukrayna, Belarus, Moldovada da demək olar ki, problemi yoxdur. Ermənistan Rusiyanın "fort postudur". İvanişvili də gəlib oturub Gürcüstanda. Azərbaycana qarşı bu cür təhdidlərdən, bu cür münasibətdən sonra ortaya çıxan Milli Şura oldu. İndi baxın Milli Şuranın aparıcı simaları deyir ki, Milli Şuranın vahid namizədi Rüstəm İmrahimbəyov olacaq. Təsəvvür edin ki, bu adamın Azərbaycanda dayaqları yoxdur. Hansı güclə, hansı sosial dayaqla, sosial müdafiə ilə bu adam hakimiyyətə gələcək? Onun heç vaxt bu baxımdan hakimiyyətə gəlməsi mümkün deyil. Hakimiyyətə gəlməsinin digər variantları ola bilər və təbii ki, bu da Azərbaycanı çox ciddi fəlakətlərə gətirib çıxara bilər.

- Son vaxtlar Rusiyanın Azərbaycanla bağlı olan projelərini 4 iyun hadisələri ilə müqaisə edirlər. Necə fikirləşirsiniz bu doğrudur?

- 4 iyun birmənalı olaraq Rusiyanın projesi idi. Sadəcə, Elçibəyin müdrikliyi onda oldu ki, Heydər Əliyevi Naxçıvandan Bakıya dəvət etməklə bu projeni pozmuş oldu. Baxın görün məsələ bununla dayandımı? - Yox. 1994-cü ildə bir daha Surət Hüseynov Heydər Əliyevin siyasətinə mane olmağa çalışdı. İxtiyarında olan və Rusiyadakı qəzetlər vasitəsi ilə Heydər Əliyevin neft kontraktını bağlanmasına maneçilik törətməyə cəhdlər göstərdi. Heydər Əliyev bunu etdi, amma Surət Hüseynov 1994-cü ilin oktyabrında yenə dövlət çevrilişinə cəhd etdi. Ondan sonra bildiyiniz kimi "Talış Muğan Respublikası" proyekti var idi, o dəf olundu və nəhayət 1995-ci ildə mart qiyamı oldu. Rövşən Cavadovun rəhbərliyi altında bu qiyam oldu və bu artıq son qığılcımlar, son hücumlar idi. Bunun arxasında həm Moskva dayanırdı, həm də burda Türkiyənin bəzi maraqları var idi. Bütün bunların içində Rusiyanın maraqlarında bir məqam xüsusi yer alırdı ki, Azərbaycanda siyasi hakimiyyətdə Rusiyanın dövlət maraqlarına xidmət edən, "Kremlin" tapşırıqlarını yerinə yetirən bir adam olsun. O vaxt Ayaz Mütəlibov idi, indi artıq o ortadan çıxıb. İndi başqa bir qiyafədə Rüstəm İbrahimbəyov "Kreml projesi"nin daşıyıcısı kimi artıq siyasi proseslərə qoşulub. Mən ümidvaram ki, Azərbaycan xalqının iradəsi bu projenin reallaşmasına imkan verməyəcək. 

- Parlamentdə millət vəkili Qüdrət Həsənquliyev tərəfindən fikirlər səsləndirildi ki, ordunun içində hələ də yüksək mövqe tutan, iyun qiyamının iştirakçıları var. Mən sualı ona görə verdim ki, yəni, iyun qiyamı və Azərbaycanın indiki durumu arasında paralellər aparmaq mümkündür?

- Yox. O vaxt Azərbaycan çox zəif idi. Zəif idi deyə Surət Hüseynov 1000-1500 nəfərlik dəstə ilə gəlib paytaxtda otururdu və topların, tankların lülələrini prezident sarayına doğru yönəldirdi. Bu gün Azərbaycan kifayət qədər güclüdür. Yetəri qədər hərbi gücü var. Eyni zamanda dünya da 1994-cü ildəki dünya deyil. Həm də Azərbaycanda son illərdə artıq müxtəlif səviyyəli beynəlxalq tədbirlər keçirilir. Bu gün o gün deyil ki, Rusiya bu yol ilə Azərbaycanda öz maraqlarını təmin etsin və mən hətta bunu da istisna etmirəm ki, buna cəhd edə bilər. İndi Ləzgi xalqından istifadə etməyə çalışırlar, ona da inanmıram. Çünki, Azərbaycanda yaşayan ləzgi xalqının mütləq əksəriyyəti Azərbaycan dövlətinə maraq ayırır. Ləzgilər də digər etnoslar kimi Azərbaycan türkləri ilə qaynayıb-qarışıb, bu dövlət üçün işləyir və dövlətə öz tövhələrini verirlər. Ancaq Rüstəm İbrahimbəyovun vasitəsi ilə qarşıdan gələn seçkilərdə problem yaratmağa çalışacaqlar. Təbii ki, çalışacaqlar ki, Azərbaycanda öz adamları hakimiyyətə gəlsin. Amma mən təkrar edirəm ki, Azərbaycan xalqının iradəsi qarşısında Rüstəm İbrahimbəyov və onun tərəfdarları məğlubiyyətə məhkumdur.

- Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Ermənistana neft satılmağı ilə bağlı bəyanat vermişdi. Bu "Supsa" kəmərindən, Rusiyanın Azərbaycanla münasibətlərinin kəskinləşməsindən sonra baş verdi. Sizcə Azərbaycan Rusiyaya Ermənistan vasitəsi ilə dostluq əlini uzatdı? Bunu belə şərh etmək olar?

- Yox, dostluq əli deyil. Situasiyanın gərginləşməsinə səbəb Rusiya qazının qiymətinin enməsi və artırılması oldu. Ermənistanda ciddi narazılıqlar baş verdi. Mən deyərdim ki, SOCAR-ın bu şəkildə açıqlama verməsi bizim xeyrimizə oldu. Yəni, ilkin açıqlamada Azərbaycan beynəlxalq birliyə özünün xoşməramlı bir ölkə olduğunu nümayiş etdirdi. Sonrakı açıqlamalarda Azərbaycan öz iradəsini SOCAR-ın vasitəsi ilə nümayiş etdirdi ki, "işğalçılığa son qoy və öz xalqının vəziyyətini düzəlt".

- Prezident seçkilərində iştirak edəcəksiniz?

- Bunu qurultay deyə bilər. Hər-halda biz qarşıdan gələn prezident seçkilərində bu və ya digər formada iştirak edəcəyik. Qurultayın mühüm vəzifələrindən biri budur. Əlbətdə ki, biz ənənələrimizə sadiqlik nümayiş etdirəcəyik. 1998-ci ildən bu günə kimi Ana Vətən Partiyası prezident seçkilərində öz fəallığı ilə seçilib. Düzdür, mən partiya sədri kimi prezidentliyə namizədliyimi irəli sürməmişəm. 2003-cü və 2008-ci illərdə qurultayda mənim namizədliyimin irəli sürülməsi məsələsi qaldırılsa da mən bununla razılaşmamışam və partiyamızın bütün nümayəndələrini və üzvlərini İlham Əliyevi dəstəkləməyə çağırmışam. Bizim növbəti qurultayımız iyulun axırı, avqustun əvvəllərində olacaq. Görək həmin qurultayda hansı əhval ruhiyyə olacaq. Həm də görək həmin dövrdə hansı situasiya meydana gələcək. Ola bilsin elə situasiya yarandı ki, mən də namizəd kimi iştirak etdim.

- Keçən parlament seçkilərində münasibətlərinizin çox kəskin olduğu Hüseyn Abdullayevin bir mahnısı ortaya çıxıb. Bu barədə nə deyə bilərsiz?

- Hüseyn Abdullayevlə bir vəziyyət meydana gəldi. Artıq uzun zaman keçib və mən bunu xatırlamaq istəmirəm.

- Azərbaycan gənclərinin və bütün Azərbaycan xalqının bilməsi lazım olan bir xatirənizi danışmağınızı istəyərdik.

- Mənim Əbülfəz Elçibəylə də ulu öndərimizlə də bağlı xatirələrim var. Amma bunlardan hansısa digərindən daha üstün deyil. Hər bir xatirənin özünəməxsus yükü var. Ancaq dövlətçilik baxımından bir məsələni qeyd etmək istəyirəm. Bu hadisə 1994-cü ilin oktyabr ayının sonlarında baş verdi. Oktyabrın əvvəllərində Surət Hüseynov istefaya göndərildi və həbs olundu. Həmin dövrdə Ayaz Mütəllibov Moskvada oturub özünü prezident kimi aparır, Elçibəy Kələkidə özünü prezident kimi hiss edir və özünü Azərbaycan prezidenti kimi ifadə edirdi. Ölkəni isə faktiki olaraq Heydər Əliyev idarə edirdi.

Belə vəziyyətdə məni düşündürən bir vacib məqam var idi. Bilirdim ki, Ayaz Mütəllibov Moskvanın adamıdır. Lakin onu da bilirdim ki, Əbülfəz Elçibəy Azərbaycan xalqı ilə bağlıdır. Çünki neçə müddət bərabər yolumuz olub. Fikirləşdim ki, Kələkiyə gedim, Elçibəylə görüşüm və ona deyim ki, Bakıya gəlsin. Artıq Surət Hüseynov hakimiyyətdən tamam uzaqlaşdırılıb və Heydər Əliyevdə Elçibəyin Bakıya çağırılmsının tərəfində idi. Bu səbəblə mən oktyabrın axırında Kələkiyə getdim və Elçibəylə görüşdüm. Bir saatdan çox söhbətimiz oldu. Mən dedim ki, Əbülfəz bəy oturmusuz Kələkidə deyirsiz mən Azərbaycanın prezidentiyəm. Ayaz Mütəlibov Moskvada oturub deyir, mən Azərbaycanın prezidentiyəm. Heydər Əliyev xalqın iradəsinə söykənib prezident seçilib və defakto Azərbaycanın prezidentidir. Mən ona dedim ki, Bakıya qayıdın, Heydər Əliyevin prezidentliyini qəbul edin, bəyanat verin ki, Heydər Əliyevi prezident kimi qəbul edirsiz və müxalifət qüvvələrini yığın ətrafınıza, bir cinah da müxalifət olsun, ölkə demokratik prinsiplərə uyğun olaraq irəliyə getsin. Dedi ki, "yox qayıtmıram. Qayıtmaq istəmirəm, mənim orda hüquqlarım pozulub". Soruşdum ki, hansı hüquq? Dedi, "referendumda mənim hüquqlarım nəzərə alınmayıb". Dedim, yadınıza gəlirsə iyun ayının 4-də Surət Hüseynov qiyam edərkən iyunun 5-dən 15-nə qədər 10 gün ərzində 100-150 adam prezident sarayının qarşısına toplaşıb sizi müdafiə etmədi. Baxmayaraq ki, Bakı şəhərinin bütün idarələri Xalq Cəbhəsi tərəfindən idarə olunurdu, onlar nə qədər cəhd etsələr də 10 gün ərzində 100-150 adamı Prezident Sarayının qarşısına yığa bilmədilər. 10 gün ərzində 100 adam yığa bilməyən siz və sizin tərəfdarlarınız referendumda hansı səsi toplaya bilərdiniz? Referendum obyektiv keçib və sizi prezidentlikdən məhrum etmək kimi bir missiyanı yerinə yetirib. İkinci bir tərəfdən Heydər Əliyev seçkilərə getdi, hüquq normalarına uyğun olaraq gəlib, orda iştirak edərdiniz. Etmədiniz. Oturmusunuz burda, bəyanatlar verirsiniz. Ona görə də düşünürəm ki, sizin arqumentləriniz əsaslı deyil. Bakıya qayıtmalısınız. Dedi "qayıtmayacağam, mənim öz prinsiplərim var".

Bu cavab mənə o qədər də yaxşı təsir bağışlamadı. Çünki, Əbülfəz Elçibəylə biz 1968-ci ildən bərabər mübarizəyə başlamışdıq. O bizim müəllim idi. Eyni zamanda onun xüsusi olaraq böyük fəallıqla yaratdığı dərnəkdə ikinci mən idim. Həmin dərnək üzvləri anti-sovet təbliğatına görə həbs olunmuşdu. O, vaxt çox uzun müddətli həbs gözləyirdi bizi. Həbs olunacaq insanların içində Bəxtiyar Vahabzadə, Xudu Məmmədov, Vasif Məmmədəliyev, Rafiq İsmayıl, Nurəddin Rzayev və başqaları var idi. O vaxt bu dərnəklər çox geniş yayılmışdı.

Mən ona cavab verdim ki, axı mən sizin prinsiplərinizə, sizin prezidentliyinizə görə azadlıq hərəkatına qoşulmamışam?! Bu mübarizəyə müstəqillik üçün qoşulmuşam. Bu gün Azərbaycan dövləti müstəqildir, amma onu gücləndirmək lazımdır. Bunun yolu da mən dediyim xəttən keçir. Ölkənin prezidenti var. Kifayət qədər təcrübəli, böyük tarixi şəxsiyyətdir. Vaxtı ilə siz özünüz də ona rəğbət bəsləyən insan olmusunuz. İndi ölkənin müxalifət qanadı da olmalıdır ki, ölkə qabağa getsin. Əgər sizin bu prinsipləriniz varsa, Allah amanında.

Beləliklə biz uzun illər birgə gəldiyimiz yolda, yollarımız ayrıldı. Əgər Elçibəy Bakıya gəlsəydi, hal-hazırda normal bir müxalifət var idi. Onun gəlməməyindən istifadə edən İsa Qəmbər özünü lider elan etdi. Ortalığa Əli Kərimli çıxdı və "Cəbhəni" dağıdanlardan biri oldu. Sonra Mirmahmud Mirəlioğlu Klassik Xalq Cəbhəsi Partiyasını yaratdı, Fazil gəldi bir partiya yaratdı, Qüdrət həsənquliyev bir partiya yaratdı və beləliklə müxalifət bölündü. Onu da qeyd edim ki, bizi də, Elçibəyi də uzun müddətli həbsdən rəhmətlik ulu öndər çıxardı. Onun müdaxiləsi nəticəsində biz həbsdən azad olunduq.

 

Oxşar xəbərlər
21:43, Bu gün
Bu ərazilərdə qaz kəsiləcək
21:35, Bu gün
Mehriban Əliyeva Azərbaycan Dövlət Pantomim Teatrında olub
21:30, Bu gün
COP29 vaxtı bu şəxslərə yemək pulsuz olacaq
21:29, Bu gün
"Lukaşenko iki ağadan asılı olan nökərdir" - Leonid Kuçma
21:28, Bu gün
BMT Təhlükəsizlik Şurası KXDR-in Ukrayna müharibəsinə cəlb edilməsini müzakirə edib
21:22, Bu gün
"Kübar təbəqə bu müğənniləri məclisinə dəvət etmir"
21:16, Bu gün
“Bizdə bir dəfə çap edilən klassik 10 il yada düşmür, Rusiyada isə...”
20:50, Bu gün
Tramp, yoxsa Harris: Azərbaycanın maraqlarına hansı sərfəlidir?
20:40, Bu gün
Broyler yumurtaları ZƏRƏRLİDİR? - XƏBƏRDARLIQ
20:30, Bu gün
İspaniyada daşqın nəticəsində ölənlərin sayı 150-ni ötdü: Onlarla yol hələ də bağlıdır
20:25, Bu gün
Gürcüstandan Ermənistana tərs şillə
20:18, Bu gün
Mehriban Əliyeva Alim Məmmədov adına uşaq bağçası-körpələr evinin açılışında iştirak edib
20:10, Bu gün
XİN-dən Fransanın Ermənistandakı səfirinə cavab
20:00, Bu gün
Bakıda bir sıra avtobus marşrutlarının son və aralıq dayanacaq məntəqələri dəyişdirilir
19:56, Bu gün
“Heç bir dövlət Ukraynaya ordu göndərməyəcək, çünki...”
19:45, Bu gün
Bu prospekt və küçələrdə diqqətli olun! - Siyahı
19:40, Bu gün
COP29 ilə əlaqədar Təşkilat Komitəsinin səkkizinci iclası keçirilib
19:30, Bu gün
5 qanuna dəyişiklik edilir: yeni qaydalar belə olacaq - FOTO
19:23, Bu gün
Azərbaycan boksçusu dünya birinciliyində finala yüksəlib
19:15, Bu gün
Südü sağılan kimi içmək lazımdır, oksigenlə təmas etsə...
19:08, Bu gün
İlham Əliyev İspaniya Hökumətinin Sədrinə başsağlığı verib
19:00, Bu gün
Ermənistan İrana yeni səfir təyin edib
18:52, Bu gün
Bulvarda gəmi gəzintisinin bərpa ediləcəyi tarix açıqlandı
18:46, Bu gün
Bir neçə dövlətdə tətbiq olunan qorxunc plan: Növbəti hədəf hansı ölkə ola bilər?
18:40, Bu gün
Norveç Ukrayna üçün 1,3 milyard əlavə vəsait ayırır
18:35, Bu gün
Millimiz Monteneqronu məğlub etdi
18:30, Bu gün
Ruslara xəbərdarlıq edildi: Defolt dalğasına hazırlaşın
18:20, Bu gün
İrana daha bir ŞOK: bu ölkədəki bütün konsulluqları bağlanır
18:15, Bu gün
Ölkə kubokunda “Qarabağ”ın rəqibi bəlli oldu
18:10, Bu gün
Son sorğu: Tramp Harrisdən öndədir
18:09, Bu gün
Sumqayıtda “COP-29” öncəsi növbəti ekoloji təxribat və özbaşınalıq...-FOTOLAR
18:05, Bu gün
Mürəbbədən kif çıxarılsa yemək olarmı?
18:03, Bu gün
COP29-da iştirak edəcək ingilisdilli jurnalistlər üçün təlimlər keçirilir - FOTOLAR
17:59, Bu gün
Qadın idmançımıza yüksək vəzifə verildi
17:56, Bu gün
"Hizbullah" sınmayıb və İsrailə qarşı mübarizəsini davam etdirəcək" - Naim Qasım
17:52, Bu gün
“Bakmil”ə gedən qatarların hərəkət cədvəli dəyişdirilir - CƏDVƏL
17:48, Bu gün
Qazaxda yol qəzası: Xəsarət alanlar var
17:44, Bu gün
Bakıda milyonlarla ölçülən toy korteji kimindir? - VİDEO
17:40, Bu gün
"Uğurlu iş adamının şıltaqlıqlarından daha yaxşıdır" - FOTO
17:37, Bu gün
"Komedixana"nın məşhur simaları barışdı - FOTO
17:33, Bu gün
Bakıda çoxmərtəbəli yaşayış binasındakı yanğın söndürüldü - YENİLƏNİB + VİDEO
17:29, Bu gün
Azərbaycan Kubokunda II təsnifat mərhələsinə yekun vuruldu
17:24, Bu gün
Miqrasiya haqqında qanuna dəyişiklik edilir
17:19, Bu gün
Ankarada keçirilən ikitərəfli görüşlərdə sosial sahədə gələcək əməkdaşlığa dair fikir mübadilələri aparılıb - FOTO
17:14, Bu gün
20 saylı Mediasiya Təşkilatı məhkəməyə üz tutmağa səbəb saxlamır - FOTO
17:09, Bu gün
Dövlət Komitəsində kollegiya iclası keçirilib - FOTO
17:04, Bu gün
Qardaşı arvadını və oğlunu qətlə yetirən şəxsə ÖMÜRLÜK CƏZA
17:00, Bu gün
BDU-da Vətən müharibəsi qaziləri ilə görüş - FOTO
16:57, Bu gün
Aytən Səfərova: "Əgər qız qayınanaya baxmağa gedirsə..." - VİDEO
16:53, Bu gün
“Tərtər işi” ilə bağlı ittiham olunan şəxslərə HÖKM OXUNDU
16:48, Bu gün
"Bunu yük kimi görmürəm" - Milyarder olmaq necə hissdir?
16:45, Bu gün
COP29 Yaşıl Zona üzrə biletlərin verilmə tarixi açıqlandı
16:41, Bu gün
Zakir Həsənov "Mərakeş Aviaşou 2024" sərgisinin açılışında iştirak etdi - FOTO
16:38, Bu gün
AFFA-nın vəzifəli qəxsi tənbeh olundu - Niyə millidə "məşqçi karuseli" yaratmısan?
16:35, Bu gün
“e-Culture” rəqəmsal idarəetmə modeli çərçivəsində görülmüş işlərlə bağlı təqdimat keçirildi - FOTO
16:32, Bu gün
Dəhşətli günlər yaxınlaşır, noyabrda... - EHTİYATLI OLUN
16:28, Bu gün
Tanınmış türk futbolçu azərbaycanlı qızla EVLƏNDİ - FOTO
16:24, Bu gün
Ceyhun Bayramov britaniyalı naziri sülh prosesi barədə məlumatlandırdı
16:20, Bu gün
Prezident bu şəxsləri təltif etdi – SƏRƏNCAM
16:16, Bu gün
"Belaruslar bizdən daha fəal mübarizə aparıb" - Saakaşvili
16:10, Bu gün
TDT-yə üzv ölkələrin əmək və sosial müdafiə üzrə əməkdaşlığının genişləndirilməsi məsələləri müzakirə olunub - FOTO
16:05, Bu gün
"Kartdan karta" üsulu ilə işləyən daha 70 sahibkar cərimələndi - FOTOLAR
15:58, Bu gün
“Nar” mobil rabitə təlimlərinə davam edir! - FOTO
15:54, Bu gün
8 Noyabr prospektində təmir işləri nə yerdədir? - VİDEO
15:49, Bu gün
İlham Əliyev Ruandanın yeni səfirini qəbul etdi - YENİLƏNİB + FOTO
15:46, Bu gün
İqlim dəyişikliyinin insan sağlamlığına təsiri AÇIQLANDI
15:42, Bu gün
Metrodan istifadə edənlərə ŞAD XƏBƏR: 2026-cı ilədək...
15:38, Bu gün
Banqladeş Prezidenti COP29-da iştirak edəcək
15:35, Bu gün
Nişanı olacaq olan gənci musiqi sədaları ilə dəfn etdilər - VİDEO
15:30, Bu gün
İlham Əliyev Banqladeş səfirinin etimadnaməsini qəbul etdi - YENİLƏNİB + FOTO
15:28, Bu gün
Ağadadaş Ağayev məhkəməyə gəlmədi - Həbsi tələb olundu
15:25, Bu gün
Azərbaycan millisi dünya birincliyində ilkə imza atıb
15:20, Bu gün
Dünyanın ən qorxulu ölkələri - Cinayət, müharibə, narkotik... - ARAŞDIRMA + FOTO
15:16, Bu gün
Bakıda qız dərsdən qaçdı - Başına iş gəldi
15:13, Bu gün
Yeni bir nagehan plan – Ermənilər Türkiyəyə yenidən qarmaq atır
15:09, Bu gün
"Putin hətta Şimali Koreyanın köməyi ilə də müharibədə qalib gələ bilməyəcək" - Pentaqon rəhbəri
15:06, Bu gün
Şahin Bağırov aparat rəhbəri və idarə rəisi vəzifələrini onlara tapşırıb
15:03, Bu gün
Niyaməddin Musayev bahalı avtomobilində görüntüləndi - VİDEO
14:58, Bu gün
Noyabr ayına olan hava proqnozu AÇIQLANDI
14:54, Bu gün
Ali Məhkəmə DİN-in şöbə rəisi olmuş Kamil Sədrəddinovla bağlı qərar verdi
14:51, Bu gün
Albaniyanın Baş naziri COP29-da iştirak edəcək
14:48, Bu gün
Konqo Prezidenti Azərbaycana gələcək
14:45, Bu gün
Tağı Əhmədovun hakim oğlu CƏZALANDIRILACAQ - Məhkəmə qərarı
14:40, Bu gün
Bakıda 20-dən çox maşından oğurluq edən şəxslər saxlanıldı - FOTO/VİDEO
14:34, Bu gün
Qanunsuz miqrantlarla bağlı bu qaydalar müəyyənləşir
14:28, Bu gün
Hakan Fidanın London səfəri: Türkiyə və Britaniyanın strateji tərəfdaşlığının inkişafı - TƏHLİL
14:22, Bu gün
Canlı efirdə Zaurun şalvarı söküldü - VİDEO
14:17, Bu gün
Bakı metrosunun yeni nəsil qatarlarının hansı özəllikləri var? - FOTOLAR
14:12, Bu gün
Yeni səfir etimadnaməsini prezidentə təqdim etdi - YENİLƏNİB + FOTO
14:08, Bu gün
Rusiyanın təhvil verdiyi şəxs məşhur biznesmen imiş... - ŞOK DETALLAR
14:04, Bu gün
Bu bürcləri çətin sınaqlar gözləyir - Unutmayın ki...
14:00, Bu gün
Ağadadaş Ağayevin vergi borcundan danışan həmkarı: "O boyda şadlıq sarayı, pulu var, ödəyər" - VİDEO
13:55, Bu gün
COP29-da iaşə xidmətlərinin təşkili qaydası AÇIQLANDI
13:50, Bu gün
Təhsil ekspertindən çağırış: “Uşaqlar üçün uyğun olmayan dərs yükləri psixoloji təzyiq, stress yaradır”
13:48, Bu gün
Prezident yeni səfirin etimadnaməsini QƏBUL ETDİ - YENİLƏNİB + FOTO
13:45, Bu gün
ABŞ prezidenti seçkilərinə 5 gün qalıb: kim irəlidədir? - İctimai rəy sorğusunun nəticələri
13:42, Bu gün
İlham Əliyev Zığ Elektrik Avtobus Parkının fəaliyyəti ilə tanış oldu - YENİLƏNİB + FOTO
13:39, Bu gün
"Oğlum 3 yaşına kimi görüb, onu düzgün müalicə etmədilər" - VİDEO
13:36, Bu gün
Yaşadığı villada körpəsini və arvadını ÖLDÜRDÜ: Cinayətdən əvvəlki FOTOsu diqqət çəkdi
13:30, Bu gün
Qara Qarayev: "Neftçi"dən ayrılarkən Qriqorçuk məni qucaqlamaq istədi" - MÜSAHİBƏ
GÜNLÜK
30 Oct 2024 | 22:50
Əhalinin NƏZƏRİNƏ: ​Noyabrın 1-dən başlanılır...
30 Oct 2024 | 23:00
Bakıda toyda lağ edilən rəqsin tarixi şok etdi - VİDEO
30 Oct 2024 | 23:50
"Haydı, uşaqlar, cəsarətli olun, belə də davam edin!.." - Alla Puqaçova
30 Oct 2024 | 22:40
Nazirdən yeni təyinatlar
30 Oct 2024 | 22:33
"Hansı peşələr yaxın gələcəkdə yox olacaq?" - mütəxəssislərdən açıqlama
30 Oct 2024 | 22:45
"Azərbaycanda qızları evdən bir boğaz əksilsin deyə evləndirirlər" - Psixoloq
30 Oct 2024 | 22:25
Çörəyi kifdən necə qorumaq barədə məsləhətlər
30 Oct 2024 | 22:49
Kadırov Ukrayna SQ-nin Baş Qərargahının binasına endirilən zərbənin səbəbini açıqladı
30 Oct 2024 | 22:33
Netanyahu qlobal sistemin məhvinin sübutudur
30 Oct 2024 | 22:15
Çində qasırğa nəticəsində 7 nəfər ölüb, itkin düşən var
HƏFTƏLİK
29 Oct 2024 | 09:17
Dondurulmuş ət niyə boz olur? - SƏBƏBİ BUDUR
27 Oct 2024 | 20:15
Kişilərin 25, qadınların 14 faizi xəyanət edir - Yeni araşdırma
29 Oct 2024 | 11:05
Alimlərdən xəbərdarlıq: Qaz sobaları sağlamlığımıza necə təsir edir?
26 Oct 2024 | 13:48
Tanınmış aparıcı ailə həyatı qurdu: “Çox xoşbəxtəm, çünki...” - FOTO/VİDEO - ÖZƏL
27 Oct 2024 | 21:44
Sabahın havası meteohəssas insanlar üçün necə olacaq?
29 Oct 2024 | 12:13
Sahibkarlara tətbiq ediləcək yeni  cərimə özünü doğruldacaqmı? 
29 Oct 2024 | 13:30
“Türk dövlətləri ilə daha sıx hərbi əməkdaşlıq haqqında düşünməliyik” - Qüdrət Həsənquliyev
29 Oct 2024 | 12:51
"Pulun və orduda şəxsi heyətin qıtlığı Putini müharibənin aparılma üsulunu dəyişməyə vadar edəcək" - ISW
26 Oct 2024 | 18:12
Türkiyədə azərbaycanlı qadınlar TUTULDU: dəhşətli erotik fantaziyalar... - FOTO
26 Oct 2024 | 14:41
"Qarabağ"ın oyununu idarə etmiş hakim diskvalifikasiya olundu
AYLIQ
30 Oct 2024 | 22:50
Əhalinin NƏZƏRİNƏ: ​Noyabrın 1-dən başlanılır...
30 Oct 2024 | 23:00
Bakıda toyda lağ edilən rəqsin tarixi şok etdi - VİDEO
30 Oct 2024 | 23:50
"Haydı, uşaqlar, cəsarətli olun, belə də davam edin!.." - Alla Puqaçova
30 Oct 2024 | 22:40
Nazirdən yeni təyinatlar
30 Oct 2024 | 22:33
"Hansı peşələr yaxın gələcəkdə yox olacaq?" - mütəxəssislərdən açıqlama
30 Oct 2024 | 22:45
"Azərbaycanda qızları evdən bir boğaz əksilsin deyə evləndirirlər" - Psixoloq
30 Oct 2024 | 22:25
Çörəyi kifdən necə qorumaq barədə məsləhətlər
30 Oct 2024 | 22:49
Kadırov Ukrayna SQ-nin Baş Qərargahının binasına endirilən zərbənin səbəbini açıqladı
30 Oct 2024 | 22:33
Netanyahu qlobal sistemin məhvinin sübutudur
30 Oct 2024 | 22:15
Çində qasırğa nəticəsində 7 nəfər ölüb, itkin düşən var