İşgəncələrə
Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov BMT-nin İnsan Hüquqları üzrə
Ali Komissarlığına müraciət edib. Bu barədə APA-ya hüquq müdafiəçisi özü
məlumat verib.
E. Behbudov qeyd edib ki, müraciət Azərbaycanın ayrılmaz
hissəsi olan, ermənilərin işğalda saxladığı Qarabağla bağlıdır. Hüquq
müdafiəçisi müraciətində Azərbaycanın işğal altındakı nəzarətsiz ərazilərində
ermənilər tərəfindən satış məqsədi ilə narkotik vasitələrin
əkilib-becərilməsini xüsusi qeyd edib: “Bu faktlara öz münasibətini bildirməyən
beynəlxalq qurumların və insan hüquqları təşkilatlarının susması ciddi təəssüf
doğurur. İkinci Qarabağ müharibəsində 4000-dən çox Azərbaycan vətəndaşları
itkin düşüb və əsir götürülüb. Onlar ağır işgəncələrə məruz qalıblar. Bu
insanlığa sığmayan hadisələr beynəlxalq insan hüquqları prinsiplərinə və
beynəlxalq hüquqi normativlərə ziddir. Nüfuzlu beynəlxalq insan hüquqları
təşkilatlarının buna susması bizi narahat edir”.
Hüquq müdafiəçisi BMT bu məsələyə hüquqi qiymət verilməsini
xahiş edib.