“Bəzi mətbuat orqanlarında nazirlərin guya Naxçıvana buraxılmaması barədə yayılan xəbərlər həqiqətəuyğun deyil. Muxtar Respublikada hər bir nazirə yüksək səviyyədə şərait yaradılır”. Bu sözləriModerator.az-a açıqlamasında Naxçıvandan seçilən deputat İsa Həbibbəyli Muxtar Respublika Ali Məclisinin sədri Vasif Talıbovun Bakıdan gedən nazirləri oraya buraxmaması barədə xəbərlərə münasibətində söyləyib. Onun sözlərinə görə, Vasif Talıbovun heç bir nazirlə konfilikti yoxdur: “Bəzi qəzetlər uydurma xəbərlər yayırlar. Guya, Vasif Talıbovun hansısa nazirlərlə konfilikti var. Bunlar yalan xəbərlərdir. Vasif Talıbov Naxçıvana gedən hər bir nazirə diqqət gəstərir. Orada onların əhali ilə görüşlərinin təşkilindən tutmuş hər bir məsələyə diqqət olur”.